“Samsung” şirkəti yük çantaları istehsal edən “Samsonite” şirkəti ilə əməkdaşlıq edərək “ağıllı” çamadanlar hazırlayır. Müasir çamadanlar açılması və uzaq məsafəyə aparılması haqqında xəbərdarlıq edən sistemlər və GPS izlənmə datçikləri ilə təchiz edilməklə yanaşı, sahiblərinin arxasınca müstəqil hərəkət edə biləcək.
Lakin bu çamadanlar üçün nəzərdə tutulmuş mühərriklərin böyüklüyü layihənin başa çatdırılmasına mane olur. Mütəxəssislər yeni sistemin təkmilləşdirilməsi istiqamətində işlər aparır.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, səyahət edənlər üçün faydalı olan bu çamadanlar öz analoqlarına nisbətən daha münasib qiymətə olacaq.
Xatırladaq ki, “Samsung” şirkəti uzun müddətdir ki, gündəlik həyatda istifadə olunan “ağıllı” qurğuların hazırlanması ilə məşğuldur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri