Previous Next
Bağla

Aztelekom-un şəbəkəsindən pul qazanmaq istəyirlər

28-09-2019 11:04
Aztelekom-un şəbəkəsindən pul qazanmaq istəyirlər

Sumqayıtda özəl provayderlərin İnternet bazarından kənarlaşdırıldığı, müştərilərin "Aztelekom"a keçirildiyi,  "Aztelekom"un İnternetinin isə çox keyfiyyətsiz olduğu barədə iddialara Sumqayıt Telekommunikasiya Qovşağı reaksiya verib. 

Xeberler.az Marja.az-a istinadən məlumat verir ki, idarədən “İnstagram” vasitəsilə bildirilib ki, Sumqayıt ərazisində rekonstruksiya işləri aparılır: “Yəni istismara yararsız fiziki kabellər ləğv edilir yeni optik kabeller çəkilir və optik şkaflar quraşdırılır (qurumlardan torpaq yeri alınır və elektrik sayğaclar quraşdırılır). Bir sözlə yeni şəbəkə yaradılır. Özəl provayderlər də öz növbələrində öz şəbəkəsini yaratmalıdır ki, abunəçilərə internet versinlər. Şəbəkə yaratmaq onlara baha başa gəldiyi üçün bunu etmirlər. Hazırına nazir olub “Aztelekom”un şəbəkəsindən istifadə edib pul qazanmaq istəyirlər və problem olanda da, “bizlik deyil ATS-ə müraciət edin, xəttinizdə problem var” deyib abonentləri bizə yönəldirlər. Heç bir provayder kənarlaşdırılmır, sadəcə provayderlər rahat qazanc əldə etmək istəyirlər. “Aztelekom” dövlət qurumudur. Qiymətlər və tariflər Tarif şurasının müvafiq əmrinə əsasən təyin olunur.  İstənilən abunəçini dinləməyə və problemini operativ həll etməyə hazırıq”.

Şikayətçi Yaşar Zeynallı Sumqayıt Telekommunikasiya Qovşağının cavabı ilə razılaşmır.

“Bugünkü “Aztelekom”un (Sumqayıt Telekommunikasiya Qovşağı) cavabı ilə bağlı xeyli suallarım yaranıb. Çox xahiş edirəm işıqlandırasınız, çünki “Aztelekom”un insanların harayına gələcək müştəri xidmətləri belə yoxdur. Heç olmazsa saytınız vasitəsi ilə cavab ala bilərik.

Suallar aşağıdakı kimidir: 

1. Niyə “Aztelekom” hələ infrastrukruru qurub bitirməmiş, əhaliyə keyfiyyətli internetin verilməsini təmin etməmiş bizim heç bir xəbərimiz, xahişimiz olmadan şəhər nömrələrimizi dəyişdirir?

2. Niyə “Alfanet” provayderindən 20 manata 8 mbs sürətli keyfiyyətli internet aldığım halda (müqayisə üçün qeyd edim ki, “Azeronline”da 5 mbs sürəti, “Connect”də isə 12 mbs sürəti 20 manatdır. Bakıda fiber optik 36 mbs sürətli interneti 18 manata almaq mümkündür) mən  məcburən “Aztelekom”un eyni qiymətə "4 mbs" amma reallıqda 1.5-2 mbs bəzən daha az sürətli keyfiyyətsiz internet almağa məcbur edilirəm? 

3. Əgər infrastruktur problemi var idisə niyə “Alfanet” istifadə edən zaman bu qədər keyfiyətsiz internet almırdım?

4. Niyə əvvəlki nömrəmizdə olarkən istədiyimiz operatoru seçə bilirdik amma indi yox? 

5. Niyə istehlakçı olaraq hüqüqlarımı və özəl internet provayderlərinin rəqabət hüquqlarını pozursuz? Ümumiyyətlə bunu etdiyinizin fərqindəsiniz?

6. Niyə tarif şurasından qiymətlərin endirilməsini tələb etmirsiz, axı bu qiymətlər bu gün bazarda sizə rəqabət imkanları vermir?

7. Heç nə vaxtsa interneti açıb orada verdiyiniz internetin keyfiyyəti haqqında şərhləri oxudunuzmu? Bu şərhlər barədə nəticə çıxardınızmı?

Bunun tək izahı var. “Aztelekom” başa düşür ki, bu keyfiyyətlə özəl provayderlər ilə bazarda rəqabət apara bilməyəcək, ona görə də, qəsəbə və kəndlərdəki həyət evlərində yaşayan yeni texnologiyalardan bixəbər əhalinin cibinə girməklə və onlara yalan vədlər verməklə özünə məcburi şəkildə müştəri bazası yaradır. Bu azmış kimi, hələ digər provayderlərin həmin ərazilərdə internet satışına da mane olur. Nə qədər qəribə səslənsə də bu, inhisarçılıqdır.

Mən bazarı araşdırmışam və çıxış yolu da tapmışam. Belə ki, daha keyfiyyətli internet üçün sərfəli qiymətə Azercell 4g (30 AZN, limitsiz,  orta sürət 30-50 mbs arası) və ya Sazz 3g kimi alternativlər var ortada...”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sumqayıt əhalisi də İnternet problemindən şikayət edir

26-09-2019

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Gəncədə özəl provayderlər şəbəkədən kənarlaşdırılır

30-09-2019

Aztelekom abunəçiləri şirkətdən narazıdır

21-05-2018

Avirtelin Abşeron Telekommunikasiya Qovşağına qarşı qaldırdığı iddiaya baxılacaq

07-10-2019

Özəl provayderlərə qarşı haqsız rəqabət aparılır

00-00-0000

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Aztelecom abonentlərin hüquqlarını pozur

23-09-2019

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Aztelekom genişzolaqlı internetin əhatə dairəsini genişləndirir

18-05-2012

Regionlara sürətli internet çəkilir

11-07-2017

Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən “oğurlanır“

30-09-2019

BAKİNTERNET VƏ AZTELEKOM İNTERNET QİYMƏTLƏRİNİ 2,5 DƏFƏ ENDİRDİLƏR

26-01-2009

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

“Aztelekom” ADSL tariflərinin endirimini planlaşdırır

25-05-2010

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Ekspert: Pulsuzdursa, niyə 210 manat ödəyirik?

18-11-2019

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

“İnternetin ölkəyə girişi baha olduğu üçün biz də baha satırıq” - Müsahibə

04-02-2015

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009

Avirtelin Abşeron Telekommunikasiya Qovşağı ilə olan məhkəməsi təxirə salınıb

10-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə