Milli Net-ə 100-dən çox layihə qəbul edilib

22-10-2014 / 13:49

Milli internet mükafatı - Milli Net 2014 yarışmasına təqdim edilən 130 layihədən 100-dən çoxu qəbul edilib.

Xeberler.az bildirir ki, bu il 14 nominasiya üzrə keçirilən müsabiqədə “Media və informasiya”, “Ən yaxşı sosial şəbəkə səhifəsi”, “Bloqlar”, “Xidmət (Servis)” və “Korporativ saytlar” nominasiyalarında rəqabətin daha güclü olacağı gözlənilir. İlk dəfə olaraq “Qarabağla bağlı saytlar” və “Elektron hökumət” nominasiyaları da daxil edilib.

Müsabiqəyə təqdim edilən lakin qəbulundan imtina olunan saytlar qeydiyyat başa çatanadək problemləri aradan qaldırmaqla yenidən müraciət edə bilərlər. Qeydiyyat müddəti 25 noyabr tarixdə başa çatır. 

Milli internet resursların qiymətləndirilməsini həyata keçirəcək və Azərbaycan İnternet forumunun (AİF) təsdiq etdiyi münsiflər heyətinin tərkibi də tam formalaşdırılıb.

İnternet istifadəçiləri qiymətləndirmə prosesində iştirak etmirlər, onlar yalnız müsabiqəyə qəbul edilən saytlara şərhlər yazaraq münasibət bildirə bilərlər.

Saytların qiymətləndirilməsini 3 istiqamət ( kontent, dizayn və funksionallıq) üzrə 15 nəfərdən ibarət münsiflər heyəti aparacaq. Yekun bal bu 3 istiqamət üzrə toplanan balların cəmi əsasında müəyyən olunur.

Qiymətləndirmə 2 mərhələdən ibarət olacaq və noyabrın sonunda başlanacaq.
1-ci mərhələ qiymətləndirmə prosesi noyabrın sonunda başlanır və bu mərhələnin yekununda nominantlar müəyyən olunur. Növbəti mərhələdə nominantlar arasından qaliblərin seçilməsi prosesi aparılır. Bu mərhələdə münsiflərin hər bir nominant üzrə verdikləri qiymət qısa şərhlərlə əsaslandırılır.

Dekabrın sonunda keçirilməsi nəzərdə tutulan təqdimat mərasimində qaliblər elan olunacaq, onlara ənənəvi MİLLİNET Mükafatı və qiymətli hədiyyələr təqdim ediləcək.
Təqdimat mərasimindən dərhal sonra qaliblər öz saytlarına verilən qiymətlər və onların əsaslandırılması ilə tanış ola bilələr.

Müsabiqənin qaydaları və seçim meyarları, müsabiqə haqqında daha geniş materiallar millinet.az saytında yerləşdirilib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə