Previous Next
Bağla

Robotlar insanlardan daha az səhv edir-Təhlil

14-04-2018 12:10
Robotlar insanlardan daha az səhv edir-Təhlil

Pilotsuz avtomobillərdən tutmuş robotlara qədər – getdikcə insanların gündəlik işlərini ağıllı cihazlar öz üzərinə götürür. Nyu-Yorkun Tayms-skver küçəsindəki Yotel otelində sakinləri Yobot qarşılayır, onlar oteldən çıxandan sonra, şəhərdə rahat gəzmələri üçün, baqajlarını qəbul edir və kameralarda yerləşdirir. Yobot sahibinə işçilərdə, sakinlərə isə arabadaşıyanlara verəcəkləri əlavə pulda qənat etməyə kömək edir.

 Çamadanların daşınması: insanların əvəzinə xüsusi maşınların çamadanların daşımasını kiçik bir misal kimi göstərmək olar. 2013-cü ildə Oksford Universitetinin elmi işçiləri Karl Benedikt Freyin və Maykl Osbornun hesablamalarına görə, yaxın 20 ildə ABŞ – da 47% peşə sahiblərini tam və ya qismən robotlar əvəz edəcək. Özü də bu dəyişikləiklər nəinki aşağı ixtisaslı əmək sahiblərinə toxunacaq, yüksək ixtisaslı əməkdaşları da süni intellekt əvəz edəcək.

Mütəxəssislər tibbi daha çox misal olaraq çəkməyi xoşlayır. Məsələn: artıq xəstəxanalarda həkimləri əvəz edəcək texnologiyalar hazırlanıb: Avstraliyalı startap Enlitic rentgen şəkillərinin və kompüter tomoqrafiyasının araşdırması üçün avtomatik sistem yaradıb.

Bu texnologiyalar Avstraliyanın 40 klinikasında sınaqdan keçirilir və məlum olur ki, robotlar insanlardan fərqli olaraq, daha az səhv buraxır. Artıq bir çox klinakalar maşın diaqnostikasını həyata keçirir, eləcə də robotlar cərrahlara əməliyyatlar zamanı kömək edir. Bu əməliyyatlarda robotlar ideal dəqiqlik və səliqəliyə nail ola bilir. Gələcəkdə maşınların təlim alqoritmi, pasiyentlərin xəstəlik tarixi əsasında, canlı həkimlərə nisbətən daha dəqiq diaqnoz qoya biləcəklər. Faktiki olaraq, texnologiyalar tibb işçilərinə diaqnostika prosesinə müdaxilə etmək imkanını yalnız maşınların normadankənar halları analizlərdə və ya şəkillərdə göstərdiyi zaman verəcək.

Bunula yanaşı insanlar öz əvəzolunmazlıqlarına inanır: 2015-ci ilin iyul ayında, tədqiqat mərkəzinin apardığı sorğu nəticəsində daimi və ya qismən əmək fəaliyyəti ilə məşğul olan 80% amerikalı hesab edir ki, yarım əsirdən sonra da onların peşələri olduğu kimi qalacaq. Lakin iqtisadçılar əks fikirdədilər: yaxın 50 il ərzində robotlar müxtəlif ixtisaslı işçilərin əmək fəaliyyətini azaldacaq.

İlk növbədə bu orta və aşağı ixtisaslı əməkdaşlara aid olacaq. Məsələn: Momentum Machines şirkətinin hamburger hazırlayan avtomatik maşını 10 saniyə ərzində hamburgeri bişirib hazırlaya bilər. Və tezliklə bu maşınlar McDonald's-ın bütöv işçi briqadasını əvəz edə bilər. İlk olaraq işindən məhrum olacaq namizədlər arasında ofis-menecrlər, kassirlər, mağazalarda məsləhətçilər, call-center-lərin operatorları və satış üzrə menecerlər var.

Daha sonra növbədə sənaye müəssisələrinin işçiləridir. Məsələn: Danimarka şirkəti Universal Robots artıq bütün dünyada təkaralanan komandaları yerinə yetriməyi bacaran 8000 – dən çox robot satıb. Bunula da, çox güman ki, müəssisələrdə avtomobil yığan işçilərə artıq ehtiyac qalmayacaq. Gözlənilir ki, robotlar ofisiantları, kitabxanaçıları, xadimələri və aptek işçilərininin də peşələrini “əlindən alacaq”.

Robotların “işğalı” nəticəsində yarana biləcək işsizlikdən qorxmaq lazımdırmı? İqtisadçı Henri Hezlittin dediyinə görə, əməyin avtomatlaşdırılması, insan resurslarını daha yaxşı formada tətbiq etməkdən azad edəcək, eləcə də, hələ mövcud olmayan yeni peşələrin yaranmasına təkan verəcək. Belə peşələrin bir hissəsi süni intellektin sayəsində meydana gələcək. Məsələn, böyük ehtimalla pilotsuz avtomobillər sürücü peşəsini yox edə bilər. Lakin əvəzində fövqəladə vəziyyətlərdə yarana bilən halların öhdəsindən gələn və maşınların xüsusi əhəmiyyətli yüklərini müşayiət etmək üçün operatorlar tələb oluna bilər. Çat-botlara və digər elektron servislərə alıcılara xidmət göstərmək və müştərilər ilə dialoqların səviyysəini artırmaq məqsədi ilə mətnlər yazanlar tələb oluna bilər.

Hansı peşələrin 15-20 ildən sonra yaşamaq şansı yüksəkdir?

McKinsey şirkətinin ekspertləri belə qənaətə gəliblər ki, ən çətin insanlarla idarəetmə işləri ilə bağlı olan peşələri avtomatlaşdırmaqdır. Belə işlərdə təcrübə, düzgün qərar vermək üçün analiz etmək bacarığı, işə yaradıcı yanaşma (jurnalistlər, proqramçılar, aşbazlar) tələb olunur. Həmçinin, müştərilər ilə danışıqlar aparmaq qabiliyyəti də nəzərə alınır. Qəribə olsa da, bəzi aşağı ixtisaslı işçilərin əməyini də avtomatlaşdırmaq çətin məsələdir. Misal üçün: robotlar hələ ki, otel xadimələrinin vəzifələrini və yataqları yığışdırmaq kimi işləri görə bilmir. Çünki sakinlərin otaqlarda yataq ləvazimatlarını hara atacağı gözlənilməz haldır.

McKinsey hesablamalırna görə, mövcud texnologiyalar əsasında indiki peşələrin yalnız 5% - i tam şəkildə avtomatlaşdırıla bilər. Bununla belə robotlar bütün peşələrdə 45% - ə qədər aktivlik göstərər bilər. Bəzilər üçün bu 30% işçi vəzifəsinin avtomatlaşıdrılması deməkdir.

Bundan başqa McKinsey şirkətinin ekspertləri qeyd edir ki, robotlarla bir çox peşələri əvəz etmək texniki tərəfdən mümkün olsa da, praktikada buna o qədər də ehtiyac olmayacaq. Saatda 10 dollar qazanan aşbazı, daha baha başa gələn robotla əvəz etməyin nə mənası var? Bəzi hallarda isə, çoxları mexanizmlərin əvəzinə yanlarında canlı insanların, dayələrin, baxıcıların olmasına üstünlük verə bilər.

Humanitar və iqtisadi problemlərlə yanaşı, robotların geniş yayılmasını kibertəhlükəsizlik məsələlərinidə nəzərə almaq lazımdır. Ən böyük təhlükə, robotların fəaliyyətini təşkil edən proqramlardadır.

İnsanların və robotların münasibəti ayrı suallar doğurur. Cəmiyyət zəmanət tələb edəcək ki, bu robotlar insanlara zərər verməyəcək. Lakin maşının intelellektinin əsasənda kibertəhlükəsizlik proqramının olduğu halda buna necə nail olmaq olar? Robotlar həmçinin informasiya təhlükəsizliyi sahəsində böyük bir yeni bazar yaradır, bu da maşın intellektinin təkmilləşdirilməsinə uyğun olaraq transformasiya olunacaq.  Gələcəkdə müvafiq qorunmanın təmin edilməsi üçün artıq bugün kibertəhlükəsizlik haqqında düşünmək lazımdır. İnformasiya sistemlərinin quraşdırılması mərhələsində kompleks amillər nəzərə alınmalıdır – müdafiə həllərinin quraşdırılmasından əməkdaşların təlimi və şəbəkənin daimi monitorinqinədək.

Kaspersky Lab-ın Azərbaycandakı rəsmi nümayəndəsi

Müşviq Məmmədov

Xeberler.az-a özəl

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Robot ofisiantların çalışdığı restoranlar bağlanıb

11-04-2016

İlk robot jurnalist 1 saniyəyə məqalə yazıb

21-01-2017

Ev heyvanlarını robotlar əvəz edəcək

19-05-2015

İnsanabənzər robotlar bazarının həcmi kəskin artacaq

26-01-2016

Yaxın illərdə bəşəriyyətin yarısı işsiz qala bilər

16-02-2016

“Amazon”da işləyən robotların sayı oradakı insanların sayını keçə bilər

01-07-2025

Avtomat müəllimə

05-01-2011

15 milyon iş yerini robotlar tuta bilər

14-11-2015

Xəstəlikləri aradan qaldıran robot hazırlanıb

18-07-2019

Robotların marafon yarışı

28-02-2011

Avtomatlaşdırılmış kafe açılıb

03-02-2017

“Robotlar da insanlar kimi vergi ödəməlidir”

20-02-2017

Robot cərrah ilk dəfə tam əməliyyat edib

11-05-2016

Robotlar bu sahələri ələ keçirəcək-Foto

09-04-2018

Robotlar insanlara “yox” deməyi öyrənir

28-11-2015

İlon Mask: Robotlar 5 il ərzində cərrahları əvəz edə bilər

28-04-2025

Mask: ABŞ-ı müflislikdən robotlar və süni intellekt xilas edə bilər

06-02-2026

İş yerlərinin 35 faizində robotlar işləyəcək

15-09-2015

Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

28-03-2025

Çində insanabənzər robotların boks yarışı keçirilib

26-05-2025

Qocalara robotlar qulluq edəcək

01-03-2011

Marsda gələcək bazanın tikintisi üçün robotlar hazırlanacaq

12-11-2015

İlk yeməli robot hazırlanıb

10-10-2017

Adidas minlərlə əməkdaşını robotla əvəz edəcək

08-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə