Azərbaycan İnternet Forumu bildirir ki, ötən gün RİTN tərəfindən İnternet qiymətləri ilə bağlı apardığı Monitorinqin
nəticələri və Beynəlxalq Telekommunikasiya İttifaqının Hesabatı ilə bağlı məlumatlar açıqlanıb.
Məlumatlarda ölkədə İnternet qiymətlərinin region dövlətləri ilə eyni səviyyədə olduğu , həmçinin Hesabata əsaslanaraq ölkənin bu sahədə ciddi uğurlar əldə etdiyi bildirilir.
AİF təəssüflə bildirir ki, son dövrlərdə bu dövlət qurumu tərəfindən bir sıra hallarda həqiqətə uyğun olmayan, yarımçıq və cəmiyyəti çaşdıran məlumatlar yayılır.
AİF bildirir ki, BTİ dünyanın 154 ölkəsinin informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin 5 illik Hesabatını təqdim edib.
Hesabat hazırlanarkən 11 göstərici – mobil rabitə, internet və sabit telefon istifadəçilərinin sayı, geniş zolaqlı internet istifadəçilərin sayı, kompüter olan və internet bağlantısı olan evlərin sayı və s. bu kimi parametrlər üzrə araşdırmalar aparılıb və BTİ –yə məxsus metodika üzrə Reytinq Cədvəli hazırlanıb.
Hesabatda Azərbaycanın ümumi reytinqdə 14 pillə irəliləyərək 2002-ci ilə dair siyahıdakı 100-cü yerdən 86-cı mövqeyə qalxdığı bildirilib. Bunun əsasən mobil rabitə və internet istifadəçilərinin sayının, həmçinin ölkəyə daxilolan İnternet trafikin artması hesabına əldə olunduğu vurğulanıb. Hesabatda hökumət tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyi vurğulanıb.
AİF ölkənin İKT sahəsində Reytinq Cədvəlində irəliləməsini müsbət hal kimi dəyərləndirir. İlkin müşahidələr onu deməyə əsas verir ki, bu nəticə daha çox ölkə rəhbəri tərəfindən İKT-nin prioritet elan edilməsi, büdcədən bu sahəyə müəyyən ayırmaların edilməsi və bir sıra özəl qurumlar tərəfindən atılan addımlar hesabına əldə edilib.
AİF bildirir ki, Hesabatın digər hissələrinin təhlili onu deməyə əsas verir ki, ölkədə bu sahədə vəziyyət heçdə RİTM –nin qeyd etdiyi kimi ürəkaçan deyil.
AİF təəssüflə bildirir ki, yuxarıda qeyd olunan göstəricilər üzrə Reytinq Cədvəlində Azərbaycan irəliləməsinə baxmayaraq hələdə qonşu ölkələrdən, potensial imkanı xeyli aşağı olan ölkələrdən geridədir, MDB məkanında isə Orta Asiya ölkələrini çıxmaqla axırıncı yerdədir. Hesabatda həmçinin İKT xidmətlərinin qiymətləri üzrə, mobil tariflər üzrə və xüsusən də geniş zolaqlı İnternet qiymətləri üzrə Azərbaycanın nəinki MDB məkanında yenə axırıncı yerdə olması, hətta ən zəif inkişaf etmiş ölkələrlə (Nikaraqua, Tonqo və s.) bir sırada olması göstərilib. Hesabatda genişzolaqlı və adi internet istifadəçilərin sayına görə Azərbaycanın 15 pillə gerilədiyi (82-ci pillədən 97-yə düşdüyü), genişzolaqlı İnternet qiymətlərinin qonşu ölkələrlə müqayisədə hədsiz dərəcədə fərqli olması qeyd olunub.
Reytinq Cədvəlində İKT xidmətlərinin qiymətlərinin ( telefon danışıqları, mobil tariflər , İnternet ) Azərbaycanda kifayət qədər baha olması görsənir - 109-cu yer, qonşu ölkələrdən isə Rusiya-39, Gürcüstan – 103, Ukrayna-76 –cı yerlər.
BTİ-nin Hesabatında İnternet qiymətləri üzrə vəziyyətin ölkəmizdə daha pis və ən baha olduğu görsənir: Azərbaycan 110-cu yer, Nikaraqua-109, Gürcüstan -104, Ukrayna -79, Rusiya -37.
Hesabatda təqdim olunan rəqəmlər bir qədər öncə AİF tərəfindən aparılan Monitorinqin nəticələrinə tamamilə uyğundur. AİF –in apardığı monitorinqlərin nəticəsi ölkədə İnternet xidmətlərinin keyfiyyətinin hədsiz dərəcədə pis olduğunu və qonşu ölkələrlə müqayisədə qiymətlərin 8-10 dəfə baha olduğunu göstərmişdi.
Bütün bunlardan sonra RİTN –nin yalnız özü tərəfindən aparılan Monitorinqlərə əsaslanaraq, Hesabatın nəticələrini nəzərə almadan bu sahədə vəziyyətin normal olmasını, qonşu ölkələrlə qiymətlərin eyni olmasını elan etməsi kifayət qədər anlaşılmaz və absurddur.
AİF təəssüflə bildirir ki, İnternet və İKT bazarında birgə monitorinqlər aparmaqla bağlı RTN-nə edilən müraciətlərə də indiyədək müsbət cavab verilməyib.
Hesabatın tam mətni : http://www.itu.int/ITU-D/ict/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri