Previous Next
Bağla

Kaspersky uşaqların mobil telefondan ən çox hansı tətbiqlərə daxil olduğunu araşdırıb

16-06-2021 17:24
Kaspersky uşaqların mobil telefondan ən çox hansı tətbiqlərə daxil olduğunu araşdırıb

Kaspersky 2020-ci ilin noyabrı və 2021-ci ilin aprel ayı arasındakı vaxt üzrə (aprel ayı da daxil olmaqla) dünyadakı uşaqların hansı mobil tətbilqərdə daha çox vaxt keçirdiyini təhlil edib*. Birincilik mükafatı YouTube-a məxsusdur, onun payı ən populyar on tətbiqə sərf olunan ümumi vaxtın üçdə birini (32%) təşkil edir. Eyni vaxtın təxminən beşdə biri (18%) WhatsApp-a, 15-i isə TikTok-a düşür.

İlk onluğa həmçinin Brawl Stars (8%), Roblox (7%), Among us (4%) və Minecraft (2%) kimi oyun tətbiqləri və Chrome brauzeri (6%), Instagram sosial şəbəkəsi (5%) və Viber messenceri də daxildir (5%). Axtarış sorğularının statistikasına əsasən, uşaqlar dünyanın bütün dillərində YouTube-da ən çox bloggerlərin və ya video oyunlarla əlaqəli kanalların adlarını axtarıblar**.

Onlar “letsplay”-lər (gəlin oynayaq), “life hack”-lar (gündəlik həyatı asanlaşdıran məsləhətlər) və yeni obrazların icmalları ilə maraqlanırlar. Ötən altı ay ərzində ən populyar İngilis dilli oyun kanalları MrBeast Gaming, PewDiePi və Aphmau olub.

“Musiqi” və “Filmlər”, çizgi filmləri və TV şouları hələ də YouTube-da populyar axtarış sorğularıdır. Ən çox "Lady Bug və Super Cat", "Gravity Falls", "Paw Patrol", "Hotel
Hazbin" və "Peppa Pig" cizgi filmləri, videolardan isə hələ yayımlanmamış "Godzilla vs King Kong" filmi, bu yaxınlarda vizyona girmiş “Zach Snyder& Justice League” filminin və “WandaVision” mini serialının, bununla yanaşı “Cobra Kai” və “Stranger Things” seriallarının treylerləri axtarılıb. Televiziya şoularına gəldikdə, İngilis dilində ən çox daxil edilən sorğular “the voice kids”, almanca “hilf mir”, “krass schule” və “berlin tag und nacht” olub.

Axtarış sorğuları arasında “mem”-lərin payı nisbətən az, təxminən 2% olub, bununla belə, bu kateqoriyada lider olan "Polşa inəyi" (Dancing Polish Cow 10 Hours) videosu 18 milyondan çox baxış toplayıb.

“Azərbaycan da daxil olmaqla, bütün dünyadakı uşaqlar mobil cihazlardan ilk növbədə ünsiyyət və əyləncə və təhsil məzmunu axtarmaq üçün istifadə edirlər. Qeyd etmək istərdim ki, onlar tək izləyici deyillər, həm də özləri aktiv şəkildə video yaradırlar və proses zamanı montaj və səs tərtibatı proqramlarını mənimsəyirlər. Ən çox müraciət olunan mobil tətbiqetmələr arasında dörd video oyun da var, lakin oyunlar üçün prioritet cihazlar hələ də masaüstü kompüterlər və konsollardır. Uşaqlar yeni xidmətləri maraqla sınayırlar, amma unutmamalıyıq ki, təcavüzkarlar da hər kəsin getdiyi yerə gedirlər, buna görə də valideynlərin öz uşaqlarına məxfi məlumatların nə olduğunu və nə üçün şəbəkədə şəxsi telefon nömrəsi və ünvanını yerləşdirməməli olduqlarını izah etmələri, həmçinin hər yeni hesabda gizlilik parametrlərindən necə istifadə etməyi öyrətmələri vacibdir,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022
Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019
Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
Azərbaycanın ən populyar brauzerləri və sosial şəbəkələri açıqlanıb

Azərbaycanın ən populyar brauzerləri və sosial şəbəkələri açıqlanıb

01-12-2025
Uşaqlar üçün axtarış sistemi: Thinga

Uşaqlar üçün axtarış sistemi: Thinga

05-01-2016
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Ölkəmizdə "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir

Ölkəmizdə "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir

04-05-2014
 Ən populyar mobil əlavələrin adı açıqlanıb

Ən populyar mobil əlavələrin adı açıqlanıb

08-09-2015
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Bu da Facebook filmi...

Bu da Facebook filmi...

10-10-2010
YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Youtube-dan ən çox pul qazanan şəxs kimdir? - Video

Youtube-dan ən çox pul qazanan şəxs kimdir? - Video

07-07-2015
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə