“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021 / 20:40

“Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidə (NRYTN) ciddi kadr islahatları aparılır. Yeni nazir təyinatından sonra bunlar gözləniləndir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun fikrincə, hazırda bu serktorda həllini gözləyən bir neçə əsas problem var: “Bunlar həll edilmədən İKT sektorunda köklü dəyişikliklər, yeni çağırışlara cavab verən sistem qurmaq mümkünsüzdür.

İlk olaraq dövlət və özəl operator, dövlət və özəl provayder arasındakı ayrı-seçkilik aradan qaldırılmalıdır. Bütün qurumlara dövlətə məxsus rabitə resurslarından bərabər əsaslarla istifadə imkanı yaradılmalıdır. Dövlət operatorlarında korporativ idarəetmə və özəlləşdirməyə start verilməlidir.

Həmçinin dövlətə məxsus bütün rabitə resurslarından, yeraltı kommunikasiyalardan istifadə qaydaları hazırlanmalıdır. Rabitə xidmətlərindən istifadə ilə bağlı nazirliyin özü tərəfindən, bəzən də dövlət operatorlarının özlərinin müəyyən etdiyi ağlasığmaz tariflər yenidən işlənməlidir.

Bundan əlavə, sektorda Müstəqil Tənzimləyici qurum formalaşdırılmalı, kommersiya və tənzimləmə səlahiyyətləri ayrılmalıdır.

Eləcə də “Hər evə keyfiyyətli internet" dövlət proqramı yenidən işlənməlidir. Əhalinin 50%-nın yaşadığı kəndlərin optik və ya LTE texnologiya ilə internet təminatı həll olunmalıdır”.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə