Previous Next
Bağla

“Artıq investorlar biznes plana yox, markaya yatırım edir”

23-02-2018 18:00
“Artıq investorlar biznes plana yox, markaya yatırım edir”

Məlumat verdiyimiz kimi, hazırda Qərbi Kaspi Universitetində tələbələr arasında Startap Günləri keçirilir.

2 gün davam edəcək tədbirdə sektor üzrə tanınmış şəxsləri iştirakı ilə təlimlər keçiriləcək.

Qeyd edək ki, bu il tədbirdə Türkiyədən də mütəxəssis dəvət edilib.

Belə ki, İstanbul və Marmara Universitetlərində marketinq ixtisası üzrə təhsil alan və hazırda Türkiyədə konsultasiya sahəsində işləyən Bəhman Hüsyenli də iştirak edir. 

Xeberler.az olaraq həmyerlimiz ilə Startap Günləri barədə ətraflı söhbət etdik.

Mütəxəssis deyir ki, Startap Günləri gözlədiyindən də maraqlı keçir.

3 ildən çoxdur ölkədən kənarda olan Bəhman Hüseynli Azərbayacanda bu sahədə ciddi addımların atıldığını diqqətə çatırıb.

Onun sözlərinə görə, ölkədə belə tədbirlərin keçirilməsi sektorun inkişafı üçün böyük önəm kəsb edir.

Bu kimi tədbirlərin faydalı olduğunu deyən mütəxsəssis ölkədə ciddi potensial olduğunu bildirib.

Startapların, yeni layihələrin markalaşmasının vacibliyindən danışan həmyerlimiz sabah bununla bağlı iştirakçılara təlim keçəcəyini deyib:

“Hazırda düyada markalaşma sürətlə inkişaf edir. Belə ki, hər bir yeni layihə markalaşdırılır və daha çox gəlir gətirməyə başlayır. Azərbaycanda da bu sahəyə diqqət artırılmalıdır. Yeni trendlə bağlı tələbələrə istiqamət verib, bunun əlifbasını tədris etmək lazımdır. Bunları da Startap Günləri kimi tədbirlər formalaşdırmaq, universitetlərdə tədris etdirmək və bu sahədə elmi işləri artırmaqla etmək mümkündür”.

Onun sözlərinə görə, bizneslə məşğul olan hər kəs markalaşma ilə bağlı yol xəritəsi hazırlamalı və buna uyğun hərəkət etməlidir. Bununla da sahənin inkişafını sürətləndirmək olar.

“Markanın üzərində işləyib, ona yatırım etmək lazımdır ki, daha çox gəlir götürsün. Bu zaman yol xəritəsinə ehtiyac duyulur. Mütəxəssis və elmi ədəbiyyatların təkmilləşməsi kimi məsələlər də vacibdir. Xarici təcrübədən faydalamaq üçün belə imkanlar yaradılmalıdır. Marka, startap yarandanda onun davamlılığını saxlamaq lazımdır. Onu davamlı olması üçü markanı ikişaf etdirmək lazımdır”. 

Bəhman Hüseynli deyir ki, marka bir dəyər ifadə etməlidir:

“Hazırda dünyada investorlar layihəyə maliyyə ayıranda biznes planla yanaşı, markaya baxır. Ona görə dəyərləndirmə edir. Bu baxımdan startaplar markalarının tanınmasına böyük vaxt ayırmalı, əmək qoymalıdır ki, sonra bu, onlara yeni imkalar yaratsın”.

Mütəxəssis vurğulayıb ki, startapların elə ilk olaraq Azərbaycanda tanınması da çox vacibdir:

“Elə biznes layihələr ola bilər ki, ölkə daxilində böyük gəlirlər götürə bilər. Bir markanın genişlənməsi üçün ona maliyyə lazımdır. Hər kəs startapa başlayanda əlindəki maliyyəni layihəyə yatırıb, ortaya məhsul çıxarır. Amma bunun davamlı olması üçün markanın inkişafına yatırm etmir. Layihənin növbəti mərhələdə maliyyə gətirməsi üçün markanı genişləndirmək lazımdır. Markalaşma strategiyası yoxdursa, sadəcə loqosu, saytı və s varsa, elə o məhsul və ya xidmət “marka” yox, elə “məhsul” olaraq qalacaq”.

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Startap Günləri davam edir-Foto

24-02-2018

“Dövlət startaplardan əvvəl təhsilə yatırım etməlidir”

19-08-2016

Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

23-05-2018

Türkiyə mediası Startap Günlərindən yazdı

02-03-2018

Tanınmış mentor: “Azərbaycan startapları barədə çox az məlumatım var”

02-11-2016

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

23-05-2018

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Startap Günlərinin proqramı açıqlandı

14-02-2018

Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Foto

20-02-2018

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018

Növbəti Startap Günlərinin proqramı açıqlandı

18-05-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Növbəti Startap Günlərinin proqramı açıqlandı

27-06-2018

Tələbələr Startap Günlərinə necə hazırlaşır?-Reportaj

15-03-2018

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018

Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

27-04-2019

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019

Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

19-02-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

Startap müsabiqlərində münsif kimlər olmalıdır?-Müzakirə

05-05-2017

Universitetlər Startap Günlərinə necə hazırlaşırlar?

28-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə