“Aztelekom” MMC-nin “107” sifariş xidmətinin fəaliyyəti dayandırılacaq

14-06-2022 / 21:41

Abunəçilərin diqqətinə çatdırırıq ki, “Aztelekom” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması və xidmət keyfiyyətinin  artırılması məqsədilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərini sifariş əsasında göstərən “107” xidmətinin fəaliyyətini 06.07.2022-ci il tarixindən etibarən dayandırır.

Xeberler.az bildirir ki, xidmətin dayandırılmasına səbəb xidmətin aktual olmaması və sifarişçi sayının nəzərəçarpacaq dərəcədə azalmasıdır.

Qeyd edək ki, stasionar telefon vasitəsilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərindən istifadə etmək üçün sadəcə “sıfır” kodunun aktiv olması kifayət edir. “Sıfır” kodunu aktivləşdirmək üçün ərizə ilə yaşadığınız ünvan üzrə müvafiq Telekommunikasiya Qovşağına müraciət edə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə