Previous Next
Bağla

Ekspert: "Generallar Komissiyası” haradadır?

02-03-2021 15:12
Ekspert: "Generallar Komissiyası” haradadır?
"Dövlətə məxsus tezlik resurslarından istifadə mexanizmləri necə olmalıdır?
 
Hazırda bildiyim qədər NRYTN -da telekommunikasiya və İT sektoru üzrə ciddi konseptual sənədlər hazırlanır.
 
Xatırlayıram ki, Rəşad Nəbiyevin nazir təyinatı ilə əlaqədar Prezident tərəfindən qəbulunda məhz sektorda ədalətli tənzimləmə və effektiv dövlət siyasətinin həyata keçirilməsinə, sektorda səmərəli və rəqabətli fəaliyyət mexanizmlərinin yaradılmasına xüsusi diqqət yetirilmişdi. Fikrimcə sektorun bütün sahələrində ədalətli və effektiv tənzimləmə hazırda ən vacib məsələdir.
 
Bu sahələrdən birisi də dövlətə məxsus tezlik resurslarından istifadə ilə bağlıdır. Uzun illərdir ki, Nazirlər Kabineti yanında “Generallar Komissiyası” adlanan, Radiotezliklər üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Qanunvericiliyə görə mülki və digər məqsədlər üçün radiotezlik zolaqları RTDK tərəfindən ayrılır.
 
Əslində, fəaliyyət göstərir demək də doğru olmazdı. Çünki belə bir fəaliyyət müşahidə olunmur. Abid Şərifov vəzifəsindən azad olunandan sonra indiyədək də bu Komissiya sədrinin kim olması bilinmir. Düşünürəm ki, NRYTN-in yeni rəhbərliyinin dövlətə məxsus olan tezlik resurslarından effektiv və səmərəli istifadə olunması məsələsinə tam yeni yanaşma, beynəlxalq normalara uyğun yanaşma sərgiləməsi doğru olardı.
 
Uzun illərdi ki, bizdə bu sektor daha çox "hərbi-təhlükəsizlik" istiqamətində formalaşıb. Mülki sektordan heç kimin (NRYT nazirindən başqa) indiyədək bu Komisssiyada üzvlüyü nəzərdə tutulmamışdı. İnkişaf etmiş ölkələrin hamısında, elə keçmiş MDB məkanında da bu tip Komissiyalar çoxdan xeyli dərəcədə “mülkiləşdirilib”.
 
Fikrimcə, indiki halda, bu Komissiyanın səlahiyyətlərinin NRYTN əsasında formalaşdırılacaq tənzimləyici quruma verilməsi doğru olardı. Dünya təcrübəsində olduğu kimi tezlik resurslarının ayrılmasını tənzimləyici qurumun reallaşdırması, texniki məsələlərin isə Dövlət Radiotezliklər İdarəsi tərəfindən gerçəkləşmsi bu sektorda daha effektiv və səmərəli fəaliyyətə kömək edərdi.
 
Hazırda, düşünürəm ki, daha bir problem, ölkə üzrə efir tezliklərindən səmərəli istifadə ilə bağlıdır. Bu problemin həlli həm büdcəyə əlavə vəsaitlərin toplanması,TV-lər rəqəmsala keçdikdən sonra sərbəstləşən məhdud tezlik resurslarına əlçatanlıq və həm də infromasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
NRYTN-in yeni tənzimləmə mexanizmlərində efir tezliklərindən effektiv və səmərəli istifadə olunması ilə bağlı məqamlar mütləq nəzərdə tutulmalıdır".
 
 
 Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

04-10-2022

Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

13-06-2020

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

31-08-2009

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021

Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

12-12-2019

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Ekspert: Tarif Şurası 17 il ərzində radiotezliklərlə bağlı tariflərə baxmağa imkan tapmayıb

13-07-2021

Azərbaycan İnternet Forumunun məlumatı

26-12-2008

Nazirlikdə daha bir təyinat

07-05-2018

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

Azərbaycan İnternet forumunun açıqlaması

04-12-2008

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

18-01-2022

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə