“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı artıb

17-09-2015 / 13:10

“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı artıb.

Xeberler.az bildirir ki, artıq layihə çərçivəsində güzəştli şərtlərlə 26800 kompüter əldə olunub.

“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

“Xalq kompüteri”  layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə Microsoft və HP şirkətləri tərəfindən təqdim edilir, təchizat isə BestComp Group şirkəti tərəfindən həyata keçirilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə