Previous Next
Bağla

Rəqəmsal obyekt identifikatoru nə üçün lazımdır?

03-03-2017 17:23
Rəqəmsal obyekt identifikatoru nə üçün lazımdır?

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında rəqəmsal obyekt identifikatoru (Digital Object Identifier, DOI) obyektləri müzakirə edilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, institutun əməkdaşı Könül Əliyeva “DOI nömrələrinin alınması haqqında” məruzə ilə çıxış edib.

O bildirib ki, rəqəmsal obyekt identifikatoru (Digital Object Identifier, DOI) obyektləri təyin etmək üçün davamlı identifikator növüdür:

“ISO standartı əsasında fəaliyyət göstərən sistem DOI adlarının təyini və daimi istifadəsi üçün texniki və sosial infrastrukturu təmin edir, Beynəlxalq DOI Təşkilatı (International DOI Foundation) tərəfindən idarə olunur”.

Onun sözlərinə görə, istər elektron, istərsə də fiziki formada mövcud olan bütün yaradıcı işlərə (mətn, şəkil, audio və video, lisenziya, tərəflərin sövdələşməsi və s.) DOI adı verilə bilər. DOI adları həmçinin müxtəlif səviyyəli obyektlərə təyin edilir: jurnallar, jurnalın fərdi nömrəsi və ya fərdi məqaləsi, məqalədə hər hansı cədvəl, kitablar, qrafiklər və s.

Məruzəçi bildirib ki, DOI adları prefiks və suffiks olmaqla, 2 hissədən ibarət olur. Hiperkeçiddə “doi.org” domen adından sonra qeyd olunan 10 ədədi DOI adını, növbəti hissə bu adın alındığı qeydiyyat agentliyini, digəri isə təşkilatı və intellektual məhsulu göstərir:

“Obyekt haqqında metadata DOI adı ilə birlikdə saxlanılır. Sənədlərə verilən DOI adları məkan, müəllif və metadata dəyişdikdə belə sənədin mövcud olduğu müddətdə qüvvədə qalır. Qeydiyyat Agentlikləri DOI prefikslərini təyin edir, DOI adlarının qeydiyyatını həyata keçirir, metadatanı yaratmaq və obyekt mövcud olduğu müddətdə saxlamaq üçün zəruri infrastrukturu təmin edir. Hazırda 133 milyon DOI adı mövcuddur və dünyada 5000 təşkilat ondan istifadə edir”.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev sistemin virtual məkanda intellektual mülkiyyətin və müəllif hüquqlarının qorunmasının yeni texnologiyası olduğunu diqqətə çatdırıb. O,  DOI nömrələrinin alınmasının önəmini vurğulayıb.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
AMEA-da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

AMEA-da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

30-01-2025
Elektron akademiya şöbəsi yaradılıb

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023
Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqat aparılıb

Kiberfiziki sistemlərin təhlükəsizliyində süni intellekt texnologiyalarının tətbiqinə dair tədqiqat aparılıb

04-09-2024
Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019
AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

22-07-2025
Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

12-04-2017
Sosial media problemləri müzakirə olunub

Sosial media problemləri müzakirə olunub

05-05-2016
İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

29-06-2019
“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
Elmi jurnalın saytı necə işlənilməlidir?

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017
“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

12-01-2017
Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016
Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Kimya jurnalının saytı təqdim edildi

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017
“Mobil telefonlar yeni tədqiqat sahələri yaradır”

“Mobil telefonlar yeni tədqiqat sahələri yaradır”

27-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə