MEK oxucularına “ProQuest Central” bazasından istifadə imkanı yaradılıb

10-10-2025 / 11:35

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkəti arasında bağlanmış müqavilə əsasında “ProQuest Central” multidissiplinar akademik məlumat bazası 123 müəssisəyə, o cümlədən Mərkəzi Elmi Kitabxana oxucularının limitsiz istifadəsinə təqdim olunub.

Xeberler.az məlumat verir ki, 100-dən artıq mövzunu əhatə edən və dünyanın aparıcı nəşriyyatlarının (Cambridge Press, The New York Times, Bilboard, The New England Journal of Medicine, Springer, Sage, Elsevier, Emerald, Springer Nature və s.) elmi resurslarını bir araya gətirən “ProQuest Central” tədqiqatçılara geniş informasiya imkanları yaradır.

Tam mətnli akademik informasiya bazası olan “ProQuest Central” 43 000 jurnal, 2.5 milyon konfrans materialı, 380 000 dissertasiya, 470 000 ölkə və sənaye hesabatı, 24 000 audio və video məzmun, 340 000 situasiya araşdırması, 3.3 milyon preprint məqalə, 4500 ticarət jurnalı, 900-dən artıq qlobal xəbər mənbələri kimi məzmunda 47 kolleksiyadan ibarətdir.

Baza həmçinin süni intellekt dəstəkli ProQuest Research Assistant (PRA) aləti ilə təqdim olunur. PRA tədqiqatçılara daha dəqiq axtarış aparmaq, materialları sürətli analiz etmək və mövzular üzrə faydalılığını müəyyənləşdirmək imkanı verir.

Bazanın kitabxana daxilində istifadəsi üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://www.proquest.com/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə