4SİM ölkə universitetlərinin “Strategic Intelligence” platformasına çıxışına dəstək olacaq

23-09-2024 / 12:20

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” platforması tərəfindən Azərbaycan universitetlərinin nümayəndələri üçün məlumat sessiyası keçirilib. 

Xeberler.az bildirir ki, Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) nümayəndələrinin iştirak etdiyi infosessiyada qeyd olunub ki, platformanın qeydiyyatdan keçmiş istifadəçi sayı 1 milyondan çoxdur. Burada Harvard, Yel, Oksford universitetləri və KAİST də daxil olmaqla 400-dən çox məzmun yaradan akademik tərəfdaş var.

Görüşdə, həmçinin, 4SİM-in dəstəyi ilə universitetlərimizin bu platformada kontent təminatçısı olma imkanları müzakirə edilib. Növbəti mərhələdə, universitetlərin araşdırma və tədqiqatla bağlı nəşrlərinin “Strategic Intelligence” platforması ilə inteqrasiya olunmasıdır.

Bu əməkdaşlığın faydası ölkəmizdə elmi-tədqiqat, eləcə də elm və təhsil müəssisələrinin kontent təminatçısı olmaq imkanının əldə etməsi, qlobal şirkətlərlə əməkdaşlıq imkanının yaradılması və universitetlər arasında əməkdaşlığı təmin etməkdir.

“Strategic Intelligence” (https://intelligence.weforum.org/) yüzlərlə qlobal problemlərin və onların qarşılıqlı xəritəsini özündə birləşdirən platformadır. Süni intellekt əsaslı bu platforma hər hansı bir mövzuda əsas məsələlər üzrə daha geniş perspektivli məlumatlar əldə etməyə və həmin mövzularla bağlı əsas tendensiyaları başa düşməyə imkan verir. Məlumat “transformation map” adlanan interaktiv, dinamik məlumat vizuallaşdırması şəklində təqdim olunur. Transformasiya Xəritələri ümumilikdə 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər qlobal problemlər arasında əlaqələri araşdırmağa və anlamağa kömək edir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə