“SABAH.city” innovasiya şəhərciyi Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı bazasında formalaşdırılan və Azərbaycanın bilik iqtisadiyyatına keçid prosesini sürətləndirməyi hədəfləyən yeni nəsil innovasiya mərkəzidir. Bakının şəhər mərkəzindən cəmi 10 dəqiqəlik məsafədə, Xətai rayonu ərazisində həyata keçiriliən layihə 20 hektarlıq ərazidə mərhələli şəkildə inkişaf etdirilir.
Yüksək Texnologiyalar Parkından Xeberler.az-a bildirilib ki, layihənin ilk fazasının tamamlanması və istifadəyə verilməsi 2026-ci ilin sentyabr ayına planlaşdırılır. Burada yaradılacaq müasir infrastruktur elm, təhsil və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən bütün tərəflər üçün vahid məkanda inkişaf imkanı təmin edəcək.
“SABAH.city”nin əsas məqsədi ölkənin innovasiya ekosisteminin gücləndirilməsi, elmi araşdırmaların tətbiq sahəsinə keçidi, insan kapitalının rəqabətqabiliyyətli şəkildə formalaşdırılması və texnologiya yönümlü sahibkarlığın inkişafıdır. Bu məqsədlə şəhərcikdə ali təhsil müəssisələrinin qabaqcıl tədris imkanları, müasir laboratoriyalar, tədqiqat və inkişaf məkanları, startaplar və texnologiya şirkətləri üçün uyğun iş infrastrukturu yaradılır.
Şəhərcikdə formalaşacaq mühit tələbələrin, tədqiqatçıların, sahibkarların və şirkətlərin bir məkanda qarşılıqlı fəaliyyətini təmin edərək bilik və innovasiyanın real iqtisadi dəyərə çevrilməsini sürətləndirəcək. Burada həm yeni texnoloji həllərin yaranması, həm də mövcud bilik və səriştələrin praktiki tətbiqi üçün davamlı əməkdaşlıq platforması qurulur. “SABAH.city” ümumilikdə Azərbaycanın elmi-innovativ potensialının modernləşdirilməsinə, ölkənin əsas strateji prioritetlərindən olan qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalar sektorunda yeni iş imkanlarının yaradılmasına və ölkəmizin regionda innovasiya mərkəzinə çevrilməsinə xidmət edəcək.
Layihənin strateji önəmini və qarşılıqlı əlverişli əməkdaşlıq imkanlarını nəzərə alaraq artıq bir sıra qabaqcıl şirkətlər layihədə iştirakını təsdiqləyib. İlkin mərhələdə “SABAH.city”də fəaliyyət göstərəcək qurumlar arasında “SABAH.HUB” İnnovasiya Mərkəzi, “PASHA Future Lab”, “SOCAR Green”, “ABB Innovation”, “Uğur Sağlık Teknolojileri”, “Simbrella”, “Landau Education Group”, “AzSoftware”, “Yığım Payment System”, “Enhance Azerbaijan”, “DAPTI”, “Tredu”, “2School”, “Aspire”, “Coders”, “Proxima Tech Solutions”, “OnDigital”, “Septem Tech” və “Push30” yer alır.
“SABAH.city”də yaradılan innovativ ekosistem və müasir infrastrukturla yanaşı, Yüksək Texnologiyalar Parkının rezidenti olmaq şirkətlərə əhəmiyyətli maddi üstünlüklər təqdim edə bilər. Yüksək Texnologiyalar Parkının rezidenti statusu alan şirkətlər 10 il müddətinə 0% mənfəət vergisi, avadanlıqların idxalında 0% ƏDV və 0% gömrük rüsumu güzəştlərindən yararlana bilirlər. Rezidentlik statusu Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurası tərəfindən, müraciət edən şirkətlərin fəaliyyət istiqamətlərinin Yüksək Texnologiya Parkının, o cümlədən “SABAH.city” innovasiya şəhərciyinin konsepsiyasına uyğunluğuna əsaslanaraq verilir.



Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları