"Elektron Hökumət" portalının istifadəçilərinin sayı 32% artıb

16-01-2015 / 11:13

Azərbaycanın "Elektron Hökumət" portalına indiyədək ümumilikdə 3 614 775 daxilolma qeydə alınıb. Bu barədə Xeberler.az-a Elektron Hesablama Mərkəzindən məlumat verilib.

Məlumata görə, portala müraciət edənlərin ümumi sayı isə 1 137 975 nəfər olub. Belə ki, 1 137 975 nəfər ümumən 3 614 775 dəfə portala baxıb və 6 711 902 dəfə elektron xidmətlərə müraciət edib. Həmin şəxslər 14 557 151 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 35 saniyə olub.

Bu dövr ərzində portala müraciət edənlərin 31,5%-ni yeni istifadəçilər, 68,5%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Ötən il isə portala daxil olmaların sayı 3 158 063 olub və bu dövr ərzində ümumən 890 804 nəfər portala müraciət edib. Onlar 12 965 606 dəfə müxtəlif səhifələrə keçid ediblər, 5 962 572 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 50 saniyə olub.

Keçən ilin dekabr ayının statistikasına görə isə, bu dövrdə portala 359 320 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 103 739 nəfər olub. Həmin şəxslər 1 466 197 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 595 596 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 19 saniyə təşkil edib. Dekabrda portala müraciət edənlərin 19,7%-ni yeni istifadəçilər, 80,3%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 161 239-ə çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 398-ə çatdırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə