Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı noyabrın 16-da təqdim etmişdi.
Ötən həftə İKT sahəsindəki rəsmi xəbərlərindən biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan müşavirədir.
Müşavirədə baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Keçən həftə bir neçə gün ölkə gündəmini zəbt edən məsələlərdən biri də ölkənin əsas internet təchizatçısı Delta Telecom şirkətində yanğın hadisəsi ilə bağlıdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) mətbuat xidməti Delta Telecom MMM Data Mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Həmçinin, AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə Facebook sosial şəbəkəsində istifadəçilər ciddi problemlə qarşılaşdılar.
Burada istifadəçilər üçün təhlükəli virus aşkar edilmişdi. Viruslar özünü əsasən pornoqrafik materiallarda və istifadəçilərə xüsusi mesajların göndərilməsində, onların mesaj qutularında qruplara əlavə edilmələrində özünü göstərirdi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı.
Ötən həftənin daha bir maraqla qarşılanan mövzusu isə bir müddət öncə Milli Məclisin iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) hansı quruma verilməsi ilə bağlı yaranan fikirlərlə bağlıdır.
Xeberler.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Bir neçə həftədir Xeberler.az WhatsApp-dan edilən zənglərə qoyulan məhdudiyyətin səbəblərini araşdırıb.
Araşdırmalarımız ciddi müzakirələrə səbəb olub. Hər kəsi maraqlandıran məqam WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsinin olub-olmamasıdır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Azərbaycanda uzun müddətdir keçirilən Milli Net müsabiqəsinə saytların qeydiyyat müddəti yaxın günlərdə başa çatacaq.
Bu müddət bitdikdən sonra istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ölkəmiz ən genişmiqyaslı tədbirlərindən olan Bakutel 21-ci beynəlxalq sərgi-konfransına hazırlaşır.
Lakin son vaxtlarda RYTN ətrafında baş verən hadisələr sərgi ilə bağlı ictimaiyyətdə müəyyən naratlıqlar yaradıb. Bakutel 2015 təxirə salına və ya ləğv oluna bilərmi?
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bakı şəhərində fiber optik internet infrastrukturun qurulmasında əsas söz sahibi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) olub. Bir müddət əvvəl BTRİB-in təqdim etdiyi tariflərlə bağlı məlumat vermişdik. BTRİB-in müəyyən etdiyi tariflər dəyişəcəkmi?
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
"IE Venture Days"- beynəlxalq startap müsabiqəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, NEXT STEP İnnovasiya Mərkəzinin elan etdiyi 2-ci “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinə müraciət davam edir.
İnnovasiya Mərkəzindən bildirilib ki, müsabiqədə qalib gələn startap 10 min manat alacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ALİSA elektron kitabxana sisteminin Azərbaycanın bütün rayonlarını əhatə edən kitabxanalarda tətbiqi istiqamətində işlər görülür. Bunun üçün ilk növbədə treninqlər təşkil edilir, bölgələrdən təlim üçün müdavimlər dəvət olunur. Kitabxanaların bir neçə illik İRBİS sistemindən istifadəsi ALİSA-nın gəlişi ilə nə dəyişəcək?
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Məktəblilər arasında informatika olimpiadaları keçirilir.
Təhsil Nazirliyi yanvar ayında məktəblilər arasında informatika (proqramlaşdırma) fənni üzrə olimpiadalar keçirəcək.
Xeberler.az bildirir ki, müsabiqə məktəb turu, zona turu 1, zona turu 2 - yarımfinal, respublika turu - final mərhələlərindən ibarət olacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri