“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018 / 12:51

Bu gün ölkənin telekommunikasiya sektoruna dövlət sərmayəsi xeyli artıb.

Azercell dövlət tərəfindənalınması, artıq 3-cü peykin fəzaya buraxılmasına hazırlıq buna bariz nümunədir. Bununla yanaşı, bu sektorda böyük problemlər var ki, Azərbaycanı region dövlətlərdən geri qoyur.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz   problemlərin bir qismi haqqında Strateji Yol Xəritəsində də yer alıb.

O.Gündüzün sözlərinə görə, bu sektroda istehlakçıların ( mobil telefon istifadəçilərinin, internet istifadəçilərin , elektron xidmətlərdən istifadə edənlərin və s.) hüquqlarının qorunması yetərincə təmin olunmur:

“Bundan əlavə, bütövlükdə bu rəqəmsal sektoru tənzimləməli olan orqan- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həm də özü xidmət təklif edir, kommersiya ilə məşğul olur, qayda-qanun müəyyən edir .

Telekommuniyasıya sahəsində mövcud tariflər əsaslandırılmayıb və bu sektorda dövlət resurslarından,  kabel-kanal sistemindən istifadə ilə bağlı mövcud tariflər sahə üzrə səlahiyyətli olan qurum – Tarif Şurası tərəfindən qəbul edilməyib”.

Ekspert deyir ki, internet xidmətlərinin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib, keyfiyyətli internet xidmətinə əlçatımlıq yetərli deyil:

“ADSL-dən fiber-optikə keçid olduqca ləng gedir. İki magistral provayderin ölkədə təklif etdiyi toplam internet sürətilə 75% -i internet istifadəçisi olan əhalinin tələbatı arasında kəskin fərq var: “Bu sektorda eyni rəqəmsal xidməti təklif edən dövlət və özəl sektorun start vəziyyətləri bərabər deyil, son zamanlar isə bu, dövlət qurumlarının xeyrinə daha çox dəyişib. Dövlət provayderlərinin start vəziyyəti artıb.

Eyni zamanda sektorun idarəedilməsində mərkəzləşmə güclənib, yerli qovşaqların bir çox səlahiyyətləri əllərindən alinib, dövlət qurumlarının xüsusi çəkisi artıb. Strateji Yol Xəritəsində  bu problemlərin həlli olaraq sektorda Müstəqil Tənzimləyici qurumun – Milli Telekommunikasiya Şurasının yaradılması nəzərdə tutulub”.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə