Previous Next
Bağla

Qlobal startapımız məhsulunu Çində istehsal edəcək

09-08-2016 11:17
Qlobal startapımız məhsulunu Çində istehsal edəcək

Məlum olduğu kimi,  gənclərimiz  suda boğulmaq təhlükəsini aradan qaldırmaq üçün yeni layihəyə başlayıb.

Belə ki, Elşən Zeynalov və Səməd Xanməmmədli tərəfindən yaradılan Swimsos adlanan xüsusi geyim  insanları bu təklükəyə qarşı  önləyəcək.

Qeyd edək ki, bu çimərlik geyiminin içərisinə bir qurğu yerləşdirilib. Qurğunun sol tərəfində bir ip var. Təhlükə anında istifadəçi bu ipi aşağı dartınca, qaz balonu deşilir, şortun yuxarısındakı halqa şişir, istifadəçi suyun üzünə qalxır.

Məlumatımıza görə, gənclərin maliyyəsi olmadığı üçün hələ də geyimin istehsalına və satışına başlaya bilmirlər.

Xeberler.az olaraq hazırda layihənin fəaliyyəti, Swimsos-a  təlabat və investisiya dəstəyi ilə maraqlandıq.

Bu barədə layihə rəhbərlərindən olan Elşən Zeynalov ilə söhbət etdik.

Layihə rəhbəri deyir ki, layihəyə ötən ilin avqust ayından başlayıblar və bu ilin yanvar ayında artıq bu geyimləri hazırlayırlar.

Elşən Zeynalov bildirir ki, layihə qlobal bazar üçün nəzərdə tutulub. Ona görə də layihəyə başlamadan öncə bazar araşdırması ediblər və bu layihənin oxşarını tapmayıblar:

“Dünyada  bu formada, yəni insanları suda boğulmaqdan qurtaran  geyim mövcud deyil. Kuruqlar  və qolbaqlar var, amma eyniylə bizim hazırladığımız geyim formasında  olanı yoxdur”.

Layihə rəhbəri qeyd edib ki, geyimlər burada hazırlansa da, içərisindəki kuruqlar Çində istehsal edilir:

“Şortikin daxilindəki kuruqları Çindən gətiririk. Azərbaycanda belə zavodlar olmadığı üçün biz istehsalı Çində edəcəyik. Həm də Çində bu məhsullar ucuzdur. Amma şortikləri burada hazırlayırıq. Hələlik əl ilə hazırlandığı üçün geyimlərin görünüşü o qədər də yaxşı olmaya bilər. Maşın üsulu ilə hazırlanada şortiklər tamamilə fərqli olacaq. Qeyd edək ki, şortiklər üzərində məşhur firmada çalışan dizaynerin işləməsi nəzərdə tutulur. Geyimlər müxtəlif rənglərdə olacaq”.

Layihə rəhbəri deyir ki, artıq şortiklər sınaq mərhələsində istifadə ediblər.  Belə ki, şortiklər bir neçə saniyəyə açılır.

Layihənin istehsal məsələsinə gəlincə isə Elşən Zeynalov deyir ki, hazırda istehsal üçün investorlardan cavab gözləyirlər:

“Şortiklərin istehsalı və satışı üçün təxminən 250  min dollar lazımdır. Ondan sonra fəaliyyətə başlaya bilərik. Hazırda bir neçə yerli və qlobal invetsorlarla danışıqlar gedir. Azərbaycandan da müəyyən şəxslər var ki, layihəmiz ilə maraqlanıb, yatırım etmək istədilər. Onlar da maliyyəni birdəfəyə ayırmır. Ona görə də hələ gözləyirik. Xarici investorlar da layihəmiz ilə maraqlanır, yatırım etmək istəyir. İnvestisiya dəstəyi aldıqdan sonra artıq layihəyə tam olaraq başlayacağıq”.

Müəllifin sözlərinə görə, məhsul Azərbaycanda hazırlandığı üçün startapın ilk istehsal və məhsul satışı üçün beynəlxalq kampaniyalarda iştirak etmirlər.

Elşən Zeynalov deyir ki, Azərbaycan kiçik ölkə olduğu üçün belə  kampaniyalarda iştirakın o qədər də müsbət təsiri olmur.

Ona görə də layihə rəhbərləri Amerikada şirkət açaraq Kickstarter-da  kampaniyaya başlamağı düşünür.

 Elşən Zeynalov rəhbəri məhsulların satışı məsələsinə də aydınlıq gətirib:

“Şortiklərin satışı onlayn olacaq. Hazırda komandamıza  bir neçə nəfər də əlavə edilir. Müxtəlif ölkələrdə distribyutorlarımız olacaq. İnsanlar bu vaistə ilə məhsulu əldə edə biləcək”.

Öyrənirik ki, Elşən Zeynalovun uşaq vaxtından boğulma xofu  olub. O,dostu Səməd Xanməmmədli ilə bunu bölüşəndə Səməd təklif edib ki, belə bir məhsul yarada bilərlər ki, boğulma təhlükəsinin qarşısını alsın. Beləliklə, iki dost bu ideya ilə yola çıxaraq Swimsos-u hazırlayıb.

Qeyd edilib ki, şortun qiyməti 60-70 dollar arasında olacaq.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

14-06-2016

Onbranch bazarda uğur qazanacaqmı?

06-05-2017

Yerli startapımız 90 min AZN-dən çox yatırım alıb

25-01-2017

RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

29-10-2015

Yerli startapımız 90 min manat yatırım alıb

25-01-2017

Qrant alan startaplar inkişaf edə bilirmi? -Araşdırma

03-05-2017

Azərbaycanda Lenovo kompüterlərin də istehsalı başlayır

01-05-2017

“Dövlət startaplardan əvvəl təhsilə yatırım etməlidir”

19-08-2016

“Artıq investorlar biznes plana yox, markaya yatırım edir”

23-02-2018

Həmyerlimizin startapı İndiegogo kampaniyasına başladı

18-05-2016

Vəkil: Vidadi Zeynalov yerimə qabiliyyətini itirib

11-10-2016

Azərbaycanda Groovy on Grails proqramçılarının sosial platforması yaradılıb

28-06-2016

Azərbaycanda texnoparkların iştirakçıları üçün güzəştli şərtlər tədbiq edir

10-04-2013

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016

Yerli məhsul istehsal edən startapımıza dəstək lazımdır

23-06-2017

“Azərbaycanda oyun sahəsinə maraq artır”

07-12-2016

RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

26-01-2016

Layihə rəhbərləri 3-cü qrant müsabiqəsindən nə gözləyir?

22-10-2015

Məşhur aktyorun 1 milyon yatırım etdiyi layihə bağlandı

03-04-2018

“Kofe.al yaradıcı şəxslər üçün innovativ dəstək həlli təqdim edir”-Müsahibə

05-09-2023

Azərbaycanda pikap və elektromobillər buraxılacaq

13-06-2022

Ağıllı geyim beynəlxalq sərginin əsas yeniliyi olacaq

15-12-2015

İranın İnnovasiyalar Fondunun rəhbəri İnnovasiyalar Agentliyində olub

17-10-2019

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə