• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

MÜSAHİBƏ

  1. Ana səhifə
  2. MÜSAHİBƏ

“Kitabımın təbliğatına görə Facebook-da aktiv olmaq məcburiyyətində qaldım”

19-03-2015 / 17:58

“Hamı başını aşağı salıb gözü telefonda, barmaqları nəsə yazır”

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı xanım yazar Sevinc Çılğındır.

-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İlk dəfəni xatırlamıram. Amma universitetdə tələbə vaxtı bilgisayar dərslərini ilk olaraq xatırlayıram. Hissdən daha çox bunun nə olduğunu özümçün aydınlaşdırmağa çalışırdım.

-Hansı elektron poçt ünvanından  istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Gmaildən istifadə edirəm. Gələn məktublardan dərhal xəbərim olsun deyə bildirimləri səsliyə qoymuşam.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?

-Təbii, hamı kimi mənə də spam gəlir. Ancaq spam qovluğuna düşür, hamısını birlikdə qeyd edib silirəm. Nəyin spam olduğunu dərhal anladığımçun heç vaxt, belə deyək də, oyuna gəlmirəm.

-İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya  kopmpüterdən istifadə edirsinizmi?

-Əlbəttə. Texnologiya real həyatımızın ayrılmaz hissəsidir.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli olmadığını necə müəyyən edirsiniz?

-Kritik situasiyalarda həyat yoldaşıma etibar edə bilərəm.

-Hansı sosial mediadan ( Facebook, twitter, İnstagram) aktiv istifadə edirsiniz?

-Yaxın günlərə qədər facebookda hədsiz aktiv idim. İnstaqramda da həvəs olduqca...

-Facebook-da dostluğa necə qəbul edirsiniz?Facebookun imkanlarından yetərincə bəhrələnirsinizmi? Qruplarda varsınızmı?

-Facebook real həyatıma mane olmağa başladı və deaktiv etdim. Hədsiz diqqət, maraq, süni münasibətlər, saxta adamlar... Virtual elə virtualdır. Mənim kimi sosial adamı insanlardan soyutmuşdu. Telefondan asılı qalmaq, günboyu gözünü telefondan çəkməmək bezdirdi. İki ay bağladım. Facebook asılılığımı yendim. Və anladım ki, vaxtımı alırmış. Boş, mənasız söhbətlər... İstər-istəməz adam qaynayıb-qarışırdı orda. Ancaq bağladığım müddətdə daha məsuldar oldum. İkinci kitabımı hazırlayıb çap etdirdim. Təəssüf ki, kitabın təbliğatıyla əlaqədar yenidən Facebookda aktiv olmaq məcburiyyətində qaldım. Çünki tribuna kimi ehtiyac vardı. İnsanlara “kitab yazmışam, xəbəriniz olsun” demək üçün əla yerdir. Xəbər saytlarda yayımlandı, Facebookun böyük səhifələrində yayıldı. Ancaq yenə də yoruldum. Mənə işləməyə, fikrimi toparlamağa mane olur. Ona görə də yenidən deaktiv etdim. Yenə kitab yazmaq üçün... İnsanlara deyəcək sözüm var. Bunu bir-iki günlük ömrü olan status vasitəsilə deyil, kitabla demək istəyirəm.

-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya( şəkil, mətn) lövhənizdə qarşınıza çıxarkən reaksiyanız?

-Hə, az qala hər gün şəkil paylaşırdım. Mənim divarımda hər şey individual idi. Yalnız öz fikirlərim, öz münasibətim, özümün, uşaqlarımın və hazırladığım yeməklərin filan şəkilləri.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Texnologiyadan hamımız asılıyıq. Bircə gün telefonsuz qalmağı adam ağlına belə gətirmir. Sevdiklərimdən hər an xəbər tuta bilməkçün son dərəcə vacibdir. İşdə olduğum müddətdə uşaqlarımın nə yeyib-nə içdiyini, nə etdiyini bilməsəm, halım yaxşı olmaz.

-Uşaqlarınızın İnternetdən , mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?

-Məhdudiyyətə hələ ki, ehtiyac yoxdur. Çox balacadırlar. Hələ cizgi filmlərinə baxırlar.

-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyils, yalnız kompüterə -oyunlara meyl edirsə bu təhlükəlidirmi?

-Həddindən artıq təhlükəlidir. İnsan övladı doğulandan insana möhtacdır. İnsan cəmiyyətdən kənarda mövcud deyil. Mütləq qaynayıb-qarışmalı, canlı ünsiyyətdə olmalı, həyatda həll olunmalıdır. Yoxsa bu robotlaşmanın sonu yaxşı görünmür.

-Mobil internetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

-İstifadə edirəm. Daha çox yolda, rayonda olanda. Keyfiyyət yüksək olmasa da, başqa variantımız yoxdur.

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

-Heç istifadə etməmişəm.

-Ani məktublaşma vasitələrinin ( Skype, Telegram, Whatsapp)  hansından istifadə edirsiniz?

-Whatsappdan istifadə edirəm.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Əgər dayə zəng edirsə, kiminlə görüş olur-olsun, fərq etməz, mütləq cavab verməliyəm! Heç kəs və heç nə övladlarımdan vacib deyil.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?

-İnsan xarakter və mahiyyətcə nədirsə bu özünü hər məqamda büruzə verir. Normal həyatda necə davranıramsa, virtualda da eynisiyəm. Etika qaydaları evin içindən tutmuş işdə, küçədə, cəmiyyətdə – hər yerdə əməl olunası vacib məqamdır, həmçinin də virtualda. Virtualda mənimlə münasibətdə bu qaydaya əməl etməyən adama “əsgərlik yoldaşınızam?” sualını verirəm.

-Gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?

-Kənardan çox pis görünür. Elə küçədə adamlara fikir versəz, görərsiz ki, hamı başını aşağı salıb gözü telefonda, barmaqları nəsə yazır. Robot kimi. Mənim xoşuma gəlmir. Bir zamanlar mən də eləydim. İndi yadıma düşəndə özümdən acığım gəlir.

-İş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

-İşdə texnologiyasız mümkün deyil! Biz beyinlə çalışan, başla çörək pulu qazanan adamlarıq (gülür) Kompütersiz işi təsəvvür belə edə bilmirəm. Hətta işdə olmadığım saatlarda da whatsappla işi həll edirəm. Hələ iş yerin televiziyadırsa, təsəvvür edin də texnologiya bizimçün nədir(gülür)

-Soruşmaq istədiyiniz hansısa sualı yaxınlığınızda olan birisinə və ya iş yoldaşınıza şəxsən verərdiniz ya email-mesajla yazardınız?

-Adam yanımdadırsa, şəxsən sual verərəm. Ancaq bəzən demək olmur. Məsələn, uşaqları yatırtdığım otaqdan lazımdırsa, yoldaşımı səsləyə bilmərəm. Belə olanda  whatsappda yazıram(gülür).Bir də bu yaxınlarda birinə təşəkkür etmək istədim. Dillə deyə bilmədim, sıxıldım, amma yazıb rahat oldum.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-7 rəqəmi ağlıma gəlir. İstəsəm uzun müddət texnologiyadan uzaq da yaşaya bilərəm. Yazmaq havam gələndə zatən uzaq oluram. Ruhuma mane olan nəsə var texnoloji vasitələrdə. Hər halda bizi – yazı adamlarını qələmdən uzaqlaşdırdığı həqiqətini danmaq olmaz. Amma qələmlə işləməyin başqa ab-havası vardı.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Əminliklə idarə edəcək qənaətindəyəm.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


 “Getdikcə insanlar texnologiyanın qulu olurlar”- Müsahibə

25-02-2016

“Facebook-da müsahibə vermək çox asandır”

07-07-2015

“Texnologiya olmasa sənətimdə boşluq yaranar” - Rubrika

29-04-2015

“Şəxsi hesablarımın şifrəsini tez-tez dəyişirəm”- Ayan Babakişiyeva

21-04-2015

“İnternetdə məxfi danışıqlarım, məxfi yazışmalarım yoxdur” - Müsahibə

17-02-2015

“Maaşım rouminq xidmətinin xərclərini ödəyə bilməz” –Deputat ( Yeni rubrika)

15-01-2015

“Bəzilərinin İnternetdə yazdıqlarına imza qoymağa gücü çatmır”

24-07-2015

“Bəzi kişilər kimi Facebook-da hər dəqiqə şəkil paylaşmıram”

26-05-2015

“Aha, sən məni “Unfollow” etmisən, yaxşı görərsən sənə nə edəcəm”- İlkin Həsəni

02-02-2015

“Gecələr Wi-Fi -ı söndürürəm ki, İnternetə girməsinlər”

16-02-2015

“Mənim saxta profillərim məndən daha aktivdirlər”

27-08-2015

“Aparıcıların məşhur olmağı üçün sosial şəbəkələr lazımdır”

28-09-2015

“Hər gün Youtube-da rəqiblərimin döyüşlərini, taktikalarını izləyirəm”

25-06-2015

”Yatana qədər texnologiyalar mənimlədir” - Qənirə Paşayeva

23-01-2015

“Tez-tez Facebook-da dostluq siyahımı təmizləyirəm” - Deputat

10-02-2015



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • Ayda istifadə olunacaq GPS aparatı hazırlanıb

    10-05-2025
  • Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

    10-05-2025
  • XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

    10-05-2025
  • Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

    10-05-2025
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

    09-05-2025
  • DİN: Bank kartlarından oğurluq halları davam edir

    09-05-2025
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • “Yahoo” “Chrome”u almaqla maraqlanır

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.