Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı noyabrın 30-da təqdim etmişdi.
Ötən həftə İKT üzrə ən iri ixtisaslaşmış tədbir - Bakutel 2015 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi işə başladı.
Prezident İlham Əliyev dekabrın 2-də sərgiyə baş çəkib və stendlərlə tanış olub.
Sərgidə həmçinin, Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadə də iştirak edib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftədən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və nazirliyin tabeliyindəki müəssisələrdə ciddi islahatlara başlanılıb.
İslahatlar Rabitə və yüksək texnologiyalar naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadənin tapşırığına əsasən həyata keçirilir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bir neçə həftədir ölkədə internetə olan tələbat, internetin sürəti və keyfiyyəti, həmçinin qiyməti ilə bağlı müzakirələr davam edir. Oxucuları daha çox maraqlandıran isə internetin qiyməti ilə tərs mütənasib olan keyfiyyət məsələsidir.
Bu yaxınlarda nazir müavini Elmir Vəlizadə ölkə üzrə toplam internetdən istifadənin 150-180 Gb/s olduğunu bildirib və bunun da istifadəçilərin tam tələbatına uyğun olduğunu deyib.
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz qeyd olunan məlumatların, statistikanın reallığı əks etdirmədiyini bildirib və provayderlərlə bağlı bir neçə ciddi məqama toxunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb və nominantlar müəyyənləşib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin sevindirici xəbərlərindən biri də vətəndaşlar dərmanların qiymətini telefon və planşetdən öyrənə biləcəklər.
Qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə Bakıda “IE Venture Day” beynəlxalq startap müsabiqəsi keçirildi.
5-i Azərbaycandan olmaqla, ən güclü 12 startap komandası “IE Venture Day Baku” müsabiqəsində əsas mükafatlar üçün yarışıblar. Yarışda Azərbaycan komandası NOOB üçüncü yerin qalibi olub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Beynəlxalq səviyyəli tədbirlərlə bol olan ötən həftədə “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” mövzusunda Üçüncü Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib.
Forumun keçirilməsində əsas məqsəd daha da səmərəli və effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaqdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə startap bazarında yeni bir layihə startapların böyüməsi və beynəlxalq bazarda əhatəsini genişləndirməyə dəstək olmaq üçün Sup layihəsi Azərbaycanda 3 aylıq accelerator ( biznesi sürətləndirmə) təlimlərinə başladı.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən il Bakutel sərgisində yaranan İKT Qadınlar klubu ötən həftə 1 yaşını qeyd etdi.
Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES “IE Venture Day Baku” layihəsi ilə birlikdə dekabrın 3-də Bakıda ayrıca sessiya keçirdi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bir neçə müddətdir sosial mediada müzakirə mövzusu olan məqamlardan biri də mobil internetlə WhatsApp zənglərinin məhdudlaşdırılmasıdır. Xeberler.az olaarq uzun müddətdir bu məsələni gündəmdə saxlayırıq.
Araşdırmalarımıza görə, hələ də mobil internet vasitəsilə WhatsApp zənglərini həyata keçirmək mümkün deyil.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə daha bir maraqla qarşılanan hadisə isə ölkənin mobil operator bazarındakı nəhənglərindən olan Azercell-ə yeni azərbaycanlı prezidentin təyin olunmasıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sosial mediada bir mənalı qarşılanmayan bir məsələdə şəxsiyyət vəsiqələrinə tətbiq olunacaq yeni dövlət rüsumları ilə bağlıdır.
Şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat məbləğində rüsum ödənilməlidir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri