“Mobil texnologiyalar bazarının həcmi artacaq”

10-10-2015 / 14:28

Mobil texnologiyaların tətbiqi üçün ən çox imkanlar miqyası və iqtisadiyyatda xüsusi çəkisinə görə istehsal sektorundadır.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, istehlak - ticarət, məişət xidmətləri və s. sahələrdə mobil texnologiyalardan müştərilərlə əlaqənin yaxşılaşdırılması, satış həcminin artırılması və loyallığın möhkəmləndirilməsi üçün istifadə edilir. Onların tətbiqi üçün ən ciddi maneə təhlükəsizlik və xüsusilə dövlət və maliyyə sektorunda normativ tələblərin yerinə yetirilməsi problemləri olaraq qalır.

IDC mütəxəssislərinin qiymətləndirməsinə görə, 2014-cü ildə dünyada mobil texnologiyaların satış həcmi 901 milyard dollar təşkil edib. Onların çox hissəsi smartfon alışına və simsiz şəbəkələr üzrə məlumatların ötürülməsi üçün xidmət ödənişlərinin payına düşüb.

2019-cu ilədək bazarın həcminin 1,2 trilyon dollaradək artacağı gözlənilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə