Bu gün Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olan və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Təhsildə İKT-nin tətbiqi üzrə I Bakı Forumu” keçirilib.
Adıçəkilən forumla bağlı Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz Xeberler.az -a açıqlama verib :
"Düşünürəm ki, hazırda təhsil sistemində bəlkə də ən diqqət yetirilməli məsələlərdən biridir. Bununla belə Nazirliyin dəstəyilə təşkil olunan bu tədbirdə Nazirliyin özünün iştirak səviyyəsinə diqqət etdikdə, elə yenicə başa çatan qurultayda da təhsilin informasiyalaşmasına münasibəti görəndə analdım ki bu sahədə problemlərin tezliklə aradan qaldırılması və işlərin canlamasına hələ çox var."
Ekspert son bir neçə ildə təhsil sektorunda bir sıra müsbət irəliləyişlər oluğunu vurğulayaraq mövcud sahədəki çatışmazlıqlar haqqında da fikirlərini bildirib :
"Elə təhsilin informasiyalaşması sahəsində də müəyyən işlər görülsə də, müəyyən pilot layihələr gerçəkləşsə də, tam səmimi olaraq qeyd edim ki təhsilin informasiyalaşması kimi geniş bir sahə bəlkə də yeganə sahələrdən birisidir ki, ya yerində sayıb ya da geriyə gedib :
1. 2012-ci ildən bəri müzakirə olunan “Təhsilin informasiyalaşması” mövzusunda dövlət proqramı hələ də qəbul edilməyib. Kompleks yanaşma tələb olunan bir sahədə 6 il ərzində dövlət proqramının qəbul olunmamasını necə izah etmək olar?
2. Əvvəlki dövlət proqramları çərçivəsində məktəblərə verilən kompüterlər və digər İT avadanlıqlar tam olaraq köhnəlib və qarşıya qoyulan tələblərə cavab vermir. Son zamanlarda Çin hökumətinin xətti ilə verilən az sayda noutbuklar adi avadanlıq təminatı kimi qəbul edilə bilər, nəinki informasiyalaşmanın tərkib hissəsi.
3. Dövlət Proqrarmı olmadığından uzun müddət unudulan, yalnız son dövrlərdə Nazirliyin daxili imkanları hesabına aparılan İT support effekt vermir. Köhnəlmiş və sıradan çıxmış avadanlıqlar məktəblərdə qalaq-qalaq yığılıb.
4. Elektron Məktəb proqramı da dayandırılıb.Təhsilin Elektron idarəetməsi ilə bağlı Rumıniya hökumətindən alınan proqram təminatının da yenilənmə pulu ödənilmədiyindən milyonlarla vəsait hesabına əldə olunan resursdan effektiv istifadə etmək mümkün olmadı və tamamilə bu proqramdan imtina olundu. Yenisi isə ortada yoxdur.
5. Dünya Bankının dəstəyi ilə yaradılan informasiya sistemi – TİMS də artıq məktəblərdə istifadə edilmir. Yenisi də yaradılmayıb.
6. 5000 məktəbdən cəmi 350-400 məktəbdə normal fiberoptik internetin olması ümumiyyətlə izahı olmayan bir faktdır. 50% məktəbdə isə genişzolaqlı internet yoxdur.
7. Zəruri hüquqi baza olmasına baxmayaraq indiyədək distant təhsil sistemi işə salınmayib. Yəni, distant formada təhsil almaq və yekunda dövlət sənədi əldə etmək hələ də mümkünsüzdür.
8. Xaricdə distant formada təhsil alanların diplomlarının tanınması mexanizmi indiyədək də hazırlanmayıb.
9. Hələ də informatikanın tədrisinə diqqət yetərli deyil. Bu sahədə bəsit “kurrikulumlar”, anlaşılmaz pilot layihələrin yarışması aparılır. Hələ də kompüter və İT ixtisasını seçərək ali məktəbə daxil olmaq istəyənlərin İnformatika əvəzinə Kimyadan imtahan verməsi isə ümumiyyətlə anlaşılmaz və innovasiyalar sahəsində ölkə başçısının apardığı siyasətə uyğun olmayan bir yanaşmadır."
Osman Gündüz son olaraq Təhsil Nazirliyinin bu sahəyə diqqəti kökündən dəyişməli, ölkədə təhsilin informasiyalaşması ilə bağlı maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələrin aparılmalı olduğunu qeyd edib :
"Düşünürəm ki , bu nəhənglikdə milli təhsil sisteminin İKT infrastrukturunu daxili imkanlar, cari layihələr hesabına, pilot formada olan hansısa İKT resurslarla normal vəziyyətə çatdırmaq mümkün deyil. İndiyədək bu sahədə əldə olunan uğurların davam etdirilməsi, problemlərin aradan qaldırılması və uzun müddətdən bəri problemə çevrilən Dövlət Proqramının qəbul edilməsi istiqamətində səylər gücləndirilməlidir."
Aida İSAQ
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri