“Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin direktoru Tərlan Məmmədzadənin “Azərbaycanda kosmik fəaliyyət və təhlükəsizlik strategiyası” adlı məqaləsi dünyaca nüfuzlu və beynəlxalq miqyasda elm elitasını bir araya toplayan “Springer” nəşrində dərc olunub.
Xeberler.az bildirir ki, məqalədə Azərbaycanın yüksək ayırdetməli məsafədən müşahidə peyki “Azersky”ın imkanları və onun Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına dəstəyinə dair geniş məlumat işıqlandırılıb. Ən önəmlisi, məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının “Azersky” peyki vasitəsilə monitorinqinə dair tutarlı arqumentlərə söykənən faktlar öz əksini tapıb. Müxtəlif müqayisəli təhlillər və coğrafi informasiya sistemləri üzrə fərqli metodların tətbiqi əsasında hazırlanmış bu məqalədə Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi, xüsusilə də, işğal olunmuş ərazilərimizdə yeni salınan qeyri-qanuni yaşayış məntəqələri, infrastruktur obyektləri göstərilib, qanunsuz kənd təsərrüfatı fəaliyyəti, təbii ehtiyatların talan edilməsi, ətraf mühitə və təbii sərvətlərə vurulan ziyan peyk təsvirləri ilə sübut edilib.
Ölkəmizin diplomatiya sahəsində əldə etdiyi nailiyyətləri ilə yanaşı, bu məqalənin “Springer” nəşrində dərc olunması Azərbaycanın işğal edilmiş ərazilərində aparılan qanunsuz fəaliyyətlə bağlı qəti və prinsipial mövqeyinin dünya elm ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
“Springer” nəşrində dərc olunan “Azərbaycanda kosmik fəaliyyət və təhlükəsizlik strategiyası" adlı məqalə ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://link.springer.com/referenceworkentry/10.1007%2F978-3-030-22786-9_139-1
Qeyd edək ki, artıq 70 ildir ki, fəaliyyət göstərən və “impakt faktor”u yüksək olan “Springer” nəşriyyatı ABŞ-ın çox nüfuzlu elmi jurnallarını bir arayan toplayan, o cümlədən tibb, sosial, iqtisadiyyat, siyasət, psixologiya, məntiq, riyaziyyat kimi mövzular üzrə beynəlxalq akademik jurnal, məqalə, elmi araşdırmalar və kitabları nəşr edən qlobal platformadır.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri