Previous Next
Bağla

Azərbaycanda ən perspektivli İT sahələri hansılardır?

30-01-2023 18:59
Azərbaycanda ən perspektivli İT sahələri hansılardır?

İT sektorunda inkişaf bu sahəyə yeni maraqlar, müasir yanaşmalar gətirib. Son illərdə ən gəlirli sahələrdən biri kimi qəbul edilən İT sektoruna marağın artması da təbiidir.

Bəs Azərbaycanda bu sahəyə marağı nəzərə alaraq konkret olaraq hansı proqramları öyrənmək daha faydalı sayıla bilər?

Bu sualı nüfuzlu təhsil mərkəzlərindən birinin mütəxəssisi Xatirə Cəfərova cavablandırıb.

O hesab edir ki, cəmiyyətimizdə hazırda İT sahəsinə maraq həddindən artıq yüksəkdir:

“Əvvəl biz İT sektorunu gələcəyin sahəsi adlandırıb, gələcəkdə çox gəlirli və tələbatlı bir sahə olacağını deyirdiksə, pandemiya dövründə artıq o gələcək bu gün oldu. Xaricdə İT sektoru əvvəllər də inkişaf etsə də, Azərbaycanda bu sahə yeni idi. Pandemiya dövrü Azərbaycanda daha çox İT sektoruna maraq artıb.

1992-1993-cü illərdə ingilis dilinə maraq necə çox idisə, indi də İT sektoruna eyni maraq var. İngilis dilini bilən və kompüter bilikləri olan adamlara xüsusi baxırdılar. Onlara daim çox yaxşı işlər təklif olunurdu. Hazırda isə İT sahasini bilənlərə belə baxılır”.

X.Cəfərova qeyd edib ki, Azərbaycanda potensialı olan da, olmayan da bu sahə ilə maraqlanır:

“İT deyəndə ancaq proqramlaşdırmanı nəzərdə turmuram. Bu sektora bağlı sahələr də var. Hazırda dizayn sahələri də İT ilə bağlıdır. Memarlıq sahəsi belə buna yaxınlaşıb. Məsələn, "digital" memarlıq”.

Mütəxəssis İT-yə marağı olanlardan tövsiyyələrini əsirgəməyib:

“Sahə seçimi çox önəmlidir. Yaxşı olardı ki, əvvəlcə araşdırıb kursa başlanılsın. Həm də biz onların baza bilikləri ilə tanış olduqdan sonra onlara təklfilərimizi verək, hansı proqramı və ya hansı mərhələdən başlamağı məsləhət edirik. Elə adamlar var, sadəcə proqramın adını eşidib gəlirlər. Maddi tərəfdən əlavə, hansı əziyyətlərin olduğunu da nəzərə almaq lazımdır. Hansı proqramı öyrənsəm, daha çox gəlirim olar yox, nəyi bacara bilərəm məsələsini fikiləşmək lazımdır.

Məsələn, Rəssamlıq Akademiyasını bitirib amma iş tapmaqda çətinlik çəkən şəxslər var. Bunun kreativ tərəfini çox gözəl şəkildə dizayna bağlamaq olar. Amma həmin insan proqramlaşdırmanı gəlirli hesab edib ona getmək istəyirsə, burada bizim rolumuz proqramlaşdırmanı deyil, qrafik dizaynerliyi aşılamaqdır".

Hazırda ən populyar proqramlar hansılardır?

Proqramlaşdırma, kibertəhlükəsizlik sahəsi, data analitika, dataya bağlı sahələr, "digital" marketinq və dizayn, qrafik dizayn, memarlıq dizaynı, "digital" və s. populyar proqramlar sırasındadır.

X.Cəfərova hesab edir ki, sözügedən proqramları əldə etmək üçün o qədər də yüksək məbləğ, ən azından şişirdilmiş bir rəqəm yoxdur.

İT üzrə ekspert Fərhad Kərimov mövzu ilə bağlı bildirib ki, İT sahəsi kifayət qədər geniş sahədir və burada müxtəlif sahələrdə fəaliyyət göstərmək olar:

“Proqramlaşdırma, informasiya təhlükəziliyi, sistem inzibatçılığı, şəbəkə inzibatçılığı, baza inzibatçılığı, DevOps istiqaməti kimi sahələrin proqramlarına tələbat var. Bu sahələrin hər biri çox vacibdir və dəyərlidir”.

Proqramların öyrənilməsi üçün ödənişdən danışarkən ekspert bunun tədris mərkəzlərindən və müəllimlərdən asılı olaraq dəyişdiyini vurğulayıb:

“Təlimçilərin biliyi və təcürübəsi nə qədər çoxdursa o qədər də qiymətdə fərqli olur.

Müxtəlif tərzdə ödənişlər var. Bəzən aylıq olur, ya da paket şəklində olur. Orta məbləği demək olmur. Amma paket şəklində təqribən 300-500 manat arasında olur”.

F.Kərimov İT sahəsinə aid olan proqramların həm yerli, həm də xarici bazarlarda istifadə olunduğunu bildirib:

“İT elə bir sahədir ki, burada harada olmağın vacib deyil. İT mütəxəssizi dünyanın istənilən ölkəsində bu biliklərindən istifadə edə bilər. Təlim proqramları bitdikdən sonra ehtiyac olduğu halda tələbə təcrübə keçməli və öyrəndiyi bilikləri praktikada təkmilləşdirməlidir. Bəzi hallarda isə tələbə təlimi bitirdikdən sonra birbaşa işə də başlaya bilir. Hazırda bir çox şirkət rəqəmsallaşdığı üçün İT mütəxəssizlərinə ehtiyac var. Düşünürəm ki, rəqəmsallaşma artdığı üçün İT sahəsinə ehtiyac və maraq daha çox artacaq”.

Report

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ülvi Aslanov: Code Academy iş dünyasının tələblərinə uyğun qurulub

30-11-2018

“Hökumət oyun biznesindən böyük pullar qazana bilər”

04-07-2017

“Hindli və çinlilərlə birlikdə proqramlaşdırma sahəsində təcrübə keçmişəm”

19-06-2015

“Dövlət startaplardan əvvəl təhsilə yatırım etməlidir”

19-08-2016

“Proqramçı gecə universitetdə yatıb da qala bilər”

04-08-2015

“Bizim proqramçılar proqramı yazmaqla işi bitmiş hesab edir”

23-10-2015

“Öyrəndiklərimizin əksəriyyətini təlimlərdən və İnternetdən əldə edirik”

09-04-2015

Proqramlaşdırmanı öyrənmək istəyənlər üçün ən sadə dil- Python

27-11-2015

“C# master class” professional videodərslik hazırlanıb

26-06-2014

“Proqramçı həmişə optimal həllər tapmağa çalışır”

27-07-2015

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023

“Proqramçılar ünsiyyətə meylli olmadığından qızlar bu sahəyə gəlmir”

22-07-2015

“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”

05-06-2014

Məşhur müğənni öz İT şirkətini qurub

15-11-2017

“Çox pul qazansam, müəyyən hissəsini informatikaya xərcləyəcəyəm”

14-09-2015

“İKT sektorunda bir-biri ilə rəqabətə girəcək sahələr varsa, inkişaf olacaq”

09-12-2016

Rəqəmsal marketinq agentliklərinin sayı artacaq

20-08-2015

Fərhad Kərimov: “İT sahəsində bir az geri qaldınsa, avtomatik geriyə düşəcəksən”

22-12-2014

İT sahəsində karyera qurmağın yeni məkanı- Reportaj

13-12-2016

Startapın uğur əldə etməsi məkandan asılıdırmı?

20-04-2015

“Avropalılar üçün də Facebook xəstəlikdir” – Müsahibə

08-01-2015

“Mobil tətbiqlər biznesin inkişafına təkan verir”

30-03-2015

Ekspert: “Ölkəmizdə peşəkar mühəndislərə ehtiyac artır”

11-12-2017

“Dil bacarıqları olmadan proqramlaşdırmanı mənimsəmək çətindir”

10-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə