25-26 noyabr tarixlərində Bakı şəhərində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilib.
Xeberler.az məlumat verir ki, seminarın məqsədi NATO-nun müvafiq strukturları, mükəmməlik mərkəzləri, eləcə də Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt və əlaqədar məsələlər barədə məlumatlılığının artırılması olub.
Tədbir çərçivəsində rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektdən müdafiə və hücum məqsədli istifadəyə trendlər, habelə süni intellektin zərərli proqramlar və informasiya əməliyyatları da daxil olmaqla geniş spektrli kiber təhlükələrin qarşısının alınmasında əhəmiyyəti və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları