Previous Next
Bağla

“Hökumət oyun biznesindən böyük pullar qazana bilər”

04-07-2017 14:51
“Hökumət oyun biznesindən böyük pullar qazana bilər”

“Sahibkarlar arasında oyun sektoruna investisiya qoyanlar yoxdur”.

Xeberler.az-ın məlumatına görə, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Kaspi.az-a ölkəmizdə oyun sektoru ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

Ekspert bildirib ki, bu sahəyə marağın olmaması onlayn biznes, rəqəmsal sahibkarlıq mühitinin bizdə nə dərəcədə inkişaf etdiyini göstərir:

"İşlər elə gətirib ki, tarixən bizdə ənənəvi biznes sahələrinə üstünlük verilib. Biznesə maraq göstərənlər mağaza açıblar, kənd təsərrüfatı ilə məşğul olublar və s. Rəqəmsal sahibkarlıq geniş bir sahədir. Bunun içərisindəki bölmələrdən biri də "oyun biznesi”dir. Azərbaycanda indi hansısa sahibkara, yaxud fərdi şəxsə "oyun yaradacağam, bunu satıb pul qazanacağam” desəniz, bildirəcəklər ki, ondansa, həmin məbləğə hardasa mağaza açmaq, torpaq almaq, yaxud hansısa ənənəvi bizneslə məşğul olmağı daha məqsədəuyğun hesab edirlər. Bizim sahibkarlar üçün bu, qəliz bir sahədir. Amma dünyanın statistikasına baxsaq, görərik ki, daha böyük pullar onlayn sahədədir. Niyə bu sektorda bizim ölkənin də payı olmasın?”.

"Keçid dövrü üçün dövlətin üzərinə böyük yük düşür”

O.Gündüzün sözlərinə görə, ölkəmizdə bu sahənin inkişaf etməsi üçün dünyadakı oturuşmuş təcrübədən istifadə etmək lazımdır:

"Söhbət ilk növbədə, rəqəmsal sahibkarlıq mühitinin yaranmasından gedir. Sahibkarlar arasında bu istiqamətə investisiya qoyanlar yoxdur. Bunun da səbəbi var. Onları inandırmaq lazımdır, beynəlxalq təcrübədən xəbərdar olmalıdırlar və s. Amma reallıq odur ki, bu yoxdur. Halbuki, xaricdə bu cür fərdi sahibkarlara angel-lər – biznes mələklər deyirlər. Bizdə biznes mələklər ancaq oflayn dünyadadır, rəqəmsala pul buraxmırlar. Belə olan halda, dövlət burada müəyyən iş görməlidir. Münbit şərait yaratmalı, investorların risklərini sığortalamalı, maarifləndirici işlər görməlidir. Böyük məbləğdə dövlət özü də investisiya yatırımı edə bilər. Bu baxımdan müəyyən keçid dövrü üçün rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı dövlətin üzərinə böyük yük düşdüyünü hesab edirəm. Hazırda bununla bağlı müəyyən addımlar atılır, amma görüləcək işlər daha çoxdur”.

Forum prezidenti sahibkarların bu istiqamətdə yatırımlar etməsi üçün həm də cəlbedici, normal hüquqi mühit yaradılmasının vacib olduğunu bildirib:

"Risklərin sığortalanması, güzəştli və uzunmüddətli şərtlər tətbiq oluna bilər. Dünya ölkələrinin təcrübəsinə əsaslansaq, 3-5 il rəqəmsal sahibkarlıq sahəsini bütün vergilərdən azad edirlər. Biznesi qururlar, pul qazanırlar, sonra vergi məsələsinə baxılır. İnkişaf etmiş ölkələrdə yanaşma adətən, belə olur. Yaxud simvolik bir vergi alınır. Rəqəmsal biznes vergi orqanlarının işini asanlaşdırmış olur. Belə ki, onların vergidən yayınması mümkün deyil. Burada sahibkarın nə qədər qazandığını asanlıqla tutmaq olur”.

Həm gəlirli, həm riskli…

O.Gündüz deyib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İT sahəsində olan startaplara, layihələrə müəyyən qədər dəstək göstərilir. Amma böyük biznes qurulmasından söhbət gedirsə, daha çox gəlir müzakirə mövzusudursa, bu zaman ayrılan maliyyə də çox olmalıdır:

"5-10 min manatla böyük biznesə doğru addım atmaq olmur. Böyük yatırımlar və dövlətin böyük dəstəyi olmadan irəliləmək, dünya bazarına çıxmaq çətin olur. Hökumət oyun biznesinə vəsait yatırıb böyük pullar qazana bilər. Amma bizdə bu biznes sahəsində lazım olan qədər kadr yoxdur. Bu kadrları necə yetişdirmək lazımdır? Burada artıq problemlər var. Gərək xaricdən mütəxəssis çağırasan, ali təhsil müəssisələrində ixtisaslar açasan, kadrları yetişdirəsən. Kadr yetişdirmək lazımdır”.

Ekspert onu da bildiib ki, bu iş gəlirli olduğu kimi, həm də risklidir:

"Startap elədir ki, burada risklər var. 100-dən 90-ı uğursuz olur. Amma yerdə qalan 10 faizin əldə etdiyi gəlir qoyulan investisiyadan 100 dəfə çox olur. Bir milyon qoyulursa, 900 mini batır. 100 mindən gələn xeyir bir neçə milyon olur”.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspertlər startup mühitindən niyə narazıdır ?

24-07-2019

Xarici startapları ölkəyə gətirək, yoxsa yerli startapları dəstəkləyək?-Müzakirə

10-10-2016

Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

31-03-2022

Azərbaycanda ən perspektivli İT sahələri hansılardır?

30-01-2023

Azərbaycanda pandemiya onlayn ticarətə necə təsir etdi?

11-01-2021

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

Prezident RYTN-də baş verənlərdən danışdı: “Bu, bütün qurumlara dərs olmalıdır”

12-01-2016

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

11-09-2021

Yeni vergi islahatları ölkədə elektron ticarətin inkişafına necə təsir göstərəcək?

15-08-2016

Böhran və devalvasiya ölkənin İKT sektoruna necə təsir edəcək?

25-12-2015

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

“Dövlət startaplardan əvvəl təhsilə yatırım etməlidir”

19-08-2016

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Azərbaycanın ilk vençur fondunun – Caucasus Ventures-in bank hesabları bağlanıbmı ?

21-06-2024

Rafael Əzizov: “Böhran hər zaman düzgün startap üçün yeni imkanlar açır”

14-01-2015

Ekspert: Pulsuzdursa, niyə 210 manat ödəyirik?

18-11-2019

“İKT sektorunda bir-biri ilə rəqabətə girəcək sahələr varsa, inkişaf olacaq”

09-12-2016

Osman Gündüz: İRİA-da “təmizləmə” başlanıb

13-02-2025

Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

01-08-2012

Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

05-05-2021

Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

06-06-2018

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020

"Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 faizə çatdırılacaq"

28-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə