Bu il 9 – 27 noyabr tarixlərində Qətərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli Konfransının keçirilməsi nəzərdə tutulur. Dörd ildən bir təşkil olunan tədbirdə İttifaqın Baş katibi, Baş katibin müavini, büroların direktorları, o cümlədən qurumun Radio Tənzimləmə Komitəsinə və idarəedici orqanı olan Şuraya üzvlər seçilir.
Azərbaycan 2027 – 2030-cu illər üzrə BTİ Şurasına üzvlük üçün namizədliyini təqdim edib. Eyni zamanda AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Radiotezliklərin idarəolunması şöbəsinin müdiri Sitarə Mehdiyevanın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.
Ölkəmiz 2014, 2018 və 2022-ci illərdə keçirilmiş BTİ səlahiyyətli konfranslarında Şuraya üzv seçilib. Azərbaycanın Şurada təmsil olunması qurumun qərar qəbuletmə və idarəetmə proseslərində fəal iştirakına, milli maraqların müdafiəsinə və informasiya-kommunikasiya texnologiyaları sahəsində prioritetlərin təşviqinə mühüm töhfə verib.
Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi 2018 və 2022-ci illərdə ardıcıl olaraq Radio Tənzimləmə Komitəsinin üzvü seçilib.
BTİ Konstitusiyasına əsasən, Şuranın üzvləri Səlahiyyətli Konfrans tərəfindən ədalətli coğrafi bölgü prinsipi nəzərə alınmaqla seçilir. Radio Tənzimləmə Komitəsinin üzvləri isə təşkilata üzv dövlətlərin irəli sürdüyü namizədlər arasından müəyyən edilir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları