Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Bugünkü müsahibimiz namizədliyini 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürmüş Elşən Musayevdir.
- Elşən bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiz?
- Seçki marafonunda bu gün əsasən klassik texnologiya üsullarından istifadə etmiş olsam da, sözsüz ki, internetin və haqqında danışdığınız yeni medianın rolu da danılmazdır. Internet mənim üçün ən çox informasiya bazası rolunda çıxış edir. Yəni, artıq gedib köşkdən qəzet almaq, dostlarla intensiv görüşmək, məsləhətləşmək kimi problemimiz yoxdur. Amma məncə hələ ki, Azərbaycan reallıqlarını, əhalinin internetə olan marağını, aludəçiliyini nəzərə alıb birmənalı söyləyə bilərəm ki, hər hansı seçki kampaniyasında internetin imkanlarına çox güvənmək gərək deyil.
- Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?
- Internet təbliğatı həm rahatlığına, həm operativliyinə görə ən ideal üsul-vasitədir. Amma sizin də söylədiyiniz kimi, hələ də internet haqqında ümumən anlayışı olmayan insanlar mövcuddur, ona görə də effekt barəsində hələ ki ən azı yaxın 5 il sürəcində düşünməyə tələsməyək.
- Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?
- Məndə olan məlumata görə, Bakıda ən çox internet istifadəçiləri arasında Yasamal əhalisi də var.
- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?
- Tanınmamışlar üçün sosial şəbəkələr, tanınmışlar üçünsə bloqlar üstündür.
- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?
- Youtube-də artıq yayımlanır.
- Internet portallara reklam vermisinizmi?
-Xeyr verməmişəm.
- Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi?
- Qətiyyən belə bir şey olacağını düşünmürəm. Çünki əgər internet varsa, internet istifadəçiliyi varsa, demək ki insanlar danışmaq, bölüşmək üçün mütləq bir vasitə tapacaqlar.
- Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?
- Bunun üçün bütün aktiv seçicilərin internet istifadəçisi olması gərəkdir. Əks halda real nəticələri görə bilməyəcəyik.
- Namizəd.com və secki2010.info saytlarında virtual səsvermə keçirilir. Ama siz siyahılarda ilk yerlərdə deyilsiz. Sizcə 7 noyabrda hansı mənzərənin şahidi olacağıq?
- Mənzərə dəyişik olacaq. Sadəcə bunu tam əminliklə deyə bilərəm
- Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?
- Məncə bütün diqqət ilk növbədə insanların seçki prosesi ilə bağlı maarifləndirilməsinə yönəlməlidir. Insanlar seçkinin mahiyyətini dərk etməlidir, öz iradəsinin ifasınin ilk öncə seçiləcək millət vəkili üçün deyil, məhz özü üçün vacib olduğunu dərk etməlidir. Layihənizin bu konteksdə əməli fəaliyyət sərgiləyəcəyindən qəti şübhəm yoxdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri