“4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

21-04-2015 / 17:14

“IHS” analitik şirkətinin məlumatına görə, 2014-cü ildə dünya “Ultra HD” (4K) formatlı displeylər bazarının mədaxili 9,2 milyard dollar təşkil edib. Bu məbləğin 8,8 milyard dolları “4K” televizorların payına düşüb.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, ekspertlərin proqnozuna görə, gələcəkdə “UHD” texnologiyası displey məhsulların tətbiq edildiyi digər sahələrdə - kompüter monitorları, noutbuk, smartfon və planşet qurğular bazarında daha fəal yayılacaq. Bununla əlaqədar olaraq 2015-ci ildə “4K” ekranların satışının 94 faiz artaraq 18 milyard dollar qazanc gətirəcəyi gözlənilir. Həmçinin 2020-ci ildə bazarın pul ifadəsində həcminin 52 milyard dollara çatacağı bildirilir.

“Yüksək təsvir ölçülü televizorlar böyük gəlir gətirir, bu səbəbdən istehsalçılar “4K” formatın tətbiqinə başlanıldığı ilk vaxtlardan bu modellərə üstünlük verirlər”, - “IHS” analitiki Devid Se qeyd edib.  

Mütəxəssis əlavə edib ki, son vaxtlar istehsalçılar istehsal texnologiyalarını təkmilləşdirib və “UHD” panellərin buraxılış həcmini artırıblar. Bu, müxtəlif yüksək keyfiyyətli kontentin yaradılması və “4K” yayımın tətbiqi ilə yanaşı, istehlakçıların yeni formata keçidini sürətləndirir.

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə