Son 15 ildə yeni internet şirkətlərinə investisiyalar rekord səviyyəyə çatıb.
Bu barədə “PCWorld” nəşri “Price Waterhouse Coopers” (PWC) konsaltinq şirkəti və ABŞ Milli Kapital Assosiasiyası (National Venture Capital Association, NVCA) tərəfindən “Thomson Reuters” media şirkətinin məlumatları əsasında birgə hazırlanan “Money Tree Report” hesabatına istinadən məlumat verib.
Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə internet şirkətləri ümumilikdə 11,9 milyard dollar cəlb edib ki, bu da bir il əvvəldən 86 faiz çoxdur. Daha çox investisiya həcmi informasiya texnologiyaları (İT) sahəsində internet canlanmasının baş verdiyi 2000-ci ildə müşahidə olunub. O zaman yenicə fəaliyyətə başlayan onlayn şirkətlər investorlardan 41,7 milyard dollar cəlb edib.
Proqram təminatı bazarı da son 15 ildə rekord həcmdə pul vəsaitlərinin cəlb edilməsini nümayiş etdirib. 2014-cü ildə proqram təminatı şirkətlərinə vençur təşkilatlardan maliyyə yardımı 19,8 milyard dollar təşkil edib. Bu, bir il əvvəlin göstəricisi ilə müqayisədə 77 faiz çoxdur. Ekspertlər qeyd edirlər ki, proqram təminatı sənayesi ötən il investisiyaların ən çox yatırıldığı sahə olub.
2014-cü ilin oktyabr-dekabrında İT sektorunda maliyyələşmənin orta həcmi 5,89 milyon dollara bərabər olub ki, bu da son beş ildə ən yüksək rüblük göstəricidir.
Ötən il hamıdan çox investisiyanı “Uber” xidməti cəlb edib. Noyabrda onlayn taksi sifarişi servisi 1,2 milyard dollar investisiya alıb ki, bunun da sayəsində şirkətin dəyəri 41,2 milyard dollara çatıb. Bu, bir il əvvəlki dəyərdən 12 dəfə çoxdur.
Nüsrət Zeynalov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri