Respublikamızın iqtisadiyyatının bütün sahələrində iqtisadi göstəricilərin getdikcə yüksəlməsi həyata keçirilən genişmiqyaslı islahatların müsbət nəticələri kimi dəyərləndirilir. Aparılan islahatların tərkib hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün genişhəcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamlar verilib, Dövlət proqramları qəbul edilərək reallaşdırılıb. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bütün bunların reallaşmasında iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən Dövlət proqramları müstəsna önəm daşıyır.
Xeberler.az bildirir ki, bu baxımdan Prezident İlham Əliyevin ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı ilin 16 dekabr tarixli Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyan sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla, hazırlanan strategiya Azərbaycanda qeyri-neft sektorunun mövcud durumunu, inkişaf potensialını, onun inkişafında hökumətin rolunu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formalarını, bu əməkdaşlığın uğurla həyata keçirilməsi metodlarını və bir sıra digər mühüm inkişaf istiqamətlərini özündə əks etdirən çox mühüm sənəddidr.
Uğurla reallaşdırılan islahatlar qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafına da ciddi təkan verib. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin ayrı-ayrı regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə başçısı 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum 3 saat ərzində verilməsinə dair sərəncamlar imzalayıb, həmin vaxtdan “ASAN viza” sistemi yaradılıb. Cari ilin yanvar ayından isə Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Bu ilin may ayından etibarən Azərbaycana səfər etmək istəyən 702 min 282 nəfərə viza “ASAN Viza” sistemi vasitəsilə verilib. Bunun 566 min 709-u “ASAN viza” portal, 135 min 523-ü isə həmin ayın ikinci yarısından etibarən hava limanlarında fəaliyyətə başlayan özünəxidmət terminalları vasitəsilə həyata keçirilib. Cəmi üç ay ərzində Azərbaycana səfər etmək istəyən 700 mindən çox xarici ölkə vətəndaşlarının “ASAN viza” sistemi üzərindən viza əldə etməsi bu sahədə iki il əvvəl başladılmış islahatların turizmin inkişafına verdiyi töhfənin əyani sübutudur.
Bütün bunlar onu deməyə əsas verir ki, respublikamızda davamlı xarakter alan genişmiqyaslı islahatların dərinləşməsi möhkəm təməl üzərində qurulub. Bütün bunlar iqtisadi islahatların dərinləşməsi üçün möhkəm baza yaradaraq qarşıda duran vəzifələrin uğurla icra olunmasına, qeyri-neft sektorunun mühüm sahələrindən olan, kəmiyyət və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyan turizmin inkişaf etdirilməsi sayəsində yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, respublikamıza valyuta axınının güclənməsinə, xalqın rifah halının daha da yaxşılaşdırılmasına böyük töhfələr verəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri