Bakı Ali Neft Məktəbində “Master Technology Transfer Program”ına həsr olunmuş tədbir keçirilib

16-10-2024 / 11:43

Bakı Ali Neft Məktəbində (BANM) “Master Technology Transfer Program”ının beşinci ilinə həsr olunmuş tədbir keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdən əvvəl rektor Elmar Qasımov Milli Məclisin deputatı Soltan Məmmədov və “Technip Energies” şirkətinin İdarə Heyətinin sədri və biznes üzrə baş direktoru Marko Villanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbində yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. O, “Technip Energies” şirkəti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu cür tərəfdaşlığın tələbələrin və məzunların professional inkişafına müsbət təsir etdiyini diqqətə çatdırıb.

Bakı Ali Neft Məktəbinin uğurlarını yüksək qiymətləndirən Marko Villa qeyd edib ki, hazırda Bakı Ali Neft Məktəbinin 14 məzunu “Technip Energies” şirkətində çalışır. Bu isə ali məktəbin keyfiyyətli təhsil verməsinin bir göstəricisidir.

Sonra proqramın 5 ilinin yekunları ilə bağlı çıxışlar və təqdimatlar olub.

Daha sonra rektor Elmar Qasımov görüş iştirakçılarına “Fəxri qonaq” plaketini təqdim edib.

2019-cu ildən Heydər Əliyev Fondu və İtaliya Respublikasının “Technip Energies” şirkəti arasında bağlanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı” layihəsi həyata keçirilməkdədir. Bu proqramı uğurla bitirən tələbələrə şirkət tərəfindən sertifikat təqdim edilərək iş imkanı fürsətləri yaradılır. Beş il ərzində Bakı Ali Neft Məktəbinin 192 tələbəsi sözügedən proqramda iştirak edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə