“Bir neçə ildən sonra vətəndaşların 85 faizi məlumatları internetdən alacaq”.
Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun
Amaşov dekabrın 11-də keçirilən beynəlxalq konfransda bildirib.
Mətbuat Şurasının sədrinin sözlərinə görə, bu, onlayn medianın nə qədər böyük əhəmiyyətə malik olmasının əsas göstəricilərindən biridir: “Türkiyədə də internet mediaya maraq böyükdür. Orada da çap mediasından daha çox onlayn media oxunur. Bu tendensiya dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində müşahidə edilir. Türkiyə və Azərbaycan da dünyanın ayrılmaz hissələridir. Hesab edirəm ki, bu keçidin mərhələ və formaları, yaranmış fəsadlar, onların aradan götürülməsi ilə bağlı birgə əməkdaşlıq etməliyik”.
Əflatun Amaşov qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya inteqrasiyanın çox sürətlə getdiyini vurğulayaraq deyib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etməsi, İKT infrastrukturunun yüksək səviyyədə qurulması, internet istifadəçilərinin sayının günü-gündən artması ölkədə yeni medianın çiçəklənməsinə münbit şərait yaradıb.
Mənbə: ictnews
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri