“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017 / 17:13

Mobil və internet bankinq istifadəçilərin sayı bütün dünyada durmadan artır. Bunula belə, Kaspersky Lab şirkətinin apardığı araşdırmanın* nəticələri onu göstərib ki, maliyyə institutlarının 24%-i belə müştərilərin identifikasiyası ilə müəyyən çətinlik çəkir.

Xeberler.az şirkətin araşdırmasına istinadən məlumat verir ki, növbəti üç ildə bankların 59%-i kiberfırıldaqçıların fəaliyyəti nəticəsində itkilərin artacağını gözləyir.

Bunu nəzərə alaraq, maliyyə təşkilatları üçün onlayn-xidmətlər istifadəçilərin şəxsiyyətinin yoxlanılması daha çox əhəmiyyət kəsb edəcək.

Araşdırmaya əsasən, 2016-cı ildə demək olar ki, hər üçüncü bank (30%) internet servislərlə bağlı kiberhadisələr ilə qarşılaşıb: bu, əsasən fişinq və istifadəçi məlumatlarından qanunsuz istifadəsidir. Eyni zamanda, bank nümayəndələri bir şeydə razılaşırlar ki, təhlükəsizlik texnologiyaları istifadəçilərə mane olmamalıdır: respondentlərin 38%-ni internet-bankinqın qorunması və rahatlığı arasında balansın saxlanılmasının mürəkkəbliyi narahat edir.

"Təhlükəsizliyə olan yanaşmalardan banklar əlbəttə ki, istifadəçilərə böyük təsiri olmayanları seçir. Heç nəyə baxmayaraq internet-bankinq öz əsas üstünlüklərini saxlamalıdır: əməliyyatların tez və asan yolu kimi qalmalıdır. Biz həm şirkətləri, həm də onların müştərilərini qoruyan və bununla yanaşı, avtorizasiya prosesini çətinləşdirməyən texnologiyalar yaradırıq", - deyə Kaspersky Fraud Prevention-nun rəhbəri Aleksandr Yermakoviç bildirib.

İkifaktorluq audentifikasiyası və digər təhlükəsizlik tədbirlərlə yanaşı, Kaspersky Lab-ın  mütəxəssisləri müştərinin şəxsiyyətini müəyyən edən həllərin keçirilməsini tövsiyə edirlər. Kaspersky Fraud Prevention platforması maliyyə fırıldaqçılığının qarşısını almaq üçün nəzərdə tutulub. Platforma potensial riskləri və şübhəli prosesləri yalnız sistemə daxil olduğu zaman deyil, həmçinin bütün sessiya zamanı təqib edir. Bu həll hadisənin nəticəsini aradan qaldırır və şirkətlərə cinayətkarları qabaqlamaq imkanını yaradır: istifadəçilərin məlumatlarının oğurlanması cəhdlərini aktiv blok edir, təhdidi zərər dəydikdən əvvəl neytrallaşdırır.

Kaspersky Fraud Prevention haqqında daha ətraflı məlumat burada

*"2016-cı ildə maliyyə kibertəhdidləri" araşdırması Kaspersky Lab-ın sifarişi ilə 2016-cı ildə 15 ölkənin maliyyə institutlarının 800 nümayəndələri arasında keçirilib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə