Previous Next
Bağla

Prezident İKT sektoru ilə bağlı verdiyi açıqlamalarda nəyi nəzərdə tuturdu?

13-01-2016 11:40
Prezident İKT sektoru ilə bağlı verdiyi açıqlamalarda nəyi nəzərdə tuturdu?

Məlumat verdiyimiz kimi,  Prezident İlham Əliyev  Nazirlər Kabinetinin son iclasında  Rabitə və Yüksək Texnologiyalar  Nazirliyində olan hadisələrə münasibət bildirərək İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalı olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, bu günə  kimi bu sektora  dövlət tərəfindən kifayət qədər  maliyyə ayırılıb, amma  vəsaitdən vicdansızlıqla istifadə olunub. 

İlham Əliyevin bu mesajları onu göstərir ki, həqiqətən də bu sektorda böyük məbləğdə pullar  dövlət  büdcəsinə yox, kimlərinsə cibinə axıb. Prezidentin açıqlamasında həm də bu sektorda aralıq şirkətlərin daha böyük gəlirlər əldə etdiyi vurğulanıb.

Xeberler.az olaraq əslində Prezidentin bu mesajlarla nələri nəzərdə tutduğuna aydınlıq gətirmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbət etik.

O bildirib ki, bu sektordakı əsas problem elə dövlət idarəetməsinin öz xüsusiyyəti ilə bağlıdır:

“Nazirlər Kabinetinin son iclasında Prezident İKT sektorunda büdcəyə daxilolmaların azlığını, böyük İT layihələrin faydasının yetərli olmadığını, arada gəzən şirkətlərin böyük gəlirlər əldə etdiyini vurğulayıb. Məncə,  bu sektordakı əsas problem elə dövlət idarəetməsinin öz xüsusiyyəti ilə bağlıdır. Uzun illərdir ki , RYTN 3 funksiyanı icra edir : kommersiya, tənzimləmə və dövlət nəzarəti. Əlbəttə, bir qurum qanuni olaraq həm alış-verişlə məşğul olub, həm də   bazarda qayda -qanun müəyyən edirsə,  burda problemlərin olacağı qaçılmazdır”.

Osman Gündüz deyib ki,  bu sektorda nəhəng dövlət-kommerisya infrastrukturu formalaşıb:

“Hesablamışdıq ki, bir dövlət provayderinin- Bakinternet-in  aylıq gəliri 4 - 5 milyon manatdır. Yeri gəlmişkən, indi məlum olur ki, bu qurum heç Delta Telecom-dan aldığı internetin də pulunu  ödəmirmiş. Əksinə , dövlət hesabına aldığı interneti digər “doğma” provayderlərə də verirmiş ki, biznes qursunlar və büdcəyə vergi ödənilmədən kommersiya ilə məşğul olsunlar . Dövlət qurumu kommersiya ilə də məşğul olduğundan təbii ki , ən uğurlu layihələr, tenderlər bunlara çatırdı, digər özəl qurumlar isə bundan əziyyət çəkirlər”.

Forum prezidenti vurğulayıb ki,  beynəlxalq trafikdən istifadə və fiber optik infrastrukturun qurulmasında həqiqətən də adları heç kimə məlum olmayan, daha doğrusu sonradan məlum olan şirkətlərdən istifadə edilib:

Osman Gündüz hesab edir ki, indi məqamdır ki, bu sektorda ciddi struktur islahatları aparılsın:

"Əlbəttə , bu cür mühitdə  Prezidentin də qeyd etdiyi kimi, arada gəzən şirkətlər üçün münbit şərait formalaşır. Düşünürəm ki,  bəlkə də indi məqamdır ki, bu sektorda ciddi struktur islahatları aparılsın, nazirliyin funksiyaları ayrılsın. Beynəlxalq praktikada olduğu kimi müstəqil tənzimləyici qurum – Telekommunikasiya Şurası yaradılsın. Kommersiya səlahiyyətləri  isə ayrılsın, hazırda bu sektroda fəaliyyt göstərən dövlət və yarım-dövlət kommersiya qurumları, MMC-lər, sovetdən qalan istehsalat birlikləri özəlləşdirilsin”.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident RYTN-də baş verənlərdən danışdı: “Bu, bütün qurumlara dərs olmalıdır”

12-01-2016

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Hansı rabitə müəssisələri özəlləşdiriləcək və RYTN ləğv oluna bilərmi?

21-01-2016

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Azərbaycanda ciddi struktur islahatları gözlənilir

12-01-2019

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019

“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

28-12-2015

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016

Vüsal Qasımlı: Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcəkdir

15-01-2019

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018

Azərbaycan Prezidenti: "İnformasiya-kommunikasiya sektoru çox dinamik inkişaf edir"

15-04-2011

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023

Osman Gündüz: AZCON meqa holdinqi özünü doğruldacaqmı?

09-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə