Previous Next
Bağla

Yeni nazirin seçimi

18-11-2015 12:44
Yeni nazirin seçimi

Azərbaycanın ən aparıcı sahələrindən olan informasiya kommunikasiya texnologiyaları (İKT) son məlum hadisələrdən sonra agır günlərini yaşayır. Onsuz da iqtisadi olayla bağlı yaxşı günlər keçirməyən sektor, nazirin işdən çıxarılmasından sonra və korrupsiya ilə baglı cinayət faktlarının aşkarlanması fonunda “yolayrıcında” qalıb.

Azərbaycanın iqtisadi potensialının artırılmasında özünəməxsus, və daha doğrusu, mühüm yer tutan İKT sektorunun gələcəyi birbaşa olaraq yeni təyin olunacaq nazirdən asılıdır. Azərbaycan reallığı elədir ki, bu və ya digər sahənin real inkişafı nazirin şəxsiyyətindən, onun dünyagörüşündən və hökumətdə olan siyasi çəkisindən asılı olur. Sərt və köhnə idarəetmə modelinin tərəfdarı olan nazir Nadir Əhmədovdan sonra sektora liberal mühit gətirən Əli Abbasovun nazirlik dövründə nəzərəçarpacaq dərəcədə dəyişikliklər görmək olar. Nazirlikdə fəaliyyət göstərən komanda tərəfindən həyata keçirilən layihələrin bir çoxu üzrə müsbət aralıq nəticələr əldə edilib. Məsələn, Eurovision və Bakı-2015 Avropa oyunları vaxtı həmin tədbirlərin keçirildiyi ərazilərin müasir telekommunikasiya və informasiya texnologiyaları xidmətləri ilə təmin edilməsi, həmin ərazilərə maneə yarada biləcək kənar şüalanmalardan qorunma təqdirəlayiqdir. Rabitənın rəqəmsal standarta keçirilməsi, mobil rabitədə yeni servislərin tətbiqi, startap hərəkatının dəstəklənməsi və s. birbaşa olaraq bu sahədə çalışanların əməyinin sayəsində mümkün olub.

Yeni nazirin təyinatı ilə nəinki nazirlik, həmçinin informasiya və kommunikasiya texnologiyaları sektoru yeni mərhələyə qədəm qoyacaq. Azərbaycanda qeyri-neft gəlirlərinin əhəmiyyətinin artmasını nəzərə alaraq yeni nazirin kim olmasından çox şey asılıdır. Buna görə də biz mümkün namizədlərin “mənbəyi” üzrə qruplaşdırma həyata keçirdik:

Nazirlik

Rabitə və Yüksək Texnologiyalar nazirliyində (RYTN) fəaliyyət göstərən məmurların birinin nazir təyin edilməsi faktiki olaraq son illər həyata keçirilən fəaliyyətlərin ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanması və dəyişikliklərin qiymətləndirilməsinə dəlalət edəcək. Subyektivlikdən uzaqlaşa bilməsək də nəzərə almalıyıq ki, nazirlikdə son illər digər dövlət qurumları ilə müqayisədə normal komanda formalaşıb. Onlar sırasında uzun illər bu sahədə çalışan həm peşəkar rabitəçilər, həm də xaricdə təhsil alaraq nazirlik sistemində artıq təcrübə toplamış nisbətən gənc məmurlar var. Əgər nazir bu sistemdə çalışan rəhbər işçilərdən kimisə olarsa, bu sektorun yalnız xeyrinə olacaq və faktiki olaraq komanda həmin formatda öz işini davam etdirəcək. Bu namizədin bir üstünlüyü də ondadır ki, onlardan hər biri İKT sektorunda çalışanların əksəriyyətini tanıyır və bu da fəaliyyəti daha da asanlaşdıracaq.

İT-idarəçilər

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarında İT-departamentləri idarə edən son illər yüksək səviyyəli peşəkarlar yetişib. Müəyyən dövlət qurumlarının nüfuzunu nəzərə alaraq RYTN-ə rəhbərlik üçün onlar sırasından da namizədin olması istisna deyil. Lakin bunun ümumi olaraq sektor üçün mənfi cəhətləri da var. Həmin namizəd faktiki olaraq onun təyinatını lobbiləşdirən nazirin maraqları nöqteyi-nəzərindən çıxış edəcək və bu da sektorda ola bilsin ki, davranış qaydalarını pozacaq və inkişafı ləngidəcək səviyyəyə də gətirib çıxara bilər.

İT-biznes

Qeyri-neft gəlirlərinə ümid edən Azərbaycan üçün aktiv bizneslə məşgul olan bir şəxsin nazir olması müsbət qarşılansa da belə namizədin nöqsanları da olacaq. Azərbaycanda İKT sahəsində sayılan iş adamları biliklərinin səviyyəsi ilə fərqlənir və innovasiyalara, yeni fikirlərə açıq bir insanlardır. Lakin bizneslə uzun illər məşğul olduqları üçün onların strateji baxışları öz biznesləri səviyyəsinədək azalıb. Qlobal təcrübə göstərir ki, bizneslə uzun müddət məşğul olanın hər birində dövlətşilik geni ya təmamilə yox olur ya da azalır. Bu isə strateji qərarların qəbul edilməsi zamanı üzünü müəyyən mənada mənfi formatda büruzə verir.

İKT-dən olmayan namizəd

Belə namizədin olması da mümkündür və bunun da müsbət və mənfi cəhətləri var. Müsbət cəhəti odur ki, sektorda yeni şəxsin fəqrli baxışı olacaq və ola bilsin ki, bu və yaxud digər seqmentin inkişafına müsbət təsir göstərsin. Amma mənfi cəhətlər daha çoxdur. İlk öncə, sektorda yeni şəxsiyyət bu sahədə çalışan çoxsaylı mütəxəssisləri, ekspertləri və şirkətləri tanımadığı üçün, müxtəlif layihələrin həllərində ləngimələr labüddür. Bununla yanaşı İKT sektorundan olmayan nazir real situasiyanı öyrənmək üçün vaxt sərf edəcək və ola bilsin ki yeni komandasını formalaşdıracaq. Bu isə əlavə vaxt və faktiki olaraq itirilən zaman deməkdir. Adətən buna 1-1,5 il sərf edilir və Azərbaycan üçün indiki durumda bu vaxt son dərəcə qiymətlidir. Bu yolla bəzi nazirliklərdə olan kadr dəyişikliyi heç də birmənalı qarşılanmır və bəyan edilən islahatlar az effekti ilə fərqlənir.

 

Müəllif: Fərid Kazımov

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni nazirin 100 günü tamam oldu - Dəyişikliklər və gözləntilər

28-04-2016

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021

Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

24-12-2008

Nazir Əli Abbasov: «Azərbaycan internet-iqtisadiyyat qurmaq niyyətindədir»

25-12-2010

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

“Mobil operatorlarımız tədricən internet provayderinə çevriləcək”

01-12-2015

Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

12-11-2015

“Hər 100 nəfərə 28 kompüter düşür”

15-07-2015

Müşviq Əmirov müşavirlikdən çıxarılıb

18-01-2016

İKT neft sektorundan sonra ən iri vergiödəyici sahədir

25-12-2008

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021

Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının 5 faizini təşkil edir

11-10-2011

Nazirlikdə yeni şəbəkə mərkəzləri yaradılır

25-10-2016

İKT-nin davamlı inkişafı Azərbaycan iqtisadiyyatının sabitliyi ilə bağlıdır

02-11-2009

İKT sektoru Azərbaycanda ən cəlbedici sahədir

20-08-2009

AİF prezidentinin “Azadlıq” radiosuna müsahibəsi

25-12-2008

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

İxracyönümlü IKT məhsulların istehsalı stimullaşdırılacaq

19-02-2015

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015

RYTN-də kütləvi ixtisarlara səbəb nə olub?

23-05-2016

Hansı rabitə müəssisələri özəlləşdiriləcək və RYTN ləğv oluna bilərmi?

21-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə