Xəbər verdiyimiz kimi, Qafqaz Universitetinin (QU texnopark) direktoru İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” (Promoting Innovation's & Entrepreneurship through Incubation) beynəlxalq proqramlarda iştirak etmək üçün 45 gün Hindistanda ezamiyyətdə oldu.
Xeberler.az olaraq İsa Qasımovla Hindistanın innovativ modeli, sahibkarlıq, sartaplar sahəsi ilə bağlı ətraflı söhbət etdik.
İsa Qasımov hazırda Hidistanın innovativ modelinin Azərbacanda həyata keçirilməsi üçün müxtəlif layihələr təqdim etməyə hazırlaşdıqlarını bildirib.
Texnopark direktoru bütün bunlarla bağlı suallarımızı cavablandırıb.
Müsahibəni təqdim edirik:
-İsa bəy, proqram çərçivəsində faliyyətlərinizi sosial mediadan izləyirdik. Hindistanın innovativ sistemi ilə yaxından tanış olmusunuz. Hamımıza maraqlıdır ki, bu proqrama necə qatıldınız ? Proqramın təşkilatçıları hansı qurumlardır?
-Proqramın təşkilatçısı Hindistan Sahibkarlığın İnkişafı İnstitutudur (Entrepreneurship Development Institute of India (EDII). Hindistan Respublikası Xarici İşlər Nazirliyi də proqramı dəstəkləyir. Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Təşkilatı (İTEC) da sponsor idi. Bununla yanaşı, Hindistan höküməti və sahibkarlığın inkişafı ilə məşğul olan müvafiq qurumlar bilik və təcrübələrini dünya ilə bölüşərək, özlərini məharətlə inkişaf etdirir, eləcə də faydalı nəticələr gözlənilən işgüzar əlaqələrin təməlini formalaşdırırlar. Bu kimi proqramlar Hindistanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirlikləri vasitəsilə müvafiq qurumlara təqdim edilir. Onlar da digər təşkilatlardan, ya da dövlət qurumlarından nümayəndələr təqdim edirlər. Proqram haqında xəbərdar olduqdan sonra, sənədlərimi toplayıb, səfirliyə təqdim etdim və proqrama qəbul edildim.
-İsa müəllim, dünyaya İT mütəxəssis təqdim edən Hindistan dövlətinin belə proqram elan edib, dünyanın müxtəlif yerlərindən insanları bir araya toplmaqda məqsədi nədir?
-Proqramın əsas mahiyyəti Hindistanın innovasiya sahibkarlığı potensialını dünyaya bildirmək, əldə edilən nailiyyətləri dünya ölkələri ilə bölüşərək ölkənin gələcək inkişafını sürətləndirməkdir. Digər tərəfdən bu proqram inkubasiya və ya texnopark mencerlərinin bu sahənin inkişafına xidmət edəcək bilik və bacarıqlar öyrətməklə yanaşı, müsbət nəticələrin səmərəliliyi naminə yanaşma tərzinin əhəmiyyətinin müəyyənləşdirilməsindən ibarət idi. Yəni, inkubator, texnopark rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsindən müştərilərlə danışmaq mərhələsinə qədər, startaplar tapmaq baxımından proqram iştirakçılara böyük fayda verib, istiqamət rolunu oynayır. Seminarlar çərçivəsində texnopark rəhbərlərinə ətraf mühitin də faydalana biləcəyi sistem qurmaları tədris edilir. Hindistan bu proqramla innovasiyaları ən yaxşı inkişaf etmiş və bu sektorda böyük inkişafı olmayan dövlətləri bir araya toplayır. Müxtəlif ölkələrdən sahibkarlığın inkişafına həsr olunmuş müxtəlif təlim proqramlarında iştirak etmək üçün Hindistana gəlirlər. Hindistan höküməti və sahibkarlığın inkişafı ilə məşğul olan müvafiq qurumlar bilik və təcrübələrini dünya ilə bölüşərək, özlərini məharətlə inkişaf etdirir, eləcə də faydalı nəticələr gözlənilən işgüzar əlaqələrin təməlini formalaşdırır. İştirak etdiyim proqramda 5 fərqli qitədən 15 ayrı ölkədən 19 nəfər iştirakçı var idi. MDB məkanından isə cəmi iki nəfər - biri mən, digəri isə Rusiya Federasiyası vətəndaşı idi. Bununla belə, bu institutda xarici vətəndaş qaynayırdı”.
-Proqram nə qədər davam etdi? Hindistanın hansı bölgələrində oldunuz?
- Proqram 6 həftə davam etdi. Onun 4 həftəsi seminarlara həsr edildi. 2 həftə ərzində araşdırma turu oldu. Bu müddət çərçivəsində Hindistanın bir çox bölgəsində ölkənin innovasiylar modelinin fəaliyyəti ilə yaxından tanış olduq. Hindistanın Əhmədabad, Trivandrum, Cochin, Coimbatore, Tirupur, Mysore, Bangalore bölgələrində innovasiya sahibkarlığının inkişafı ilə yaxından tanış olduq.
-İsa müəllim, təlimlər əsasən hansı mövzular ətrafında idi? Seminarları kimlər keçirdi?
-Proqram çərçivəsində innovasiya, inkubasiya və sahibkarlıqla bağlı 40-dan çox seminar təşkil edildi. Müəxəssislər şirkətlər üçün fondların artırılması- mələk investisiya və fond yanaşması kimi məqamlara bağlı maraqlı çıxışlar edir, təkliflər verirdi. Seminarlar çox interaktiv keçirdi. Hindililər vaxta qənaət etmək baxımından çox bacarıqlıdır. Məsələn, seminarlar bir az uzun çəkəndə bəzən "kofe break"a vaxt sərf olunmasın deyə, iştirakçılar seminar salonlarında müxtəlif şirniyyatla, kofe və ya su ilə təmin olunurdu. Yəni, bunlar vaxta qənaət etmək üçün təşkil edilir. Təlimlər isə mütəxəssislər tərəfindən keçirilirdi. Hindistanda işi mütəxəssisi ilə işləmək çox vacibdir. Onlar buna xüsusi davranıb, ən incə detalına qədər düşünür. Seminarlar nəzəri biliklərlə yanaşı, faktiki tətbiq olunan praktiki işlərlə də zənginləşdirildiyi üçün daha səmərəli keçirdi. Boş vaxtlarda isə, Ahmedabad şəhərində innovasiya fəaliyyətləri ilə məşğul olan qurumlar, əhalinin məşğuliyyəti, həmçinin tarixi-mədəni məkanlarla yaxında tanış edilirdi.
-Hindistan bu gün innovasiya sahibkarlğinin böyümə sürətinə görə dünyada 3-cüdür. Yəqin ki, proqram müddətində Hindistanda bu inkişafın nədən irəli gəldiyini təhlil edə bildiniz ...
-Əhalisinin sayı 1 milyard çivarında olan Hindistanda ölkənin ümumi inkişafının başlıca yolu kimi innovasiya sahibkarlığının inkişaf etdirilməsində görür. Hindistan höküməti sürətli sosial-iqtisadi inkişafa nail ola bilmək üçün dünyada isbat olunmuş yol seçib. Belə ki, Hindistan hökuməti və ölkənin ziyalı təbəqəsi istər ölkədə həyat şəraitinin yüksəldilməsi, istərsə də sosial-iqtisadi baxımdan hər tərəfli inkişafı əldə etmək üçün innovasiya sahibkarlığının, eləcə də sosial sahibkarlığın inkişafına xüsusi diqqət yetirirlər. Hindistan höküməti bu sahənin inkişafına müxtəlif yanaşmalarla maliyyə dəsətəkləri verməklə yanaşı, həm də təşviqedici yanaşmaları ilə biznes dünyasının və ictimaiyyətin marağını bu sahəyə cəlb edir.
-Dövlət dəstəyi məsələsini vurğuladınız. Yeri gəlmişkən, Hindistanda qanunvericilik sahibkarlğın inkişafında necə rol oynayır? Qanunlar bu fəaliyyətə sərhəd qoyurmu?
-Maraqlı sualdır. Hindistanda bu məsələyə fərqli yanaşma var. Orada fərdin yanaşmasından çox şey aslıdır. Yəni, sahibkarlğın və digər sahələrin fəaliyyətində məsələyə qanunvericilik yanaşmasınmdan başqa, inkubasiya meneclererini təşəbbüskarlığı və bu qanunlardan necə istifadə etməsi vacibdir. Bəli, bəzən Azərbaycanda qanunvericilik bizə sərhədlər tanıyır, Hindistanda isə fürsətlər tanıyır. Hindistan dövləti əsasən fəaliyyətə, təqdim etdiyi imkanlardan istifadənin faydalı olub-olmamağına fikir verir. Məsələn, siz sahibkar olaraq bu qanunlardan necə istifadə edib, cəmiyyətə hansı faydanı verə bilərsiniz? Onlar buna diqqət edir və bu qanunvercilik fəaliyyətini də bu məqsəd üçün istifadə edirlər- sistemin inkişafına fayda vermək.
Yəni, burada texnopark və inkubasiya meneceri özü bir təşəbbüskardır. İnkubasiya meneceri təşəbbüskar yanaşması ilə qanunvericiliyin və cəmiyyətin verdiyi fürsətləri innovasiya sahibkarlığının inkişafı naminə daha doğru dəyərləndirməkdən ibarətdir. Bu imkanlardan istifadə edərək bu ekosistemi nə qədər zəngilənşdirə biləcəyinə diqqəti yönəldir. Bu artıq şəxsi bacarıqlardan, fədəkar təşəbbüskarlıqdan irəli gəlir. Hindistanda bu sektorun büdcəsinin genişliyi artıq çox da maraqlı deyil. Çünki Hindistan dövləti bütün faydalı təkliflərə, ekosistemə fayda verəcək layihələrə açıqdır və asanlıqla dəstəkləyir. Bu sahənin əhəmiyyəti dövlət və cəmiyyət tərəfindən qəbul edilib. Bundan başqa, orada “yoxlama” sözü istifadə edilmir. Problem və proseslərə qiymətləndirmə müstəvisindən baxırlar. Layihələrin və digər proseslərin icrasında qiymətləndirmə yanaşması güclü inkişaf edib.
- Hindistanda innovasiya sahibkarlığının inkişaf etdirilməsi üçün hansı tədbirlər həyata keçirir?
- Sahibkarlığının inkişaf etdirilməsi üçün dəstəkləyici və təşviqedici qanunvericiliklə yanaşı, gərəkli olan infrasturktur imkanların təmin olunması da diqqət mərkəzindədir. Məsələn, Hindistanın Əhmədabad şəhəri yaxınlığında yeni inşa edilən "Texno-City" adlı nəhəng layihənin ilk işi möhtəşəm texnopark binalarının tikilib istifadəyə verilməsi ilə başlayıb. İnsanlar innovasiya sahibkarlığının inkişafı ilə ölkənin ümumi inkişafını sıx əlaqələndirirlər. Hətta, müvafiq qurumlar sahibkarlığın inkişafı proqramlarının nəticələrini göstəricilərlə nümayiş etdirərək, höküməti bu sahədə daha aktiv olmağa dəvət edirlər. Bəzi tədqiqatçılar isə, innovasiya sahibkarlığının inkişafını Hindistanda sosial-iqtisadi inkişaf üçün ən uyğun yanaşma olduğunu vurğulayır. "StartUp Village India", "StartUp India"(Satartap Hindistan) və sair kimi ölkə səviyyəsində böyük proqramlarla Hindistan höküməti əhali arasında biznes və sosial təşəbbüskarlığı inkişaf etdirir.
- Sizin paylaşımlardan Hindistandakı texnoparkların görüntüsü barədə məlumatımız oldu. Bu nəhəng binların içi də doludurmu? Ümumiyyətlə, Hindistanda texnoparkların sayı çoxdur?
- Yeni sahibkarlıq təşəbbüslərinin uğurlu olması üçün Hindistanda 200-dən çox İnkubasiya Mərkəzi və onlarla böyük həcmli texnoparklar fəaliyyət göstərir. Bu İnkubasiya Mərkəzləri və texnoparkların əksəriyyəti dövlət tərəfindən qurulmuş olsa da, hazırda özəl sektora aid mərkəzlərin fəaliyyəti də mövcuddur. Burada başlıca məqamlardan biri hesab olunan investiya mənbələrinin təmin olunmasıdır ki, bu da Hindistanda yetərincə formalaşıb. Belə ki, istər bəzi təhsil müəssisələri, istər inkubasiya mərkəzləri, istərsə də texnoparklar özəl sektorla səmərəli əməkdaşlıq formalaşdıra biliblər. Buna dövlətin təşviqedici yanaşmaları ilə birgə, şirkətlərin, o cümlədən sənaye müəssislərinin problemlərinin həllində inkubasiya mərkəzləri və ya texnoparkların fəaliyyətində faydalı təkliflərinin olması da təsir edir. İstər böyümə imkanlarının təmin olunması, istərsə də yeni şirkətlərin (və ya ortaqlıqların) qurulmasında inkubasiya mərkəzləri və ya texnoparkların fəaliyyəti müsbət nəticələr verir.
Hindistanda ən çox tıxac olan məkan texnopark binlarının yerləşdiyi ərazidir. Trivandrum texnoparkında keçirilən seminarda təklif etdim ki, texnoparkı tamamilə gəzmək və müşahidə aparmaq istəyirəm. Həmin şəhərdə də 3 gün vaxtımız vardı. Nahardan sonra texnoparkın nümayəndəsi məni hündürmərtəbəli binanın yuxarı mərtəbələrinin birində balkona dəvət etdi və qeyd etdi ki, sizin vaxtınız bu texnoparkı tamamilə gəzməyə yetməz. Ən yaxşısı burda müşahidə edin. Texnoparkın nümayəndəsi gülərək dedi ki, bu gördüyün binların hamısı texnoparka aiddir. Bu binların hamısını necə gəzə bilərsən? Yəni, şəhərin geniş bir hissəsi texnoparkdır (gülür).
- O zaman deyə bilərik ki, Hindistan bütün sahələrini tam innovativləşdirib?
-Proqram əsasında bəzi İnkubasiya Mərkəzləri ilə tanış olduq. Hindistanda İnkubasiya Mərkəzi regional inkişafda xüsusi rol oynayır. Böyük həcmli texnoparklarda isə, elmi əsaslı araşdırma işlərinə, xüsusi ilə də ixrac potensialının inkişafına xidmət edən araşdırma işlərinə üstünlük verilir. Məsələn, Əhmədabad yaxınlığında fəaliyyət göstərən onlarla İnkubasiya Mərkəzindən biri "MİCA" İnkubasiay Mərkəzi (https://www.mica.ac.in/) regional inkişafda böyük rol oynadığı halda, Hindistanın cənubunda yerləşən Trivandurum şəhərində fəaliyyət gösərən "Trivandurum Texnoparkı" (http://www.technopark.org/) əsasən informasiya texnologiyaları sahəsi üzrə araşdırma və ya innovasiya fəaliyyətlərinə üstünlük verir. Texnopark səlahiyyətlisinin verdiyi məlumata görə, burada, müxtəlif şirkətlərin fəaliyyəti ilə yanaşı, hazırda 3000 startap inkişafı dəstəklənir.
Hindistanda inkişafını nisbətən yetərli şəkildə təmin edə bilən müxtəlif müəssisələr belə, daxili İnkubasiya Mərkəzini inkişaf etdirməyə çalırılar. İnkubasiya Mərkəzlərində öyrənmək və araşdırmaq üçün münbit şərait formalaşdırlıb. Məsələn, yüngül sənaye sahəsi üzrə layihələri dəstəkləyən hər hansı bir inkubasiya mərkəzinin geniş və aktiv kitabxanası mövcuddur ki, bu kitabxana həcminə və fəaliyyətinə görə Azərbaycandakı bəzi universitet kitabxanalarını qabaqlayır. Normal potensialı olan xətəxanaya gedirsən, onun İnkubasiyası var. Bu mərkəzlər vençur fondları ilə işləyirlər. Etdikləri hər bir işə araşdırma müstəvisindən baxırlar. Başa düşürlər ki, araşdırma olmadan ideyaları innovasiya keçirmək mümkün deyil. Bu sistem artıq ölkədə formalaşıb. Dövlət də, cəmiyyət də bunu qəbul edib.
-Buradan baxanda Hindistan kasıb ölkə kimi görünür. Hazırda dünyada texnologiyaların gətirdiyi böyük vəsaitləri və Hindistanda da İT-nin bu qədər inkişafını nəzərə alaraq niyə Hindistan “kasıb” təəssüratı yaradır?
-Mövcud imkanların maksimum səmərəli qiymətlərindirilməsi təqribən 1 milyard əhalisi olan Hindistan üçün çox vacibdir. Düşünürəm ki , Hindistan 5 il sonra 2-ci Çin olacaq. Onlar millət olaraq çox ciddi çalışırlar. İnnovasiya sahəsində böyük yatırım var. Bəli, düzgün vurğuladınız. Ola bilər ki , Hinsitanın 10 milyon əhalisi çox kasıbdır və bəziləri “Körpü altında” yaşayır. Amma bu yalnız 1 milyarddan kiçik bir hissədir. Ümumiyyətlə, orada kasıb anlayışı həyat tərzdir. Bəkə də, Hindistan ona görə kasıb təsəvvürü yaradır ki, orada “brend dərdi” yoxdur. Baxırsan fəhləyə oxşayır, amma danışanda görürsən ki, çox ciddi intellektual potensiala malik olmaqla yanaşı, hansısa böyük qurumun rəhbəridir. Bəzən adam onun haqda elə düşündüyünə də utanır (gülür).
-O zaman Hindistan cəmiyyətinin ehtiyacları tam formalaşıb. Azərbaycanda bu sahədə hələ də problemlər var. Hindistan təcrübəsinə dayanaraq ölkəmizdə bu sahədə necə uğur qazanmaq olar?
-Bizim ölkədə ən böyük problem çox qısa vaxtda böyük şeylər yartamaq istəyidir. Azərbaycanın innovasiyaların inkişafında ən böyük problemi ictimai qınaq mövzsunun tam tərs istiqamətdə inkişaf etməsidir. Məsələn, biz ətrafımıza daha yaxşı görünmək üçün imkanlarımızı ciddi şəkildə çətinə salırıq. İmkan daxilində olmayanları da etmək istəyirik və yaxud da etməyə söz verik, edə bilmirik. Mövcud imkanlarımızı çox israf edirik. Amma innovasiyalara əsaslanan yanaşma tələb edir ki, daha səmərəli metodlar tətbiq edərək, daha az enerji və ya maddi nemətlərdən istifadə edərək, daha dəyərli nəticələr əldə olunsun. Bu yanaşmada təşəbbüskarlıq mühüm rol oynayır. Bu zaman isə insan içində olan düşüncələrini ifadə etməkdən utanmamalıdır. Baxın, Hindistan və inkişaf etmiş ölkələr artıq bu mərhələni uğurla keçib. Amerika ona görə inkişaf edir ki, orada hər kəs nəsə etməyə çalışır. Cəmiyyət ən sadə təklifləri də normal qarşılayır. Bu təklifləri insanların həyat tərzi kimi qəbul edir.
Cəmiyyəti sadə şeylər etmək kompleksindən çıxardıblar. Biz isə birdən-birə “fil” yaratamaq istəyirik. Amma Hindistan dünyaya mühəndis satsa da, hələ də sadə təklifləri qiymətlənidirib, dünyaya təqdim etməkdən çəkinmir. Ölkəmizdə bəzən təkliflə çıxış edəndə investor və dövlət nümayəndələri bunun çox xırda məsələ olduğunu deyib, daha böyük şeylər tələb edir. Amma biz hələ xırda məqamları uğurla həyata keçirə bilməmişik. Kağız üzərində hər istədiyimizə nail ola bilərik. Amma bunlar fəaliyyətdə olmasa, heç bir faydası olmayacaq. . İnnovasiyalı cəmiyyət üçün təşəbbüskar cəmiyyəti formalaşdırmaq lazımdır. Bunlar da universitet həyatından başalmır. Valideynlər övladları kiçik yaşda olanda bunu tətbiq etməlidir. Uşaqların bütün ehtiyacları ödəniləndə onlar özləri fikirləşə bilmir. Uşaqlarda təşəbbüskarlıq ruhunu formalaşdırmaq lazımdır.
-Bəlkə də hindlilər innovasiyalara çıxış yolu kimi baxır. Ona görə bu qədər israrlı və iddialıdırlar…
-Hindlilər çox işləyir. Baxmayaraq ki, innovasiyaları çox inkişaf edib. Amma əl əməyinə önəm verirlər. Bəli, haqlsınız. Bu gün dünyada innovasiyalar çox inkişaf edir və əsas gəlir mənbəyinə çevrilib. Hindistan bunu başa düşür. Onlar bu yeniliyi, imkanı qəbul ediblər və bu çıxış yolları kimi baxırlar. Onların çox çalışması bəzən o təssürratı yaradır ki, işlərini də itirməkdən qorxurlar. Ona görə bu qədər məsuliyyətli və çalışqandırlar. Texnoparklar və ya inkubasiyalarda işləmək isə onlar üçün xüsusi bir üstünlükdür.
-İsa müəllim, müşahidilərimiz göstərir ki, Hindistan artıq maddi mülkiyyəti intellektual mülkiyyətə çevirməyi bacarıb. Azərbaycanda bu məsələnin ləng inkişafını innovasiyaların fəaliyyətinə mənfi təsir kimi qiymətləndirə bilərikmi?
- Hindistan höküməti biznes dünyası, eləcə də ictimaiyyət arasında intelektual müəlkiyyətin inkişafı üçün təşviqedici addımlar atır. Bu məqsədlə daxili bazarın imkanlarını da dəyərləndirməyə çalışırlar. Hindistanın daxili bazarı xeyli güclüdür. Bu isə yerli startapların inkişafına zəmin verən amillərdəndir. Ümumiyyətlə, lokal problemlərin həllinə imkan verən, kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görə biliblər. Müşahidələrimdə diqqətimi çəkən ən önəmli məqamlardan biri də, burada az imkanlarla çox iş görə bilmələridir.
İnnovasiya sahibkarlığının inkişafı ölkədə intelektual mülkiyyətin inkişafında mühüm rol oynayır. İntelektual mülkiyyətin artması işi isə, Hindistanda sürətlə getdiyini qeyd edə bilərik. Belə vəziyyət isə, sənayenin aparıcı sahələri ilə yanaşı, digər (inşaat-infrastruktur, xidmət və s.) sahələrin də inkişafına zəmin verir. Nəzərə alsaq ki, hazırda dünyada informasiya cəmiyyətinə keçişlə bağlı ciddi yarış gedir, Hindistanın bu sahədəki təcrübəsi və dinamikası ölkə üçün müsbət nəticələr verəcəyi gözlənilən olduğunu qeyd edə bilərik. Bəli, hazırda ölkəmizdə bu məsələ ilə bağlı ciddi problemlər var. Biz hələ maddi kapitalda qalmışıq. Düşünürəm ki, intellektual kapitalın inkişaf etdirilməsi bizim qurtuluş yolumuzdur. Dünyadakı müşahidələrim də göstərir ki, maddi kapitalı intellektual kapitala çevirmələyik.
-Hindistanda tanış olduğunuz dostlarınızla indi də əlaqə saxlayırsınızmı?
-Əlbəttə, biz orada müxtəlif ölkələrdən gələn insanlarla doğmalaşdıq. İndi də sosial şəbəkələr vasitəsi ilə mütəmadi əlaqə saxlayırıq. Proqram müddətində bir yerdə olduğumuz iştirakçılarla WhatsApp-da qrup açmışıq. Hər gün dünyanın müxtəlif ölkəsindən olan dostlarımdan çox sayda mesaj alıram (gülür).
-Deyirlər, hindli tədqiqatçılar bilik və bacarıqlarını bölüşmək baxımından əliaçıq davranır. Sizdə də bunu müşahidə etdinizmi?
-Öyrənmək, araşdırmaq, eləcə də karyeramın inkişafı məqsədi ilə Türkiyə, ABŞ və bir sıra Avropa ölkələrində olmuşam. Müqayisə edərək deyə bilərəm ki, lazım olan informasiyanın tam şəkildə ötürülməsində Hindistanlı tədqiqatçılar çox əliaçıq davranırlar. Bu cür pozitiv yanaşmadan Türkiyədə də çox faydalanmışam.
Biz təlimi bitirəndə bütün seminarların materiallarının toplandığı DVD hamımzıa təqdim edildi. Hətta ölkəmizdə gələndən sonra da bizim mailimizə həmin materialların olduğu linki göndərdilər ki, birdən DVD-də problem olar. Bunula yanaşı, sahibkarlıqla bağlı 6 kitabı öz hesablarına alıb bizə hədiyyə etdilər.
-İsa müəllim , Hindistan həm də kənd təsərrüfatı ölkəsidir və bu sahədə də innovasiyaları inkişaf etdirirlər. Azərbaycanda bu imkanlar var. Bu müddət ərzində Hindistanda müşahidə etdiyiniz məqamları ölkəmizdə necə həyata keçirməyə hazırlaşırsınız? Hər hansı yeni layihə nəzərdə tutulurmu?
-Bəli, Hindistanda regionlarda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur . Ona görə də yerli şəraitə uyğun innovasiyaların inkişafı və dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da aqrar-sənaye ölkəsidir və ölkə olaraq regionaların inkişafında çox maraqlıyıq, onda Hindistan modelinin öyrənilməsi, eləcə də mövcud şərait və potensialın səmərəli istifadəsinə uyğun tətbiqinin ölkəmiz üçün çox faydalı olacaq. Hindistan ayrılıqda böyük bazara malikdir. Bu da eyni zamanda innovasiyaların inkişafına zəmin verən haldır.
Yerli şəraitə uyğun innovasiyaların inkişafında motivasiya amilini güclü tutmaq üçün ölkədaxili təşəbbüskarlıq və innovasiya prosesləri müəyyən mənada regional və qlobal formada inkişaf etdirilməlidir. Hindistan Sahibkarlığın İnkişafı İnstitutu ilə şifahi razılıq əldə etmişik. Belə ki, Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün Hindistanın regionların inkişafı metdolarından istifadə edəcəyik. Onlar da bu sahədə akedemik təcrübələrini bizimlə bölüşəcək. İnnovasiya az imkanlardan daha çox şey çıxarmaqdır. Təşəbbüskar fürsəti görüb çıxardandır. Bizdə də kifayət qədər imkanlar var. Düzdür, hələ ehtiyaclarımız tam formalaşmayıb. Amma biz bunun üçün müxtəlif işlər həyata keçirəcəyik. Azərbaycanda regional inkişafın təmin olunmasında Hindistan modelinin tətbiqi üçün dəstək xarakterli təkliflərimizi formalaşdırıb Hindistana göndərəcəyik. Onlar bizdən cavab gözləyir.
-Hindistanda topladığınız təcrübədən sonra ölkənin startap ekosistemində hansı yeniliklər etməyə hazırlaşırsınz?
-Orada startapla bağlı müşahidə etdiyim ən vacib məqam, daha çox işləmələridir. Onlar layihələri üzərində ciddi və məsuliyyətlə çalışır. Bunu sözdə yox, fəaliyyətlərində göstərirlər. Startapların inkişafı ilə bağlı ölkədə kifayət qədər təkliflər verilib. Amma mənim orada əsas qeyd etdiyim məsələ- ölkəyə qayıtdıqdan sonra bacardığım qədər insan yetişdirəcəm. Sahibkarlarlıq sahəsi çətin bir sektordur. Bu sahədə uğur qazananlar da həmişə bu çətinliklərdən danışır. Düşünürəm ki, indi danışmaqdan daha çox iş görmək lazımdır. Təlimdə bizdən tələb edirdilər ki, ölkənizdə burada öyrəndiyiniz təcrübəni necə həyata keçirəcəyimizlə bağlı fəaliyyət planı hazırlayaq. Mən də bu Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı 3 istiqamətdə təkliflər hazırladım. Onlar da bu təklifləri çox bəyəndi. Bizimlə əməkdaşlıq üçün rəsmi məktub gözləyirlər. Onların da dəstəyi ilə startaplara bağlı əvvəl Qafqaz Universiteti daxilində yeni layihələrə başlayırıq. Universitet daxilində xüsusi sahibkarlıq seminarları təşkil edəcəyik. Hindistanda qazandığımız təcrübələr də seminarlarda yer alacaq. Amma əlbəttə ki, Azərbaycan bazar imkanlarına görə seminarlar təşkil edəcəyik. Hindlilər startap çalışmalarında mütəxəssis komanda ilə işləyir. Əslində bunu bütün startaplar etməlidir. Layihələri fərdi düşüncələrə, münasibətlərə qurban verməməliyik. Əksinə, bunların bir çoxu layihələr üçün qurban verilə bilər. Düşünürəm ki, cəmiyyətin, dövlər qurumlarının, investorların birgə çalışması ölkə bazarını inkişaf etdirə bilər".
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri