Ötən həftə İKT sahəsində hansı hadisələr maraq oyatdı?

02-11-2015 / 14:03

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı oktyabrın 26-da təqdim etmişdi.

Ötən həftənin rəsmi xəbərlərindən biri də 3-cü qrant müsabiqəsində hüquqi şəxslər də iştirak edə biləcəyi ilə bağlıdır.
Bir neçə gün əvvəl hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında Fərmanda qrant verə bilən qurumların siyahısı tam təsdiqlənib və bu işlərin həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Artıq 20 gündür ki, Parlament seçkiləri ilə bağlı Xeberler.az İKT Portalının Virtual Səsvermə sistemi fəaliyyət göstərir.
Virtual Səsvermə sistemində ən çox səs toplayan namizədlərin siyahısını təqdim edir. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Dünən sosial mediada diqqət mərkəzində olan əsas məsələ Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı idi.
Ölkə üzrə 5 milyon 198 min 658 seçicidən 50,1 faizi ( 2 605 948 nəfər) səsvermədə iştirak edib. Seçici fəallığı ilə bağlı yekun məlumatlar yaxın dəqiqələrdə açıqlanacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Seçkilərdən sonra bir neçə monitorinq mərkəzi seçkilərin nəticəsini açıqladı. 
Rəy Monitorinq Mərkəzi Milli Məclisə seçkilərdə 10 seçki dairəsi üzrə 60 seçki məntəqədəsində exit-poll keçirib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Fransanın “Opinion Way” yenilikçi araşdırma şirkəti və Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi 118 dairə üzrə 210 məntəqədə exit-poll keçirib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsi üzrə 1180 seçki məntəqəsində exit-poll keçirib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABŞ-ın tanınmış sorğu firması "Arthur J. Finkelstein & Associates"  və Azərbaycanın “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası” Azәrbaycanda keçirilmiş parlament seçkilәrindә sәsvermә ilә bağlı apardığı "exit-poll"un nәticәlәrini açıqlayıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İKT sahəsindəki mütəxəssislər, xüsusilə gənclərin səs küylə qarşılaşdığı daha bir xəbər izahlı lüğətə daxil olan terminlərlə bağlıdır.
İzahlı dilçilik lüğətinə 2 min 500 yeni termin daxil edilib. Yeni terminlərin sırasında informasiya texnologiyaları (İT) sahəsi üzrə olan sözlər də üstünlük təşkil edir. Lüğətə İKT terminləri, brend adları Azərbaycan dilində səsləndirildiyi formada yazılıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İKT sahəsinə maraqlı olan gəncləri bir araya toplayan layihələrdən Startap  Günlərinə bir neçə gün qalıb.
Bu il keçiriləcək Startap Günləri əsasən startapların yaranması və inkişafında universitetlərin rolu məsələsinə həsr edilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə mediada Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunması barədə müzakirələr gündəmdə oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Əli Abbasov nazirlik ətrafında baş verənlərə münasibət bildirib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən IV İslam Həmrəyliyi Oyunları  ilə bağlı qərargah yaradılıb.
Bununla bağlı RYTN-də verilən əmrə əsasən, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə RYTN-in şöbə və müəssisələrinin, habelə, yerli İT şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə