Analitiklərin fikrincə, TV-də reklam dəyişikliklərə məruz qalacaq
Televiziyada reklam yaxın onillikdə istifadəçilərin idarə etməsindən asılı olaraq dəyişikliyə məruz qalacaq.
Forrester Research şirkətinin tədqiqatına əsasən, tv-də reklam bugünkü onlayn reklamları xatırladacaq.
Analitiklərin fikrincə, on ildən sonra, istehlakçıların yaşadığı yerdən, davranışından və sosial mənsubiyyətindən asılı olaraq televiziya proqramları reklam tələblərinə uyğun şəkildə göstəriləcək. Şirkətin “Şəxsi TV” adlandırdığı televiziya müasir portallarda olduğu kimi xaricdən proqramlaşma və axtarış imkanı verən menyu ilə birlikdə internetə oxşayacaq.
Bununla belə, Forrester Research hesab edir ki, TV əvvəlki kimi əsas reklam mənbəyi olacaq. Lakin analitiklər, reklamçılar üçün daha çox tamaşaçı qazanmağa imkan verən yeni texnologiyaların istehsalının olacağını da proqnozlaşdırırlar.
O da qeyd olunur ki, kabel televiziyaları internet saytlarına nisbətən daha böyük üstünlüklərə malikdirlər. Çünki abunəçilərin sayı onların sərəncamındadır və öz auditoriyaları barədə daha çox bilirlər.
Ümumiyyətlə isə, TV iş prinsipi ilə internetə yaxınlaşacaq və istifadəçilər təklif olunan məhsulun alınmasına qədər reklamla qarşılıqlı əlaqədə olmaq imkanlarına malik olacaqlar.