Previous Next
Bağla

Startap və innovasiya ekosistemin inkişafını əngəlləyən səbəblər hansılardır?

12-04-2021 16:36
Startap və innovasiya ekosistemin inkişafını əngəlləyən səbəblər hansılardır?
"Ötən həftə Mərkəzi Bank “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsini yenidən müzakirə etdiyini açıqlayıb. Bəlkə də 77-ci dəfədir ki, Mərkəzi Bankın bu tip açıqlamalarını oxuyuram".
 
Xeberler.az bildirir ki,bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
 
"Bu dəfə layihəni yeni yaranan “Azərbaycan Fintex Assosiasiyası” ictimai birliyi ilə müzakirə edib. Əvvəllər Banklar Assosiasiyası ilə bu işi aparırdı. Qısa bir araşdırma ilə müəyyən etmək olar ki, 2013-cü ildən başlayaraq adı çəkilən qanun layihəsinin hazırlanacağı və ya hazır olması ilə bağlı MB dəfələrlə açıqlamalar verib.
 
Bir müddət bu işlə Maliyyə Bazarlarına Nəzarət Palatası məşğul olmuşdu. Bu qurum da açıqlamalar vermişdi ki, bəzi maliyyə qurumları belə bir qanun layihəsinin qəbulunda maraqlı deyillər. Fikrimcə adı çəkilən layihənin bu cür uzanmasının kökündə həm də Mərkəzi Bankın inhisarçılıq maraqları durur".
 
Ekspertin sözlərinə görə, Mərkəzi Bank rəqəmsal ödəniş ekosistemi bazarında həm tənzimləyici və həm də bazar subyekti kimi çıxş edir. Özünün nəhəng ödəniş sistemləri var. Hələlik bu bazara uzun vuruşmalardan sonra yalnız ASAN xidmət AsanPay ödəniş sistemini yaradaraq daxil ola bilib və digər ödəniş xidmətləri subyektlərinin inteqrasiyasına inkan yaradıb. Xatırlayıram ki, MB hətta bunu da qısqanclıqla qarşılamışdı.
 
"Prosesin uzun illər davam etməsi onun göstəricisi hesab oluna bilər ki, Mərkəzi Bank açıq-aşkar maraqlı deyil ki, bank olmayan, ödəniş xidməti təchizatçıları olan ödəniş təşkilatları bazara daxil olsun, alternativ innovativ ödəniş həlləri tətbiq edilsin. Əgər ediləcəksə də, belə görünür ki, bunu yalnız özü etmək fikrindədir.
 
Xatırlayıram ki, bu qədər müqavimətlə qarşılanan ikinci layihə yalnız Rəqabət Məcəlləsi ola bilər. Digər bu cür uzun müddət, heç olmasa müzakirəyə çıxarıla bilməyən layihə xatırlamıram.
 
Hətta 4 il bundan öncə qəbul olunan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda da bu qanunun qəbulu nəzərdə tutulub. Proqram da artıq başa çatıb, hələ də layihə ortada yoxdur.
 
Qonşu ölkələrin ödəniş sistemləri və ödəniş xidmətləri bazarına nəzərə salanada görmək olar ki , “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinin 8 il uzadılması bizim Fintex ekosistemə, startap və innovasiya ekosisteminə nə qədər zərbə vurub. Düşünürəm ki, bunu MB-nin tanıdığım peşəkar mütəxəssisləri də çox gözəl bilirlər.
 
Ümid edirəm ki, sahə üzrə qərar qəbul edənlər də baş verənlərin fərqindədirlər.
Fiikrimcə biz bu sahədə çox ləngimələrə yol veririk.
 
Düşünürəm ki, MB kommersiya tipli ödəniş sistemləri yaratmaq əvəzinə Fintex qurumların göstərdiyi xidmətlərin effektiv tənzimlənməsinə, rəqəmsal ödəniş texnologiyalarının və “açıq bankçılığın” inkiaf etdirməsinə, qlobal ödəniş sistemlərinin (PayPal və s.) ölkəyə daxil olması üçün münbit şərait yaradılmasına diqqəti artırmalıdır".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Azərbaycan bu il də The Global Fintech Index 2021 reytinqinə daxil ola bilməyib

22-07-2021

Azərbaycanda ödəniş sistemləri haqqında qanun layihəsi hazırlanıb

17-05-2018

AMB-nin departament rəhbəri: Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək

06-09-2023

Mərkəzi Bankın sədri Taleh Kazımov ötən gün Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib

04-11-2023

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

22-06-2023

Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

09-08-2023

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022

Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

13-06-2023

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019

Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

06-09-2023

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun 3 aya qüvvəyə minəcək

24-06-2023

Tahir Mirkişili: "Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək"

24-06-2023

Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

06-09-2023

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022

Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

10-08-2023

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

14-07-2023

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

24-06-2023

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir

13-10-2023

Azərbaycanda ödəniş bazarının 8 iştirakçısı lisenziya almaq üçün gözləyir

14-02-2025

Mərkəzi Bank “Tiko Azərbaycan”a lisenziya verib

11-02-2025

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019

Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

22-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə