Previous Next
Bağla

Yanan binada təmir aparan şirkət haqqında virtual arxivdə nələr var ?

22-05-2015 09:59
Yanan binada təmir aparan şirkət haqqında virtual arxivdə nələr var ?

Məlum olduğu kimi Azadlıq prospektində  yerləşən çoxmərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı cinayət işi açılıb və Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə  istintaq-əməliyyat qrupu yaradılıb.

Bu qrupun  araşdırmalarında keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparan “Global Construction” və bu üzlükləri istehsal edən "Global Stone"   şirkətlərinin adı hallanır.
Artıq "GLOBAL" Şirkətlər qrupunun rəhbəri Miryusif Mahmudovun və digər vəzifəli şəxslərin də şübhəli şəxs qismində tutulduğu bildirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə  keçirilən Dövlət Komissiyasının ilk iclasında  da bu şirkətlərin adı hallanıb.

Günlərdir mediada məsələ ilə bağlı  bu qurumlar haqqında çoxlu sayda və müxtəlif məlumatlar dərc olunur.
 Bildirilir ki, "Global Construction” şirkəti uzun müddətdir ki,  ölkədə tikinti sahəsində çalışır və çoxlu sayda binaların fasadlama işlərini aparıb.

Xeberler.az  bu şirkətlərlə bağlı  İnternetdə hansı məlumatların yerləşdirilməsi məsələsini öyrənmək üçün  qlobal  şəbəkədə qısa bir araşdırma aparıb.

Təbii ki,  ən yaxşı üsul elə  şirkətlərin saytından məlumat almaq idi. Amma  artıq məlumdur ki, yuxarıda adı çəkilən hər iki  şirkət rəsmi saytlarını yaxın günlərdə bağlayıblar.
Belə ki, Azərbaycan domenləri olan globalstone.azglobal-construction.az  ünvanları ilə fəaliyyət göstərən saytlar  Google vasitəsilə  tapılsa da  saytlara  daxil olmaq mümkünsüzdür və daxil olduqda aşağdakı məlumat görsənir:

 
İlk öncə bu milli domenlərin kimə məxsus olmasını öyrənmək istədik. Bunu milli domenlərin axtarış sistemi olan  whois.az resursu vasitəsilə araşdırdıq.

 GLOBALSTONE.AZ  domenin qeydiyyatı üzrə məlumatlar :
 
Info for domain  GLOBALSTONE.AZ
Status: ok
Name Servers:  NS1.YOUR-SERVER.DE,NS.SECOND-NS.COM,NS3.SECOND-NS.DE

Type:  Registrant Admin contact
Status: ok
Email: [email protected]
Name: Rzayev Anar Fuad        


GLOBAL-CONSTRUCTION.AZ domenin qeydiyyatı üzrə məlumatlar :

Info for domain  GLOBAL-CONSTRUCTION.AZ
Status: ok
Name Servers:  NS1.YOUR-SERVER.DE,NS.SECOND-NS.COM
Type:  Registrant Admin contact

Status: ok
Email: [email protected]
Voice phone:      
Name: Qlobal Konstrakshn MMC                                                                       

Beləliklə,  məlum olur ki,  hər iki domen aktivdir, bu milli domenlərlə əlaqəli şəxslərin bütün məlumatları sistemdə var və domenlərin bütün səlahiyyətləri  müvafiq olaraq Anar Razyev və Qlobal Konstrakshn MMC-yə məxsusdur.

Bu domenlərlə bağlı daha geniş məlumatları  whois.az saytından əldə etmək olar.

Beləliklə, məlum olur ki, bu domenlər aktiv olsa da bu ünvanlar altında olan saytlar sahibləri tərəfindən bağlanıb. 

Lakin məlumdur ki,  İnternetdə heç də hər şey izsiz yoxa çıxmır.

Saytları bağlayan şəxslərin nəzərindən qaçıb ki, İnternet Archive (archive.org) vasitəsilə  qlobal şəbəkədə olan bütün məlumatları üzə çıxarmaq mümkündür.

Internet Archive milyonlarla İnternet resursun müxtəlif tip məlumatlarından ibarət bir virtual kitabxanadır. İnternetdə mövcud olan resursların zaman-zaman arxivləşdirilərək saxlanılmasını həyata keçirir, qeyri-kommersiya yönümlü layihədir.
Bu nəhəng Virtual arxivdən saytlarla bağlı əvvəllər yadda saxlanılan məlumataların əldə edilməsi  üçün WayBack Machine axtarış  sistemindən istifadə olunur.  Hazırda 475 milyon  web  səhifə bu arxivdə  qorunur. 

Adları hallanan şirkətlərin saytları ilə bağlı Xeberler.az WayBack Machine-nın köməyi ilə araşdırma aparıb.

Nəticədə məlum olub ki,  şirkətlərin son günlərədək - bağlananadək  işlək vəziyyətdə olan saytlarının bütün məlumatları bu qeyd olunan arxivdə var. Belə ki,  WayBack Machine  bu saytları  2012- 2014-cü illər ərzində bir neçə dəfə arxivləyib. 
Sonuncu bu cür addım  dekabr ayının 17-də olub.

Arxiv məlumatalarından görsənir ki, bir müddət öncə "Global Construction” şirkətinin saytı Under Construction ( Hazırlanma mərhələsində ) olub.


 
Arxivdə az əvvəlki aylara gedəndə şirkətin əvvəllər mövcud olan rəsmi səhifəsi açılır və burada kifayət qədər ətraflı məlumatlar yerləşdirilib.
Saytın şirkət haqda bölməsində bütün fəaliyyətləri əks olunub.

Saytın Sertifikatlar və mükafatlar bölməsində isə şirkətin layiq görüldüyü beynəlxalq sertifikatların siyahası əks olunub.

Şirkətin keyfiyyət sistemi barədə də  arxivdə məlumat var.

Şirkət sağlamlıq,əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi  (SƏTƏMM) siyasəti barədə də məlumat verib.

Dəhşətli yanğına səbəb olmuş bina  üzlükləri  barədə də saytda qeyd olunub. Bununla yanaşı  şirkətin digər xidmətləri ilə bağlı da məlumat verilir. Həmçinin şirkətin referansları, dizayn layihələri, infocenter və  şirkətlə əlaqə ünvanları da göstərilib.

Şirkətin məlumatında tamamlanmış  və hazırda icrası davam edən layihələrin də adı qeyd olunur.

Aşağdakılar tamamlanmış layihələrdir:

Saytın arxiv versiyasından görsənir ki,  Azərbaycan  Teleqraf Agentliyinin binası şirkətin icra mərhələsində olan layihəsidir:

 

Eyni qaydada “Global Stone” şirkətinin də saytının arxiv versiyasını İnternet Archive –dən əldə etmək mümkündür.



WayBack Machine bu saytın da 2011 -2015-ci illərdə bir neçə dəfə arxivləşməsini həyata keçirib.
“Global Stone” şirkətinin saytının arxiv versiyasında da  ətraflı məlumatlar qeyd olunub.

Zavodun rəsmi açlışı 2011-ci ilin fevralın 21-də olub.

 Saytın arxivdəki məlumatlarından görsənir ki,  2012-ci ildə nüfuzlu CE sertifikatına layiq görülüb. Qafqaz regionunda poliuretan fasad örtüyünün yeganə istehsalçısı olan “Global Stone” MMC  Azərbaycanda bu sertifikatı alan ilk özəl şirkət olub. Həmçinin Səhiyyə Nazirliyi  tərəfində  də gigiyenik sertifikatı  təsdiqlənib.

Şirkətin sertifikatları da arşivlənmiş  saytda qeyd olunub.

Şirkət saytında keyfiyyətin təmin edilməsi ilə bağlı da məlumat verib. 

 Həmçinin Gəncədə  Heydər Əliyev Mərkəzini tikib. Eyni zamanda Miqrasiya Xidmətinin inzibati binasının, Dövət Sərhəd Xidməti Akademiyasının üzlənməsi işinin də bu şirkət tərəfindən aparıldığı qeyd olunub.

Bununla yanaşı bir çox binaların layihələri  də şirkət tərəfindən həyata keçirilib.

Hazırda “Global Stone”  tərəfindən bir çox binaların  layihəsinin də  icra mərhələsində olduğu arxiv saytda var.

Şirkətin arxivdə olan rəsmi səhifəsində qeyd olunub ki, Global Stone-nun nümayəndəliyi Türkiyədə yerləşir.


Əlaqə ünvanları da saytda qeyd olunub.

Beləliklə Global şəbəkədəki arxiv resurslarından görsənir ki,  yanğın hadisəsinədək  adı çəkilən şirkətlərin rəsmi saytlarında kifayət qədər ətraflı məlumatlar  yerləşdirilib.

Bəs görəsən bu qədər informasiya ehtiyatı olan saytlar nə üçün bağlanıb ?

 
Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019

Ölkəmizdə arxiv fondlarının məlumat sisteminə elektron çıxış imkanı yaradılıb

24-12-2015

Dəmiryolu stansiyasında 200-ə yaxın bilet satış aparatı quraşdırılacaq

17-06-2016

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

04-05-2026

VFS Global, EHİM və İnnovasiyalar Mərkəzi Memorandum imzalayıblar

19-09-2019

“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib

13-05-2025

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018

Milli domenlərin qeydiyyatında problemlər hələ də qalır

02-02-2016

Milli Arxiv İdarəsinin 2 milyon manatlıq tenderinin qalibi məlum oldu

29-08-2023

Onlayn alış-veriş şirkəti Kaymu.az fəaliyyətini dayandırıb?

30-11-2015

Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

16-02-2023

“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub

20-02-2025

"Gay.az" domeni satıldı (EKSKLÜZİV)

21-05-2011

Bu dəfə də Uninet istifadəçiləri internetsiz qoydu

08-07-2011

Bakıdakı dəhşətli yanğınla bağlı rəsmi açıqlama

19-05-2015

Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

00-00-0000

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

11-07-2018

Pandemiya ilə bağlı həyata keçirilən iqtisadi və sosial tədbirlər BƏT-İn saytında dərc olunub

25-04-2020

"Çalışacağıq bundan sonra informasiya keyfiyyətini daha da artıraq"

27-12-2022

Milli saytlarımızı daha yaxından tanıyaq

17-07-2015

“Forbes” jurnalında Azərbaycanın ilk qlobal “virtual hackathon”dan bəhs edilib

16-07-2020

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə