Xeberler.az bildirir ki, robot Rusiyanın “MTS” Telekommunikasiya şirkətinin Brest bölgəsində təşkil edilmiş İT-düşərgəsində məktəblilər üçün açıq dərs keçib. Məşğələ “Kolos” uşaq reabilitasiya-sağlamlaşdırma mərkəzində baş tutub. İT-düşərgədə olan uşaqlara xüsusi olaraq, insanlarla ünsiyyət qurmağa proqramlaşdırılmış, oxuya və emosiyaları ifadə edə bilən robotla danışmaq imkanı verilib.
Kiber-pedaqoq uşaqlara gələcəkdə tələb olunacaq peşələr və robot texnikasının əsas prinsipləri haqqında danışıb. O, süni intellektə malik qurğuların hansı elementlərdən ibarət olduğunu və evdə sərbəst şəkildə robot yaratmaq üsullarını izah edib. İT-düşərgə Brest bölgəsinin bütün rayonlarından təxminən 100 uşağı bir araya gətirib. Burada uşaqlara proqramlaşdırma və 3D-modelləşdirmənin əsaslarını öyrənmək imkanı təqdim edilib. Onlar İT-düşərgədə sayt yaratmağı, çat-botlar üçün proqram hazırlamağı öyrənirlər.
“İT-düşərgəni artıq 3-cü ildir ki, təşkil edirik. Bu, Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihədir. Bizim əməkdaşlığımızın əsas məqsədi uşaqlara müasir texnologiyalardan savadlı və təhlükəsiz istifadə etməyi, şəbəkədə necə davranmalı olduqlarını öyrətməkdir. Burada uşaqlar İT sahəsində müxtəlif biliklər əldə edəcəklər, komandada işləməyi, analitik düşünməyi öyrənəcəklər. Bu məşğələlər kiməsə gələcək peşəsini müəyyən etməyə imkan verəcək”, – deyə “MTS” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə qrupunun rəhbəri Viktoriya Zdyarskaya bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri