“Azercell-in bazar payı 48 faizdən çoxdur”

30-12-2015 / 21:08

“Çətin beynəlxalq qlobal iqtisadi vəziyyət vaxtı şirkətimiz bazarda liderliyini qoruyub saxlayıb. Bizim bazar payımız 48 faizdən bir qədər yuxarıdır. Abunəçilərimizin sayı 4,5 milyon ətrafındadır”.

Bunu Azercell-in hazırki fəaliyyətindən danışan şirkətin direktoru Vahid Mürsəliyev Trend-ə verdiyi müsahibəsində deyib.

Şirkət direktoru qeyd edib ki, 2015-ci ildə Azercell abunəçiləri arasında mobil internet xidmətindən istifadə həcmi təxminən 39 faiz artıb:

“Biz bununla yanaşı, mobil internetin qiymətini 55 faiz endirərək müştərilərimizə şərait yaratmışıq ki, onlar bu xidmətdən daha rahat və əlverişli şəkildə istifadə etsinlər”.

Vahid Mürsəliyev bir daha  bildirib ki, şirkət tərəfindən yüksək sürətli interneti dəstəkləyən cihazları abunəçilər üçün daha əlçatan etmək məqsədilə bazara yeni mobil cihazların çıxarılması təmin edilib. Həmçinin, müxtəlif kombo təkliflər və kampaniyalar keçirilib.

O, bildirib ki, Bookmate kimi intellektual və maarifləndirici mobil tətbiqimiz maraqla qarşılanıb:

“Dünya ədəbiyyatından yarım milyon kitabı mobil cihaz vasitəsilə bizim oxucuya çatdıran və Azərbaycan dilində 1500-dən çox ədəbiyyata çıxış verən Bookmate istifadəçilərinin sayı hər gün artır. Dünya üzrə ən aşağı olan eksklüziv aylıq abunə haqqı isə 1 kitabın dəyərindən azdır - 3.5 manat”.

Vahid Mürsəliyev devalvasiyanın mobil rabitə xidmətlərinə mənfi təsir barədə də danışıb:

"Biz çalışacağıq ki, istifadəçilərimizi, abunəçilərimizi çətin vəziyyətə salmayaq. Belə ki, bu, qlobal iqtisadi böhrandır. Bu hal təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, xüsusən neft ixrac edən ölkələrdə özünü göstərir. Biz təbii ki, abunəçilərimizin vəziyyətindən istifadə edib qiymət qaldırmaq istiqamətində hələ düşünmürük”.

Şirkət direktoru deyib ki, kommersiya təşkilatı olaraq şirkət də öz fəaliyyətini davam etdirməlidir:

“ Biz elə edəcəyik ki, abunəçilərimiz hər zamankı kimi xidmətlərimizdən razı olsun və mobil rabitənin üstünlüklərindən faydalı şəkildə yararlansın”.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə