Previous Next
Bağla

Antiplagiat sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir

28-04-2016 21:38
Antiplagiat sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir

 Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi ilə Polşanın Plagiat.pl şirkətinin regional direktoru Əli Təhməzov və şirkətin icraçı meneceri Xəyalə Abdullayeva arasında görüş keçirilib.

İnstitutadan Xeberler.az-a verilən məlumata görə, görüşdə şirkətin antiplagiat sistemi təqdim olunub. Ə.Təhməzov çıxışında bildirib ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və insanların intellektual mülkiyyətindən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır:

“Müxtəlif elmi-tədqiqat müəssisələrində plagiatlığın aradan qaldırılması üçün elmi işlərdə plagiatı aşkar edən effektiv alətlərdən istifadə və şəffaflığın təmin edilməsi tələb olunur. Şirkətin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilən proqram məhsullarının müxtəlif elektron tədris sistemləri ilə inteqrasiya imkanları da mövcuddur. Mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələriqurulur. Şirkətin hazırladığı “StrikePlagiarism” sistemimüxtəlif mətnlərdən köçürülən fraqmentləri aşkar etməyə imkan verir”.

Ə.Təhməzovun sözlərinə görə,şirkətin məhsullarına orta məktəblər üçün antiplagiat sistemi, ali təhsil müəssisələri üçün elektron arxiv və piratçılıqla mübarizədə monitorinq xidmətləri daxildir:

“Şirkətdünya üzrə bu sahədə fəaliyyət göstərən qurumlar arasında ilk üçlükdə yer alıb. Polşa, Rumıniya, Moldova, Almaniya, Kolumbiyanın bir çox təhsil və tədris müəssisələrində bu sistemgeniş tətbiq olunur. Ötən ildən artıq “StrikePlagiarism” sistemindən Azərbaycan dilində istifadə etmək mümkündür. Artıq ölkənin bir sıra ali təhsil müəssisələrində bu sistemdən istifadə edilir”.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim olunan sistemi yüksək qiymətləndirib. Akademik milli antiplagiat sisteminin yaradılmasının zəruri olduğunu vurğulayıb:

“Bu kimi sistemlərin elmi-tədqiqat və təhsil müəssisələrində tətbiqiplagiatlıqla mübarizə baxımından xüsusi əhəmiyyətə malikdir. Antiplagiat sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində iki qurum arasında geniş əməkdaşlıq perspektivləri var”.

Daha sonra birgə seminar və treninqlərin təşkili istiqamətində müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda milli antiplagiat xidməti yaradılır

15-07-2021

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Tələbələrin diplom işləri Antiplagiat sistemi ilə yoxlanacaq

04-08-2016

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə