“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir.
Startap Azərbaycan Təşkilat Komitəsindən Xəbərlər-ə verilən məlumata görə, hazırda 2-ci mərhələ qiymətləndirmə prosesinə hazırlıq işləri davam edir.
Qeyd edilib ki, bu mərhələdə yarımfinala çıxan 13 startap ekspertlər qarşısında öz layihələrinin təqdimatlarını etməlidirlər. Onlar həmçinin geniş biznes planları da hazırlayaraq ekspertlərə təqdim etməlidirlər.
Biznes planların artıq Startap Azərbaycan TK tərfindən ekspertlərə göndərildiyi də bildirilib.
Məlum olduğu kimi, bu il keçirilən müsabiqəyə 34 startap müraciət etsə də, Startap Azərbaycan qaydalarına uyğun olan 22 startap yarışmaya buraxılıb və 1-ci mərhələdə ekspertiza üçün ekspertlərə göndərilib. 1-ci mərhələnin yekununda 13 startap yarımfinalçı seçilməklə Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanıb.
Onu da qeyd edək ki, yarımfinalçıların ekspertlər qarşısnda təqdimatları mayın 2-də saat 11-də YT Parkda keçiriləcək. Bu il müsabiqə qaydalarına edilən dəyişikliyə görə, 2-ci mərhələ qiymətləndirmədə əsasən layihələrin ən azı ilkin demo versiyası ( ilkin işlək variantı) olan layihələrə üstünlük veriləcək. Yarımfinalçıların təqdimatları əsasında ekspertlərin qiymətləndirməsi aparılacaq və “Startap Azərbaycan 2015“ finalçıları müəyyən olunacaq.
Startap Azərbaycan yekun təqdimat mərasiminin və ənənəvi Startap Azərbaycan milli konfransının, finala çıxan startaplarla investorların qapalı görüşünün isə may ayında keçirilməsi planlaşdırılır.
Startap Azərbaycan layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Layihəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. Startap Azərbaycan-ın Akademik partnyoru isə ADA Universitetidir. İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri də Startap Azərbaycan-a dəstək verirlər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri