AMEA İnformasiya Texnologiyaları İnstitutunun istiqamətlərindən biri də dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb-saytların yaradılmasıdır.
Xeberler.az bildirir ki, bu barədə institutun nümayəndəsi Gülnarə Nəbibəyova məlumat verib.
O, rəhbərlik etdiyi şöbədə peşəkar dizayner və proqramçıların fəaliyyət göstərdiyini qeyd edərək son zamanlarda veb-saytların yaradılması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Gülnarə Nəbibəyova bildirib ki, institutun www.ict.az veb-saytının dizaynı ən son texnologiyalar tətbiq olunmaqla yenidən işlənib, o cümlədən mobil versiyası yaradılıb.
G.Nəbibəyova AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın elmi bölmələrinin (Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi, Yer Elmləri Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi, Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi), Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının, o cümlədən Şuranın Problemlər Üzrə Elmi Şuralarının veb-saytlarının da yüksək səviyyədə hazırlanaraq istifadəyə verildiyini deyib.
O, həmçinin şöbənin dizayner və proqramçıları tərəfindən AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, AMEA Təcrübə-Sənaye Zavodu və Azərbaycan Dövlət Dəniz Akademiyasının veb-saytlarının işləndiyini diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə dekabr ayında keçiriləcək “Asia-Pacific Conference and Workshop on Quantum Information Science 2016” konfransının veb-saytı da şöbə əməkdaşları tərəfindən hazırlanmış, burada onlayn ödəmə sistemi tətbiq edilib.
G.Nəbibəyova dizayner və proqramçıların veb-saytları yaradarkən bu sahədə dünya təcrübəsini və müasir tələbləri araşdırdıqlarını, yeni texnologiyaları tətbiq etdiklərini vurğulayıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri