Korporativ Sosial Məsuliyyət Azərbaycan şirkətləri üçün nisbətən yeni anlayış olsa da, “Azercell Telekom” MMC artıq neçə illərdir ki, bu sahədə öz prinsiplərini tətbiq edir. Şirkət Korporativ Sosial Məsuliyyətin Azərbaycan inkişafına xidmət edən müxtəlif tədbirlərə də sahiblik edir.
İyunun 22-də “Azercell Teleckom”un və Avrasiya Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə bu mövzuda növbəti geniş tədbirin açılış mərasimi baş tutdu. Açılış tədbirində “Azercell Telekom”un prezidenti cənab Ali Ağan çıxış etdi. “Biz Korporativ Sosial Məsuliyyətin köməyi ilə ölkəmizin olan dəyərlərini qorumaq, gələcək dəyərləri yaratmaq və dəyərləri payılaşmağı qarşımıza məqsəd qoymuşuq. Bu missiyamızı həyata keçirmək üçün, sizlərin, yəni bütün paydaşlarımızın dəstəyinə ehtiyac duyuruq. Azərbaycan isə, öz növbəsində, sürətli və davamlı inkişaf üçün güclü biznes mühitinə ehtiyac duyur. Düzgün Hesabat- şəffaf biznesin ayrılmaz hissəsidir, yüksək biznes mədəniyyətinin göstəricisidir. Biz arzu edirik ki, Azercell də daxil olmaqla, Azərbaycanda hər bir şirkət Sosial Məsuliyyətli biznes həyata keçirsin və şəffaf fəaliyyət göstərsin. Əminəm ki, GRİ hesabatın yayılmasına həsr olunmuş siminarlar buna dəstək olacaq və lazımi məlumatın daha yaxşı mənimsənilməsində mütəxsislərimizə yardım edəcək.“ deyərək, Ali Ağan bildirdi və hamını seminarda iştirak etməyə dəvət etdi.
Tədbirdə həmçinin Avrasiya Əməkdaşlıq Fondunun icraçı direktoru Camal Şahverdiyev çıxış edərək Azərbaycanda Korporativ Sosial Məsuliyyətin inkişafının vacibliyini bildirdi. Onu da vurğuladı ki, “Azercell Telekom” MMC-nin fəal dəstəyinə görə KSM sahəsində tanınmış Qlobal Hesabat Təşəbbüsü (GRI) kimi təşkilatının iştirakı ilə belə bir tədbirin təşkili mümkün olmuşdur. Mərasimdə Qlobal Hesabat Təşəbbüsü (GRI) təşkilatının təmsilçisi xanım Astildur Rutten “GRİ-nin davamlı hesabat qaydaları - biznes üçün strateji fayda” mövzusunda təqdimatla çıxış etdi.
GRİ - Qlobal Hesabat Təşəbbüsü təşkilatı haqqında
Xanım Astildur Ruttenin təmsil etdiyi GRI qeyri-kommersiya təşkilatı Hollandiyada (Amsterdam) yerləşir. GRI dünyada ən çox istifadə olunan hesabat şəbəkəsini işləyib hazırlayıb. Məhz bu şəbəkənin müəyyənləşdirdiyi prinsiplər müasir biznes qurumları arasında daha çox populyardır. GRİ-nin yaratdığı prinsiplərin əsasını dayanıqlı inkişaf təşkil edir. Dayanıqlı inkişaf sahəsində hesabatın hazırlanması zamanı müəssisənin fəaliyyətinə təsir göstərən iqtisadi, ekoloji və sosial təhlilin aparılmasına, həmçinin onların istehsal etdikləri məhsulların və ya göstərdikləri xidmətlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinə diqqət yetirilir. Hazırda GRI-nin G3 adlı qaydalarından dünyanın 65-ə qədər ölkəsinin şirkət və təşkilatları istifadə edir.
Davamlılıq hesabatları və onların faydaları
GRİ standartı xarici investisiyaların cəlb edilməsi və beynəlxalq təşkilatların tenderdə iştirakı ilə bağlı tədbirləri özündə əks etdirir. GRI şəbəkəsinin hazırladığı dayanıqlılıq hesabatları qanun, norma, məcəllə, fəaliyyət standartları və könüllü təşəbbüslərə hörmətlə yanaşır. Bununla yanaşı, həmin hesabatlardan təşkilatların fəaliyyətlərinin qiymətləndirilməsində istifadə oluna bilər. Çünki bu cür hesabatlar bir müddət sonra təşkilatların fəaliyyətini müqayisə etmək imkanı verir. Belə hesabatlarda biznesin istehlakçı qarşısında məsuliyyəti, işçilərin sosial müdafiəsi, ətraf mühitə münasibət, yerli icmalarla və hökumətlə əməkdaşlıq və insan haqlarına münasibət kimi prinsiplərə diqqət yetirilir.
GRİ-nin əhatə dairəsi
GRİ hesabat şəbəkəsinin təkmilləşməsi və bütün dünyada tətbiq olunması istiqamətində də fəaliyyət göstərir. 2005-ci ildə ABŞ-ın iri və aparıcı şirkətlərindən olan “General Electric” ilk dəfə olaraq beynəlxalq standartlar üzrə sosial hesabatı nəşr etdirib. Daha sonra “Ford”, ABB, “Microsoft” və digər iri beynəlxalq şirkətlər GRİ standartları üzrə sosial hesabatlarını açıqlayıblar.
Hazırda dünyanın bir çox aparıcı markaları (Bosch, BP, British American Tobacco, Dell, Deloitte, Deutsche Bank AG, Ernst &Young Global, Hewlett Packard, Holcim Ltd., Nike Inc., Philips International B.V., Royal Dutch Shell, SGS, Telefonica) də daxil olmaqla 1500 dən artıq şirkət GRİ Qaydalarını könüllü olaraq qəbul etdiklərini élan ediblər. GRI həmçinin BMT-nin Ətraf Mühit Proqramı ilə də əməkdaşlıq edir. GRI-nin Təşkilati Səhmdar (OS) proqramında isə 500-dən artıq təşkilat mövcuddur. Beləliklə, G3 Qaydaları de fakto olaraq hesabat üçün qlobal standarta çevrilib.
“Azercell” və Korporativ Sosial Məsuliyyət
Dünyanın aparıcı şirkətləri kimi “Azercell” də korporativ sosial məsuliyyətə mühüm dəyər verir. Son illər ərzində Azercell Telekom” bu sahədə layihələrə yüksək maraq nümayiş etdirib. Şirkətin Korporativ Sosial Məsuliyyətə yanaşması “Azərbaycan və Azərbaycan xalqı hər şeyin ən yaxşısına layiqdir” prinsipinə əsaslanır. “Azercell” bu məqsədlər üçün 2008-ci ildə təqribən 2 milyon manat, 12 il ərzində isə təqribən 11 milyon manat həcmində vəsait sərf edib. “Azercell Telekom” “Korporativ Sosial Məsuliyyət" nominasiyasında bir sıra mükafalara da layiq görülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri