“İT GÜNDƏM”-in növbəti icmalı

04-05-2015 / 14:28

Xeberler.az “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

İT sahəsində ən diqqət çəkən rəsmi xəbərlərdən biri Yerli İcra Hakimiyyətlərində vahid elektron informasiya sisteminin yaradılması oldu.
Prezident dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılması ilə bağlı fərman imzaladı. 
Daha ətraflı məlumatı buradan əldə etmək olar.
Bu fərmanın əhəmiyyəti və elektron hökumət quruculuğuna təsiri ilə bağlı yazını  buradan əldə etmək olar.

İT sahəsinin maraqlı mövzularından biri də bankların elektron xidmətlərdən istifadəsi haqda seminarın keçirilməsi oldu.
Məqsəd portal üzərindən təqdim olunan elektron arayışların vətəndaşlar və biznes qurumlar üçün üstünlükləri, bu sistemə qoşulmuş qurumların təcrübələri, statistik məlumatlar, elektron arayışların tətbiq sahələri, sistemə qoşulmaq üçün prosedurlar, elektron arayışlarla kredit verən bankların, kredit təşkilatlarının və digər qurumların siyahısını genişləndirməkdir. Daha ətraflı məlumatı buradan əldə etmək olar.

 İT gündəmin daha bir rəsmi xəbəri Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzinin yaradılması oldu.
"Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramına və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur". Daha ətraflı məlumatı buradan əldə etmək olar.

Sosial media və KİV-in marağına səbəb olan hadisələrdən biri Azərbaycanda "HTTP Live Streaming" (HLS) yeni yayım standartının tətbiqi oldu.
HLS-də TV proqramlarına distant idarəetmə pultu ilə birlikdə tövsiyyə edilən IP-dekoderlər (Set-Top-Box) vasitəsilə baxmaq mümkün olacaq. Bu, HLS-i bazarda əsasən mobil qurğular (planşetlər və smartfonlar) üçün nəzərdə tutulan OTT (Over-The-Top) texnologiyasından fərqləndirir.
Daha ətraflı məlumatı buradan əldə etmək olar.
Bu arada Ailə TV  də kabelsiz və antensiz, yeni İP TV xidmətini təqdim edib.
TV-dən Xəbərlər-ə verilən məlumata görə, Ailə TV-yə  qoşulmaq üçün internet və Ailə TV Player kifayətdir. Ətraflı burada

Bu həftə mediada aktual olan mövzulardan biri də Avropa Oyunlarına görə iş vaxtlarının dəyişməsi oldu.
Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verib. Avropa Oyunları ilə əlaqədar olaraq mayın 1-dən 2 ay müddətə Bakıda bəzi müəssisələrdə iş vaxtı rejimi dəyişəcək.
Daha ətraflı məlumatı buradan əldə etmək olar.

İkt sahəsində diqqət yetirilməsi vacib məqamlardan biri də CERT-in daha bir təhlükəsizlik xidmətini istifadəyə verməsi oldu.
Yeni təqdim olunmuş Yoluxmuş İP Xidməti Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin aşkar etdiyi o cümlədən bir çox araşdırma mərkəzlərindən alınan  və birləşdiərək vahid yoluxmuş ip bazasına çevirilən  məlumat axtarış sistemidir. Yoluxmuş İP bazası yalnız Azərbaycana aid İP ünvanları özündə əks etdirir və xidmətdən yalnız Azərbaycandakı internet istifadəçiləri yararlana bilər.
Daha ətraflı məlumatı buradan əldə etmək olar.

Daha bir sevindirici xəbər isə Mobil operatorların “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan etməsi oldu.
Qeyd edək ki,  500 elektron xidmətdən yararlanmaq üçün “Asan İmza”dan istifadə oluna bilər. Həmçinin, Azercell Telekom Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza”ya ilin 10-31 may tarixləri ərzində qoşulmanın ödənişsiz olacağını elan etdi. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İT sahəsində önəm kəsb edən mövzulardan biri də “Startup Azərbaycan 2015” Müsabiqəsi ilə bağlıdır.
Keçdiyimiz həftə “Startap Azərbaycan 2015” finalçıları müəyyən olundu. Qeyd edək ki, Yüksək Texnologiyalar Parkında 13 startap yarımfinalçı geniş biznes–planlar əsasında hazırladıqları təqdimatla ekspertlər qarşısında oflayn formada layihələrinin təqdimatını keçiriblər. Qaliblərin yaxın zamanlarda elan ediləcəyi bildirilib.
Daha ətraflı məlumatı buradan əldə etmək olar.

İKT-nin inkişafına dəstək olan layihələrdən daha biri İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi oldu.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib. 
Tədbirdən daha ətraflı məlumatı buradan əldə etmək olar.

Həftənin daha bir önəmli məlumatı Milli Sertifikat Xidmətləri Mərkəzinin mobil imzanın tətbiqinə başlaması oldu.
Milli Sertifikat Xidmətləri Mərkəzi elektron imza kartlarından istifadə edərək  mobil imza həllərinin tətbiqinə başladı. Artıq hər bir vətəndaş elektron imza kartından istifadə edərək mobil smartfonlar üzərindən elektron sənəd imzalaya və Elektron hökumət portalına  (www.e-gov.az) elektron imza ilə autentifikasiyadan keçərək daxil ola biləcəklər.
Daha ətraflı məlumatı buradan əldə etmək olar.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə