Previous Next
Bağla

Ekspert: Media qurumları WhatsApp-la bağlı məsələni ifrat dərəcədə şişirdirlər

11-01-2021 10:17
Ekspert: Media qurumları WhatsApp-la bağlı məsələni ifrat dərəcədə şişirdirlər
"Baxıram ki, bizim Azərbaycandilli sosial media məkanı, media qurumları WhatsApp-la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz Whatsapp-ın tətbiq etdiyi yeni məlumatlarla bağlı fikir bildirərkən deyib.
 
1. "Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən WhatsApp-dan pulsuz bəhrələnirik. Yəni, pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir.
Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir ki, Facebook da, digərləri də istifadə edir.
 
İndi də, WhatsApp-da Facebook-a məxsus olduğundan bu datalardan WhatsApp reklam məqsədilə də istifadə olunacaq. Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır
 
2. Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə, düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumların, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər.
 
3. Fikrimcə, vətəndaşlarınmızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik.
 
4. Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.
 
Yeri gəlmişkən, hazırda Konqresdə Facebook, Google, Apple və s. ilə bağlı Hesabat hazırlanıb. Ola bilər yaxın müddətdə bu resurslar məcburən parçalansın və WhatsApp-ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun.
Odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, Telegram da rus vətəndaşına məxsusdur.
 
5. Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın , müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb".
 
Görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin history-si, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlumatlar nə dərəcədə qorunur?
 
Ekspert qeyd edib ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb.
 
"Yəni, tutaq ki Rusiyada , kiminsə mobil nömrəsini Beeline operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billingini isə 3500-4500 rublla almaq olar. Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasport stoldan əldə etmək olur. Kimsə, daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər
Fikrimcə, biz ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndiriıməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WhatsApp-a bu paylaşımlarla bağlı qadağa qoyuldu

16-03-2018

WhatsApp yazışmaları 3-cü şəxs tərəfindən oxunur?

04-04-2018

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020

Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

09-07-2021

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

WhatsApp-dan yeniliklər

17-04-2018

“WhatsApp”da “İnkoqnito-çat” yaradılıb

14-05-2026

Ekspert mobil operatorlara maraqlı təklif verdi

02-10-2020

WhatsApp-ın web versiyasından istifadə edərkən diqqətli olun

08-02-2015

Ekspert: Türkiyə sosial mediaya qarşı sərt xəttini davam etdirir

29-07-2020

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015

"WhatsApp" Rusiya tərəfindən bloklama cəhdlərini təsdiqləyib

14-08-2025

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

WhatsApp məlumatlarının Facebook-a göndərilməsinin qarşısını necə alaq?

26-08-2016

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

WhatsApp istifadəçiləri spam mesajları ala bilər

23-05-2015

Muğanbank WhatsApp xidmətini təqdim edir

09-07-2015

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022

WhatsApp-dan yenilik: zəng gələcək

11-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə